Bu rahatlıq bilirəm ancaq bir saət olar!
Sonra hicran odu can evimi yağmalayar;
Ürəyim intizardan, şəksiz ki, qarət olar.
Bir yanıqlı şərqi ilən onu yad edərəm,
“Nazlı yarım hardasan”- yəqin nəqarət olar!
Şikayət etmədim heç zaman eşq bəlasından,
Düşündüm, eşq əhli üçün, bu qəbahət olar.
Baxmadım həm də ahu baxışlı gözəllərə,
Dedim baxsam, sevgimə bu bir xəyanət olar.
Günüm keçsə Məcnun tək vəhşilər arasında,
Vəsli yolunda, billah, bu istirahət olar!
Ruşinəm, sadiqəm həm əhdimə, həm yarıma,
Çünki əhli-vəfadə mərdanə söhbət olar.
Комментариев нет:
Отправить комментарий