Əlisa Nicat: “Türklər gedib Atatürkün qəbrini yalasınlar. Atatürk Leninlə sazişə girdi, Azərbaycanı satdı. Lenin Atatürkə 200 ton qızıl verdi. Atatürkün sayəsində Anadolu hissəsini saxladılar və dövlət kimi yaşamalarına imkan yarandı. İndi işləri-güclərini boşlayıb düşüblər Şah İsmayıl Xətainin üstünə. Gedin öz tarixinizə nəzər salın və öz nöqsanlarınızı təftiş edin”.
Bir müddət öncə Türkiyənin “Kanal 24” telekanalı Səfəvilər dövlətinin banisi, Şah İsmayıl Xətaini təhqir etmişdir. Baş verən məlum olayla bağlı Azərbaycan ziyalılarının etirazı bu günə kimi davam edir.
Məsələ ilə bağlı, “Qızılbaşlar” romanının müəllifi, tarixçi Əlisa Nicat moderator saytına açıqlama verərək, Şah İsmayıl Xətainin guya səriştəsiz sərkərdə, bacarıqsız dövlət xadimi olması ilə bağlı səsləndirilən ittihamların doğru olmadığını bildirib. Ə.Nicat Çaldıran döyüşünün müqəssirinin də Sultan Səlim olduğunu qeyd edib: “Şah İsmayıl Xətainin şəxsiyyəti və bacarığı ilə bağlı səsləndirilən ittihamların hamısı yanlış və əsassızdır. Bu fikirlər türklərin Şah İsmayıla olan qısqanclığından irəli gəlir. Çaldıran döyüşü iki gün olub. İkinci gün Şah İsmayıl bir dəstə adam ilə bütün Osmanlı ordusunun yara-yara gedib topların yanına çıxır və topları da, topçuları da sıradan çıxardır. Şah İsmayılın topun lüləsinə qılıncla zərbə endirməsi əfsanə deyil. Belə bir hadisə doğrudan da olub. Bu, qeyri-adi qəhrəmanlıq hadisəsi kimi tarixə düşüb”.
“Qılınc həmin qılıncdır, qol həmin qol deyil”
Ə.Nicat həmin döyüşlə bağlı bir epizoda da diqqət çəkdi: “Deyirlər ki, Şah İsmayıl Xətai tərəfindən lüləsi doğranan toplara baxan Sultan Səlim dəhşətə gəlir və nə qədər etsə də, özü bir top lüləsini kəsə bilmir. Bununla bağlı Şah İsmayıla xəbər göndərən Sultan Səlim ondan qılıncının necə olduğunu soruşur. Şah İsmayıl isə cavabında deyir ki, qılınc həmin qılıncdır, qol həmin qol deyil. İkincisi, o, necə zəif sərkərdə olub ki, dörd böyük müharibədə- Şirvanşahlar, Ağqoyunlu Əlvənd, Ağqoyunlu Murad və Şeybani xanla döyüşlərdə qalib gəldi? Hansı ki onların hər birinin 70 min, Şah İsmayılın isə 10-15 minlik ordusu olub. O, necə zəif sərkərdə ola bilər ki, bunca qeyri-bərabər qüvvələrlə qələbə qazandı?”
“Türklərin özününkülərdən xəbərləri var?”
Ə.Nicatın sözlərinə görə, yaxşı olardı ki, türklər öz qəhrəmanlarının həyat və fəaliyyətinə diqqət yetirsinlər: “Şah İsmayıl Xətai hər necə sərkərdə olubsa, bunu Azərbaycan xalqı bilər. Bunun türklərə heç bir dəxli yoxdur. Şah İsmayılın “zəifliyindən” türklər niyə narahat olur? Bunun onlara nə aidiyyatı var? Türklərin özününkülərdən xəbəri var? Sultan Səlim səhər namaz qılmaq üçün dəstəmaz alan atasının ovcuna zəhərli su tökdürür, atasının saqqalı əlində qalır. S.Səlimin atasına etdiyi qəddarlıqlar “dövlət naminə” ifadəsi ilə malalanır. Dövlət naminə insan da heç bir günahı olmayan atasını qəddarcasına öldürərmi? Atası Sultan Səlimi lənətləyir. Bu lənət özünü göstərir və Sultan Səlim Misirdən gələndə başında yekə bir çiban çıxır və bundan da ölür”.
“Sultan Süleyman ağılsızın biri olub”
Ə.Nicatı türklər tərəfindən böyük dövlət xadimi kimi vəsf edilən Sultan Süleymanın da böyük dərrakə sahibi olmadığını vurğuladı: “Sultan Süleymanın özü ağısızın biri olub. Ondan geriyə nə qalıb? İki dəfə Vyananı mühasirəyə alıb, hər ikisində də rüsvaycasına məğlub olub. Barbarossanın hesabına Əlcəzairi alıb. Barbarossa isə əsli macar olan piratlardandır. O, Sultan Süleymanın himayəsinə keçib və türklər onların sayəsində Aralıq dənizi sahilində əraziləri ələ keçiriblər, Şimali Afrikanın bir sıra ölkələrini zəbt ediblər. Bunların hamısına da Barbarossanın sayəsində nail olublar. S.Süleyman isə ömrünü təmtəraqlı həyat sürməklə keçirib. Onun çoxlu arvadları olub. Onlardan biri də ukraynalı olub. O, türk qadınlarından deyil, ukraynalı qadından olan övladını özünə varis təyin edib”.
“Sultan Süleymanın işi-gücü Azərbaycana hücum etmək olub”
Sultan Süleymanın Azərbaycan şəhərlərinə çoxsaylı hücumlar etdiyini xatırladan Ə.Nicat bu hücumların hər iki dövlətə ciddi ziyan vurduğunu qeyd etdi: “30 il ərzində Sultan Süleymanın işi-gücü yalnız Azərbaycana hücum etmək olub. O vaxt Səfəvilər dövlətinin başında Şah İsmayılın oğlu Şah Təhmasib idi. Bu müharibələr hər iki tərəfi əldən saldı. Sultan Süleyman Azərbaycan, Şah Təhmasib isə türk şəhərlərini dağıdıb. Lakin gəlin baxaq görək, Azərbaycana ilk olaraq hücum edən kimdir? Şah İsmayıl Türkiyədə vuruşub? Çaldıran haradadır? Çaldıran Azərbaycandadır, ya Türkiyədə? Hücum edən Sultan Səlim olub. Şah İsmayıl nə etməli idi? Gizlənməli idi? Türk hökmdarlarının hərəsinin 300-400 arvadı olub, eyş-işrətlə məşğul olublar. Buna görə də sonda əldə etdikləri bütün torpaqları itirdilər, axıdılan bütün qanlar, çəkilən bütün zəhmətlər hədər olub getdi. İngiltərə haranı almışdısa, bu gün də onlardan faydalanır. Hindistan da, Kanada da İngiltərəyə baxır. Türklərdə isə fərqlidir”.
“Gedib Atatürkün qəbrini yalasınlar”
Ə.Nicatın sözlərinə görə, bugünkü türklər Türkiyə adlı bir dövlətə sahib olduqları üçün yalnız Atatürkə minnətdar olmalıdırlar: “Türklər gedib Atatürkün qəbrini yalasınlar. Atatürk Leninlə sazişə girdi, Azərbaycanı satdı. Lenin Atatürkə 200 ton qızıl verdi. Atatürkün sayəsində Anadolu hissəsini saxladılar və dövlət kimi yaşamalarına imkan yarandı. İndi işləri-güclərini boşlayıb düşüblər Şah İsmayıl Xətainin üstünə. Gedin öz tarixinizə nəzər salın və öz nöqsanlarınızı təftiş edin”. /azl.abna24.com/

Комментариев нет:
Отправить комментарий