11.12.2015

“Mərkəzi Bank şəxsi bankların mənafeyini müdafiə edir”

Yeni ildə qüvvəyə minəcək “2016-cı ildə Azərbaycanda yaşayış minimumu haqqında” qanun əsasında gələn il yaşayış minimumu 136 manat təşkil edəcək (əvvəlki ildə 131 manat idi).
Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 146 manat (əvvəlki ildə 140 manat), təqaüdçülər üçün 115 manat (108 man), uşaqlar üçün 117 manat (108 man) təyin olunmuşdur.
İqtisadçı-ekspert Əkrəm Həsənovun qeyd etdiyi kimi, bu qanun kreditlərini qaytara bilməyən vətəndaşlara kömək edəcək. Ona görə ki, məhkəmə və məhkəmə icraçıları vətəndaşlardan yaşayış minimumdan yuxarı olan gəliri tuta bilərlər.
Fərz edək ki, borclunun himayəsində onun həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manat təşkil edir (əvvəlki qüvvədə olan qanuna əsasən 496 manat təşkil edir). Əgər vətəndaşın əmək haqqı 526 manatdan yuxarıdırsa onda bank öz borcunu pulun qalan hissəsindən ala bilər (əgər vətəndaşın əmək haqqı 530 manat təşkil edirsə, bu o deməkdir ki, ondan cəmi 4 manat tutula bilər).
Əkrəm Həsənov belə hesab edir ki, əgər borclunun əmək haqqı yaşayış minimumdan aşağı olarsa, kredit borcu faktiki olaraq bağlanmış hesab olunur. /qafqaznews.org/

Комментариев нет:

Отправить комментарий