02.12.2015

Azər Bandoj - Səlam olsun

Səlam olsun sənə, ey nazənin dilbər səlam olsun.
Səlam olsun sənə ey saqeyi-kövsər, səlam olsun.

İçib kim mey dəhanından, olubdur aşiqi-Əhməd,
Əzizim, ey dili bal, ləbləri şəkkər, səlam olsun.

Səlam, ey Kərbəla səhrasını üqbayə bab etmiş,
Təvəssül qılmışam, ey şafeyi-məhşər, səlam olsun.

Səlam ey Zeynəbi-Kubra, səlam ey ismətin rəmzi,
Səlam olsun əzizi-fatehi-xeybər, səlam olsun.

Səlam bab-əl-həvaic, ey Əbulfəzlü Ələmdarım,
Susuz, nəhri-Fəratda, ey olan pər-pər, səlam olsun.

Səlam olsun Muhəmməd Mustəfanın eyninə varis,
Hüseynin növcəvani, ey Əliəkbər, səlam olsun.

Vurub ox Hərmələ, tiflin boğazın tikdi Qur'anə,
Sən ey körpə şəhidim, ey Əliəsğər, səlam olsun.

Xuda qılmış münəzzeh mə'siyətdən, pak, mütəhhərsiz,
Səlam olsun sizə, övladi-peyğəmbər, səlam olsun.

Tutub Bandoj, Huseynin matəmin əhya, bu bəzmidə,
Qılıb, qanın mürəkkəb, sinəsin dəftər, səlam olsun.

Комментариев нет:

Отправить комментарий