Azərbaycanda fəaliyyət göstərən avtomobil servisi müəssisələri sığorta şirkətlərini icbari sığorta müştərilərinə ögey münasibət göstərməkdə ittiham edirlər. Servislərdən verilən məlumata görə, sığorta şirkətləri kasko sığorta müştərilərinə göstərilən xidməti icbari sığorta müşərilərinə etmirlər.
«İcbari sığortada «zəmanət»ə əhəmiyyət vermirlər». Avtomobilin icbari sığortası ilə bağlı cərimələrin artırılması avtomobillərini sığortalayanların artmasına təsir göstərib. Bu da öz növbəsində sığortalı qəzaların artırıb. Lakin sığorta şirkətləri köhnə avtomobillərlə yanaşı «qarantiya»ya daxil olan yeni avtomobilləri də rəsmi servisdə deyil, adi bokslarda təmir etdirirlər. Rəsmi servislərdən verilən məlumata görə, sığorta şirkətləri hətta bir il əvvəl alınan və «zəmanət» müddəti bitməyən avtomobillərə belə əhəmiyyət vermirlər. Bir neçə sığorta şirkəti istisna olmaqla, bazardakı əksər şirkətlər bu məsələdə bir-birlərini təkrarlayırlar: «Məsələn, yenicə alınmış «Toyota Prado» avtomobilinin hərəkət hissələri, yan qanad və diskləri qəza nəticəsində yararsız vəziyyətə düşüb. Avtomobilə min manatdan çox ziyan dəyib. Amma «zəmanət»li olmasına baxmayaraq sığorta şirkəti bu avtomobili orjinal olmayan ehtiyat hissələri və adi kustar üsullardan istifadə edilən boksda təmir etdirib». Servislərdən verilən məlumata görə, adi təmirxanalarla müqayisədə servislərdə qiymətlər 20-30 % baha olsa da, lakin görülən işə zəmanət verilir. Bundan əlavə istifadə edilən ehtiyat hissələri də orjinaldır. Təmir xəcrlərindən sığorta şirkətlərinə 10-20% endirim də təklif edilir.
“Rəsmi servisdə təmirlə bağlı tələb qoyulmayıb”. Lakin sığorta şirkətləri bununla razılaşmırlar.“Azsığorta” şirkətinin sığorta hadisələri departamentinin müdiri Tural Şükürov bildirib ki, avtomobillərin icbari sığortasında təmirin hansı servisdə aparılması ilə bağlı tələb qoyulmayıb. Digər tərəfdən adi servislərlə rəsmi servislərin xidmətlərində fərq yoxdur. Əksinə rəsmi servislərin xidmətləri 30-40 % bahadır: «Bir ehtiyat hissəsini 400 manata almaq olarsa, rəsmi servis bunu 600 manata satır. Buna görə servislərin bu ittihamı əsassızdır». Tural Şükürov bildirib ki, rəsmi servislər verdikləri zəmanəti yerinə yetirə bilmirlər: «Məsələn, yeni avtomobil alan sürücülərdən biri «zəmanət»in bütün tələblərinə riayət edib. Hətta mühərrik üçün həmişə rəsmi servisin tələb etdiyi yağdan istifadə edib. Lakin mühərrik yararsız hala düşdüyü halda avtomobilə sahib çıxmayıblar. Cavab isə bundan ibarət olub ki, Azərbaycanda istifadə edilən mühərrik yağları kefiyyətsiz olduğundan bu zəmanətə daxil deyil. Rəsmi servis öz müştərilərinə aid “zəmanət”i təmin etmir. Belə hallar isə sığorta şirkətlərində rəsmi servislərin “qarantiya” tələbinə qarşı şübhə doğurur». Tural Şükürovun sözlərinə görə, avtomobil o zaman rəsmi servisdə təmir edilə bilər ki, könüllü sığortalı olsun və müqavilədə bununla bağlı tələb qoyulsun. Yəni,müştəri istədiyi halda əlavə ödəniş edərək kasko sığortaya zəmanətli təmiri də daxil etdirə bilər. Yalnız bu zaman qəza baş verdikdə avtomobil rəsmi servisdə təmir edilir.
«Müştəri təmirdən narazı olduğu halda, nəğd ödəniş verilməlidir». Sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki, burada əsas məsələ dəyən ziyanın əvəzinin ödənilməsidir. Əgər sığorta şirkəti ilə müştəri arasında dəyən ziyanın məbləğində mübahisə yaranırsa və təmirin harda edilməsi mübahisə doğurursa, bu zaman müstəqil qiymətləndiricilər çağırılmalıdır. Və yaxud “Audotex”in qiymətləndirməsindən istifadə edərək dəyən ziyanın məbləği hesablanıb pul şəklində müştəriyə verilməlidir. Artıq burada müştəri özü təmirin harada aparılmaasını müəyyən edə bilər. X.Məmmədxanlı «zəmanət» məsələsi ilə bağlı sığorta şirkətlərini haqlı hesab edir. Çünki bəzi hallarda rəsmi servislər «zəmanət»dən sui-istifadə edib dəyən ziyanı şişirdirlər: «Tərcübəmdə belə halla qarşılaşmışam. Məsələn, «Mazda Servis» 6 min manat ziyan dəyən avtomobilə 19 min manat təmir xərci hesablamışdı». /fins.az/

Комментариев нет:
Отправить комментарий