Araz Gündüz
Telavar kəndindən olan Sadığın oğlu Ağəmməd başına beş-altı yaraqlı adamlar yığıb Dağ (Yardımlı) kəndlərində bəylik eləmək istəyirdi. Hər gecə bir kəndə gedib qonaq qalır, yeyib-içir, adamlara bundan sonra onların kəndlərinə bəylik eləyəcəyini bildirirdi. Bir gün də Hunoba kəndinə gəlib Cankişinin evinə qonaq düşmüşdü. Ağəmmədin öz ağlına qalsa, ola bilsin, xalqla doğru-düzgün davranaraq bir bəy kimi buralarda yerini bərkidə bilərdi, ancaq iş burasındaydı onun başındakı adamların arasında otay Azərbaycanın Şəkərova kəndindən gəlmə, bacısının əri olan birisi vardı, o Ağəmmədi yolundan caydırırdı. Gecə oturub şam yeməyini yeyəndən sonra Şəkərovalı Ağəmmədə deyər, otayın bəyləri hansı kəndə getsələr, gərək kənd adamı o gecə bəy və onun qonaqları ilə yatmaq üçün bir qız gətirələr. Ağəmməd də bunun sözünə uyub deyir, bizə nə gəlib, bizim bəyliyimiz onlardan əskik deyil ha, Cankişiyə deyin bacısını gətirsin. Cankişinin kiçik qardaşı Xankişi qonaqlara qulluq eləmək üçün qapının arxasında durubmuş, onu çağırıb deyirlər, get bacını gətir, bu axşam bizimlə yatsın. Xankişi bu sözdən bərk sarsılar, ancaq qonaq olduqları üçün özünü ələ alıb deyər: “Siz bizim qonağımızsınız, belə yaramaz sözləri necə diliniz gəlir danışırsınız?” Şəkərovalı deyər, yerini bil, bu bəyin buyuruğudur, nə deyirlər get onu da elə. Xankişi gedər bu sözləri qardaşına çatdırsın. Cankişi bu sözləri eşidəndə qulaqlarına inanmaz, özü durub gələr qonaqların yanına, soruşar: “Qardaşım gəlib mənə bir söz dedi, ancaq mən inanmadım, yoxsa sizi yanlış anlayıbdır?” Şəkərovalı deyər, yanlış anlayıb eləməyib, get ona nə demişiksə onu da yerinə yetir. Cankişi üzünü Ağəmmədə tutub deyər: “Biz səninlə bir elin-hampanın oğluyuq, sən gəl bu Şəkərovalının sözü ilə burada namusa yaramayan işlərə əl atma. Özün də düşün, bizim eldə haçağ belə bir iş olub, siz mənim qonağımsınız, gözüm üstündə yeriniz var, ancaq gəlin belə yaramaz sözlər danışıb məni də başqa işlərə əl atmağa çəkməyin, bu sözü qonaq olmayan birisi desəydi, mən onu yerindəcə öldürərdim, ancaq neynim, siz qonaqsınız”. Ağəmməd deyər, burada pis nə var axı, bacın bizim yanımıza gəlsə, bu gecəni bizim üçün bir az da rahatçılıq olar. Cankişi görər, Ağəmməd büsbütün ağlını çaşdırıb, bir söz demədən gedər. Cankişi qapıdan aralanmamış görər Şəkərovalı Ağəmmədə deyir, sözünün üstündə bərk dur, bizim otayın bəyləri ona görə güclüdür, onların bir sözünü iki eləyəni sağ qoymazlar, Ağəmməd də qayıdıb deyər, qoy o mənim buyuruğumu yerinə yetirməsin, onda onu səhər açılan kimi o qapıdakı armud ağacından asacağam. Cankişi qayıdır qardaşının yanına, eşitdiklərini ona danışır, bu vaxt bacıları da ortaya çıxıb yaylığını atır qardaşlarının ayağının altına deyir: “Ay mənim qardaşlarım, sizin kimi qardaşları olan bacı da əllərdə qalarmı?” Cankişi deyir: “Bacı, sən heç darıxma, namusu itə atıblar it yeməyib, mənim qarşımı onların qonaq olmaqları kəsirdi, ancaq ağız açdım, sözümə qulaq asmadılar, indi gör mən onların başına nə oyun açacağam”. Yeri düşmüşkən onu da deyim, hunobalılar hamısı çox yaxşı atıcı olurlar. Bu kənddə çox adam ovçuluq elədiyindən böyükdən-kiçiyə hamısı tüfəng atıcılığında çox bacarıqlıdırlar. Cankişi ilə Xankişi tüfənglərini də götürüb gəlirlər qonaqlar oturan otağın qapısına, Cankişi qapını döyüb deyir, dediyinizi gətirmişik, çıxın götürün. Qapı açılan kimi otaqdakı adamlardan beşini vururlar, ancaq Ağəmməd çeviklik eləyir, bacanın şüşəsini sındırıb, özünü bayıra ata bilir. Xankişi qaranlıqda onun qaçdığı tərəfə bir güllə atır, ancaq elə bilirlər güllə dəymədi, qaçıb aradan çıxdı. Ancaq səhər açılanda Ağəmmədin də ölüsünü Cankişinin bağının içindən tapdılar.
Telavarlı Sadıq varlı idi, həm də Moran kimi böyük bir oymaqdan idi. Buna görə də, çox keçmədən butayın Telavar, Ərsilə, Çanaxbulaq kəndlərindən, otayın Van və başqa kəndlərindən çoxlu yaraq-yasaqlı adamlar toplayıb Hunoba kəndinə oğlunun qanını almaq adı ilə basqın elədi. Hunobalılar basqınçılardan sayca qat-qat az olsalar da, onların iki üstünlüyü vardı: birincisi, onlar yuxarıda da dediyimiz kimi çox yaxşı atıcı idilər, güllələri boşa getməzdi, ikincisi, onlar qabaqcadan kənddə daldalanmaq üçün yaxşı yerlər düzəltmişdilər, basqınçılar isə yığma-yığışdırma adamlar olduqlarından aralarında yaxşı döyüşçülər az idi, sonrası da onlar kəndə basqın eləyəndə açıqlıqda döyüşməli olurdular. İkigünlük vuruşmadan sonra Telavarlılarla onlara köməyə gələnlər böyük itki verərək, döyüşdən əl çəkib getməli oldular.
Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

Комментариев нет:
Отправить комментарий