30.12.2015

Yavuz Sultan Səlim böyük hökmdar idi?

-Yavuz Sultan Səlim böyük bir hökmdardır müəllim, ona qarşı bu qədər sərt olmayın.
-Nədədir böyüklüyü?
-İslamı ucaltdı, Türk dünyasında ilk xəlifə oldu, hər zaman qələbə qazandı.
-Oğraş dərəsində olan savaşda atası II Bəyazidə məğlub olan, qaçaraq canını qurtaran, atasına qarşı çıxdığı üçün o dərənin adının II Bəyazid tərəfindən Oğraş dərəsi adlanmasına vəsilə olan, daha sonra taxtı min cür kələklə ələ alan, atası başda olmaqla qardaşları və onların azyaşlı övladlarını belə öldürən, daha sonra Cənub və Cənub-Şərqi Anadoluda Qızılbaş Türkmanları sünni kürt bəyləri ilə ittifaqla QƏTL EDƏRƏK oraları kürdləşdirən və indiki PKK bəlasının mənəvi atası olan, Şah Xətainin bütün cəhtlərinə baxmayraq savaş istəyən, lakin şah meydanda 7 yerindən yaralandığı halda qorxaq kimi çadırında gizlənən və sadəcə odlu silahın gücünə savaşı qazanan, aldatdığı Yeniçərilər tərəfindən çadırına ox atılan, Məmlük Türklərini məğlub edərək qısa müddət sonra Misir idarəçiliyini tamamilə ərəblərə verən, aldığı xəlifə adına görə Türkün Azad İradəsini lənətli Əməvi-Abbasi mirasının qarışığı olan mürtəcə Sünni fanatikliyi ilə zəhərləyən və indiki ərəb heyranı, yəhudi dostu fanatikliyinin mənəvi atası olan, ölərkən belə atasının lənətinə görə arxasındakı çiban üzündən dünyanı tərk etmiş birinəmi böyük deyirsən?
-Müəllim, bu qədər qatı olmayın, tarix tarixdə qaldı, indi hamısını bir tutmalı, Şah da bizimdir, Sultan da bizimdir demək vaxtıdır.
-Həqiqətən bu mövzuda səmimisiniz?
-Əlbəttə.
-Onda danış görək, Anadolunu xarabalığa çevirmiş, İldırım Bəyazidə qarşı şərəfsizcə hərəkətlər etmiş Topal Teymuru böyük görür, onun dövlətini hətta Şah Xətainin xeyir-duası və köməyi ilə yaradılmış, Böyük Monqol İmperiyasını dövlət gerbində tanıyırsız, lakin iş Şah Xətai və onun qurduğu dövlətə gələndə oyunpozanlıq edirsiz? Hanı sizin səmimiyyətiniz, hanı sizin dövlətçilik ədəbiniz? Hələ əksinə Şahın xanımı üzərindən çirkli ittihamlar dilə gətirir, Qızılbaş Şahını və qızılbaş kəliməsini şam söndü böhtanı ilə şərəfsizlik simvolu kimi göstərirsiz.
-Müəllim, inşaAllah zamanla düzələr.
-Bu dediyinə özün inanırsan? Türkü bölən sizin bu mürtəce sünni baxışınız qurtararmı səncə? İnamıram. Çünki o qədər böhtan və yalan danışdınız ki, dönüb üzr istəyəcək üz, tövbə edəcək cəsarət qoymadınız. Sizlər bunu bacara bilməzsiniz deyərək, günahkar psixologiyası ilə böhtan ardınca böhtan ataraq özünü təmizə çıxararaq, Türkün ulu şahını alçaltmaqla və İlahi lənət qazanmaqla məşğulsunuz. İndi Şah da bizim, Sultan da bizim deyirsizsə, günahkar və haqsız olduğunuzu bildiyinizə görə deyirsiniz. Ancaq haqlı olsaydınız, heç buna ehtiyac duymaz, Şah Xətainin yaramaz və Türk düşməni olduğunu şübhəyə məhəl qoymadan isbat edərdiniz. Əlinizdə böhtan var, sübut yoxdur və indiki dövrümüz sizin yalançı olduğunuzu isbat edir.
-Bəs bunun axırı necə olacaq?
-Sizlər tövbə edənə qədər səlimçilik virusu Türkiyəni və Türk Dünyasını içdən sarsıdacaq və zəiflədəckdir. Sizlər Əli ilə Müaviyəni bir yerdə görmək istəyəcək qədər həqiqət cahili, Şah Xətai Mərdiliyi və Ədəbi ilə Səlim Yavuzun namərdliyi və xəyanəti arasında doğru seçim edə bilməyəcək qədər acizsiniz. Ancaq Türk dünyası axır-əvvəl bu seçimi etmək və də doğru olanı etməyə məcburdur, başqa cür öz iradəsini mürtəcə fanatik viruslarından qurtarmadan, gücdən düşərək ona-buna yem olmağa davam edəcəkdir.

TÜRK İRFAN İDRAKİ      Tərcümə etdi: Qərib Üzeyiroğlu                senet.az

Комментариев нет:

Отправить комментарий