“Bir millət göz görə-görə yox olur, kimsənin tükü tərpənmir”
“İraq Türkmən Cəbhəsi”nin rəhbəri Erşat Salehi Tuzhurmatudakı qarşıdurmalara separatçı terror təşkilatı PKK-nın da qatıldığını deyir.
Salehi İraqın Tuzhurmatu qəsəbəsində Peşmerge (kürd silahlı qüvvələri) ilə şiə türkmənlər arasında atəşkəslə nəticələnən qarşıdurmalar barədə danışıb. Salehi qarşıdurmalara PKK-nın da qarışmasına görə kürd partiyalarından açıqlama gözlədiklərini bildirib.
İTC Mətbuat Mərkəzi vasitəsilə təmasa keçdiyimiz Salehi Tuzhurmatu hadisələri və gündəmi qiymətləndirərək bunları söyləyib:
“Tuzhurmatuda Türkmənlərə yalnız Peşmerge hücum etmədi. İşin içində PKK da var. Tuzhurmatu məsələsində əsas tərəflər kürd qruplar və şiə türkmənlər olduğundan orada milliyyətçi bir havanın əsməsi mümkün deyil. Türkmənlərə bütün şiə qruplar var gücləri ilə dəstək verdi. Amma Türk dünyası bizi yenə xəyal qırıqlığına uğradıb, dəstək vermədi və ya vermək istəmədi. Məzhəbçiliyin hökm sürdüyü bir ortamda milliyyətçilik etmək çox çətindir. Türkmənlərin milli şüurunu oyatmaq üçün Türk dünyasından dəstək istəyirik. Bir millət göz görə-görə yox olur, kimsənin tükü tərpənmir”.
Salehi Türk dünyası ilə bağlı şikayətində ad çəkməsə də, bunu ilk növbədə Türkiyə və Azərbaycan dövlətlərinə aid etmək olar. Çünki İraq türkmənlərinin problemlərini bu iki dövlətin dünya miqyasına çıxarmaq imkanları daha çoxdur. Türkiyədəki Milliyyətçi Hərəkət Partiyasından da bu məsələdə müəyyən gözləntilərin olması təbiidir. Amma Salehinin də ifadə etdiyi kimi, İraq türkmənlərinin dərdi onları sanki, maraqlandırmır. /islamazeri.az/

Комментариев нет:
Отправить комментарий