Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ilə başlanan “təmizlik” prosesinin miqyası, getdikcə genişlənir. Demək olar ki, hər gün Mili Təhlükəsizlik Nazirliyi (MTN) ilə yanaşı bir sıra digər orqanlarda da vəzifəli şəxslərin işdən çıxarılmasına, həbs edilməsinə dair məlumatlar yayılır.
Bunların sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RY TN) və onun tabeçiliyindəki qurumlarda aparılan həbslər, öz miqyasına görə, hətta az qala MTN-ni belə üstələyir.
Nazir Əli Abbasov işdən çıxarılaraq, ev dustağı edilib. Həmin ərəfədə və ondan sonrakı dövrdə RY TN-nin özündə və tabeçiliyindəki qurumlarda kütləvi həbslər aparılıb. Əksər rəhbər şəxslərə qarşı cinayət ittihamı irəli sürülüb. Bu gün də proses davam edir- “AzTelekom”un baş direktorunun həbsi buna əyani sübutdur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan həbslər rəsmi olaraq korrupsiya və mənimsəmələrlə izah edilsə də, bunun “MTN işi” ilə bağlı olduğu şübhə doğurmur. Təsadüfi deyil ki, hökumətə yaxın mətbuatda da nazir Əli Abbasov iradəsizlik və qorxaqlıq nümayiş etdirərək, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əsirinə çevrilməkdə və bununla da ölkə rəhbərliyinə xəyanətdə ittiham edilir. Bəs bu xəyanət özünü nə də göstərib?
Bununla bağlı “AzPolitika.info”ya maraqlı məlumatlar daxil olub. Belə ki, mötəbər mənbədən bizə verilən məlumata görə, Eldar Mahmudov hansısa kompramatlar əsasında xaraktercə qorxaq adam olan Əli Abbasovu öz iradəsinə tabe etdirə bilib. Bunda Aparat rəhbəri, qardaşı MTN-in Tədris Mərkəzinin rəisi işləyən Vidadi Zeynalovun da böyük rolu olub.
Bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tam şəkildə Eldar Mahmudov və onun cinayətkar bandasının nəzarətinə keçib. Hətta nazirlikdə kadrları belə vəzifəyə ya Eldar Mahmudov təyin edib, ya da onun razılığı alınaraq təyin olunub.
Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün avadanlıqları, rabitə xətləri Mahmudov bandasının ixtiyarına keçib. Hansı ki, budan iş adamlarını, vəzifəli şəxsləri dinləmək və şantaj etmək üçün istifadə olunub. Hətta Əli Abbasov o qədər məsuliyyət hissini itirib ki, Prezidentin də istifadə etdiyi, həmçinin yüksək vəzifəli məmurların bir-birilə əlaqə qurduğu “4 nömrəli” xətti də Eldar Mahmudov və dəstəsinin sərəncamına verib.
Ancaq Əli Abbasovun, necə deyərlər, günahları bununla yekunlaşmayıb. “AzPolitika.info”ya verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini “MTN-çi banda”nın poliqonuna çevirən Əli Abbasov, həmçinin Eldar Mahmudova ən böyük “haqq” ödəyən dövlət strukturunun rəhbəri olub. İstintaq yolu ilə təsdiqini tapmış məlumata görə, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN STRUKTURLARI HƏR AY ELDAR MAHMUDOVA 10 MİLYON MANAT “XƏRAC” ÖDƏYİB! Belə bir faktın ortaya çıxması şok yaradıb. Prezident tərəfindən bu yüksək vəzifəyə təyin olunan nazirlərin birinin digərinə aylıq “haqq” verməsi faktı, hakimiyyətin zirvəsində qəzəb doğurub və bu səbəbdən, Əli Abbasov da vəzifəsindən azad olunub, həbsi gözlənilir. /azpolitika.info/

Комментариев нет:
Отправить комментарий