Bəxtiyar Ruşin
Səni görmək istəmirdim,gördüm ancaq,
Ürəyimdə tez alışdı sönmüş ocaq;
Lap istədim sənə tərəf açım qucaq,
Könlüm andı viran olmuş eşq bağını,
Gəl qoparma sən yaramın qaysağını!
Sənin mənə son cavabın “yox”olubdur,
Ürəyimi dəlib keçən ox olubdur,
Əvvəl aylar ağrıları çox olubdur;
Zaman isə qaysaqladı qəlb dağını,
Gəl qoparma sən yaramın qaysağını!
İstəmirəm çox sızlasın yaram mənim,
Qoy axmasın gözlərimdən qoram mənim,
İnan, gülüm,yoxdur özgə çarəm mənim;
Gizlət məndən ünvanını, sorağını,
Gəl qoparma sən yaramın qaysağını!
Gah axmışam, sular qumda axan kimi,
Gah baxmışam, səssız filmə baxan kimi!
Gah çaxmışam, vaxtsız şimşək çaxan kimi,
Səhv salmışam qışla yazın ilk çağını;
Gəl qoparma sən yaramın qaysağını!
Xəyalınla hey qalmışam baş-başa mən,
Söyləmirəm bu nisgili sirdaşa mən,
Kaş o zaman rast gələydim bir daşa mən;
Seyr edərkən o vaxt “qızlar bulağı”nı,
Gəl qoparma sən yaramın qaysağını!
O mürgülü xatirələr oyanmasın,
Bağrım yenə al qanına boyanmasın,
Sən uzaq gəz, eşqin odu qoy yanmasın,
Yandırmasın bu qurumuş göz yağını;
Gəl qoparma sən yaramın qaysağını!
Bir zamanlar sənsiz halım xarab olub,
Göz yaşımdan durduğum yer sirab olub!
Səni görmək indi mənə əzab olub,
Gülüm get,get - yandır özgə çırağını;
Gəl qoparma sən yaramın qaysağını!
Yoxdur sənə nə sualım, nə cavabım,
Ancaq vardır bir daimi iztirabım.
Xoşdur sənə bəlkə mənim hər əzabım;
Qopardırsan sanki ətdən dırnağımı,
Gəl qoparma sən yaramın qaysağını!
Onu bil ki,, məhəbbətim sönən deyil,
Qartal eşqim zirvələrdən enən deyil!
Böyük çaylar məcrasından dönən deyil,
Kiçik sədlər kəsə bilməz qabağını;
Gəl qoparma sən yaramın qaysağını!
Səni görmək istəmirdim,gördüm ancaq,
Ürəyimdə tez alışdı sönmüş ocaq;
Lap istədim sənə tərəf açım qucaq,
Könlüm andı viran olmuş eşq bağını,
Gəl qoparma sən yaramın qaysağını!
Sənin mənə son cavabın “yox”olubdur,
Ürəyimi dəlib keçən ox olubdur,
Əvvəl aylar ağrıları çox olubdur;
Zaman isə qaysaqladı qəlb dağını,
Gəl qoparma sən yaramın qaysağını!
İstəmirəm çox sızlasın yaram mənim,
Qoy axmasın gözlərimdən qoram mənim,
İnan, gülüm,yoxdur özgə çarəm mənim;
Gizlət məndən ünvanını, sorağını,
Gəl qoparma sən yaramın qaysağını!
Gah axmışam, sular qumda axan kimi,
Gah baxmışam, səssız filmə baxan kimi!
Gah çaxmışam, vaxtsız şimşək çaxan kimi,
Səhv salmışam qışla yazın ilk çağını;
Gəl qoparma sən yaramın qaysağını!
Xəyalınla hey qalmışam baş-başa mən,
Söyləmirəm bu nisgili sirdaşa mən,
Kaş o zaman rast gələydim bir daşa mən;
Seyr edərkən o vaxt “qızlar bulağı”nı,
Gəl qoparma sən yaramın qaysağını!
O mürgülü xatirələr oyanmasın,
Bağrım yenə al qanına boyanmasın,
Sən uzaq gəz, eşqin odu qoy yanmasın,
Yandırmasın bu qurumuş göz yağını;
Gəl qoparma sən yaramın qaysağını!
Bir zamanlar sənsiz halım xarab olub,
Göz yaşımdan durduğum yer sirab olub!
Səni görmək indi mənə əzab olub,
Gülüm get,get - yandır özgə çırağını;
Gəl qoparma sən yaramın qaysağını!
Yoxdur sənə nə sualım, nə cavabım,
Ancaq vardır bir daimi iztirabım.
Xoşdur sənə bəlkə mənim hər əzabım;
Qopardırsan sanki ətdən dırnağımı,
Gəl qoparma sən yaramın qaysağını!
Onu bil ki,, məhəbbətim sönən deyil,
Qartal eşqim zirvələrdən enən deyil!
Böyük çaylar məcrasından dönən deyil,
Kiçik sədlər kəsə bilməz qabağını;
Gəl qoparma sən yaramın qaysağını!
Комментариев нет:
Отправить комментарий