28.12.2015

Azər Bandoj - Əlini zikr elə

Ey könül, avazə gəl, Mövla Əlini zikr elə.
Ey qələm, e'cazə gəl, misra, Əlini zikr elə.

Məclisi-ürfanə zinətdir vəliyyi-mülki-eşq,
Ərz edib Peyğəmbəri-Taha, Əlini zikr elə.

"Mən kimin mövlasıyamsa həm Əli mövlasıdır"
Bu bəyani-zadeyi-Hira, Əlini zikr elə.

"La fəta illa Əli, la seyfə illa zulfiqar" ,
Bu nidayi-Xaliqi-Yekta, Əlini zikr elə.

Şəhri-elmin babıdır, hər babının min babı var,
Özgə bab axtarma nahəmra, Əlini zikr elə.

Ol Əli həq iylədir, həq də Əliylə dövr edər,
Həqq ilən dövr eylə, ey dünya, Əlini zikr elə.

Dərdini söylərdi hərdən Qəmbəri-pak tinətə,
Yox idi həmdəm ona, tənha Əlini zikr elə.

Gərçi mey istərsə könlün, rahi-təqvadən keçir,
Saqeyi-kövsər, ləli-ziba Əlini zıkr elə.

Sən də gəl Bandoj nəvayə, nəzm ilən qıl züm-zümə,
"Ya Əliyyun, ya Əliyyun" , ta, Əlini zikr elə.

Комментариев нет:

Отправить комментарий