16.12.2015

Səlim Ələkbərov - İmam Hüseynə dil uzadan Elşad Miriyə

Səninləyik, Elşad Miri,
İradının yoxdur yeri,
Sən Hüseyni qanmazsan,
Hüseyn qeyrətlilər piri.

Hüseyn şəhadətin kanı,
Hüseyn şücaət dastanı,
Hüseyn kimi aşiq hanı,
Altmış bir hicridən bəri?!

Hüseynə Rəsul ağlayar,
Fatimə qara bağlayar,
Mələklər əza saxlayar,
Ağladar göyləri, yeri.

Hüseyni kim ki dərk edər,
Yerin cənnətdə bərk edər,
Hüseyni kim ki tərk edər,
Çıxar dindən, olar şeytanın əsiri.

Vətən Hüseynçilər yurdu,
Hüseyn qəlblərdə taxt qurdu,
Hüseyn eşqi sönməz nurdu,
Söndürməz nursuzun biri.

Hüseynçilər qorxmaz, cəsur,
Hüseynçilər azadə, hürr,
Hüseynçilər sınmaz ölür,
Asılsa da, kəsilsə də diri-diri.

Üfürməklə günəş sönməz,
Kor olanlar onu görməz,
Hüseynçilər eşqdən dönməz,
Xoş gəlmisən, boş gəlmisən, qayıt geri.

Комментариев нет:

Отправить комментарий