24.12.2015

Putin: Əgər Türkiyə rəhbərliyi ABŞ-ın bir yerini yalamaq fikrinə düşübsə, qoy...

Dekarın 17-də Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda olduğu kimi ənənəvi mətbuat konfransı keçirib. Konfransda daha çox maraq şimal ölkənin prezidentinin Türkiyə barədə söylədikləri olub. Meydan TV Vladimir Putinin Türkiyəni sərt tənqidi ifadələrini təqdim edir.

"Rusiyanın Su-24 təyyarəsini vurmaqla Türkiyə rəhbərliyində təmsil olunanlar ABŞ-a yaltaqlanmaq məqsədi güdüb. Biz bilmirik ki, bu işdə üçüncü tərəf var, ya yox. Lakin Türkiyə rəhbərliyindən kimsə ABŞ-ın bir yerini yalamaq fikrinə düşübsə, bunun doğru addım olub-olmadığını bilmirəm. Ümumiyyətlə, bunun amerikalılara lazım olub-olmadığını da bilmirəm.
Türkiyənin indiki rəhbərliyi ilə anlaşmaq mümkünsüzdür. Təcrübə göstərir ki, bizim üçün anlaşmaq çətindir və yaxud da praktiki olaraq bu, mümkün deyil. Hətta biz “hə” deyərkən, arxadan bizə zərbə vururlar, özü də anlaşılmayan səbəblər üzündən. Bu üzdən də dövlət səviyyəsində perspektiv görmürəm.
Ankaranın Suriya sərhədindəki maraqlarını mövcud əməkdaşlıq kanalları vasitəsi ilə müzakirə etmək üçün imkanları olsa da, bunu etmədik. Nəyə lazım idi bunu (Su-24 təyyarəsini vurmaq- red.) etmək? Mən anlamıram. Bəlkə onlar düşünürdülər ki, biz oradan qaçacağıq? Əlbəttə ki, yox. Rusiya o ölkələrdən deyil.
Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa, indi də pozsun.
Rus təyyarəsinin vurulması xain hərəkətdir. Əgər dedikləri kimi bədbəxt hadisə olsaydı, o zaman telefonu götürüb bu barədə dərhal bizə deyə bilərdilər. Onlar isə dərhal Brüsselə qaçıb “ay haray, bizi öldürürlər”,- qışqırmağa başladılar. Amma indi məlum olub ki, bu təyyarənin vurulması heç NATO-ya da lazım deyilmiş.
Əgər Türkiyə rəhbərliyi ABŞ-ın bir yerini yalamaq fikrinə düşübsə, qoy düşünsünlər. Bu, ABŞ-a lazımdırmı?
Türkiyə ABŞ-a göstərmək istəyir ki, sivil islamdır. Bu, ABŞ-ın Somosaya olan münasibətinə oxşayır. “Somosa qancıq balasıdır, amma bizim qancığın balasıdır”. İndi Türkiyə də deyir ki, biz islamçılarıq, amma sizin islamçılarıq.
Onlar böyürdən və arxadan zərbə vururlar. Türkiyə hökuməti ilə əlaqələr qurulmasına ehtiyac görmürəm. Onların hərəkətlərindən Atatürk belə indi qəbirdə çevrilir.
Qoy Türkiyədə eşitsinlər. Biz heç vaxt onlarla əməkdaşlıqdan imtina etməmişik. Antaliyada olarkən Türkiyə rəhbərliyi bizdən onlar üçün son dərəcə həssas olan məsələdə Rusiyanın dəstək olmasını xahiş etdilər. Bu xahiş beynəlxalq hüquqa zidd idi. Biz kömək edəcəyimizə söz verdik.
Bizə türkmənlər barədə heç vaxt heç nə deməyiblər. Bu barədə mən eşitməmişəm. Məgər bunu telefonla zəng vurub soruşmaq çətin idi? Deyə bilərdilər ki, sərhəddin bu hissəsində zərbə endirilməsin. Biz Türkiyə üçün ən həssas məsələdə əməkdaşlığa hazır idik.
İŞİD ikinci dərəcəli məsələdir. Mən şəxsi müşahidəmi deyirəm, İraqa girdilər və vakum yarandı. Sonra orada neftlə bağlı "kontrabanda" ticarəti formalaşdı. Böyük miqyasda "kontrabanda"... Bu "kontrabanda"nı müdafiə etmək üçün hərbi qüvvə lazım idi. Bunun üçün islam faktorundan istifadə edilib.
İqtisadi maraqları qorumaq üçün İŞİD yaranıb. İndi isə neftin daşınması yolunu tapmaq lazımdır. Maşınların çoxu indi İraqa qayıdıb. Biz bir yerdə 11 min neft daşıyan maşın karvanı müəyyən etdik.
Türkiyədə Şimali Qafqazdan olan “boyeviklər” var. Onları qoruyurlar. Onlar isə vizasız rejimdən istifadə edərək, türk pasportu ilə Rusiyaya daxil olurlar. Biz isə onları böyük şəhərlərdə axtarmalı oluruq.
Gürcüstanın ərazi bütövlüyünün pozulmasının gunahı birbaşa Mixail Saakaşvlinin boynundadır. İndi onu Ukraynaya göndəriblər. Orada da öz iş uslubunu nümayiş etdirir. Saakaşvili Ukrayna xalqının üzündə tüpürcəkdir. Ukrayna xalqına deyirlər ki, sizi idarə etmək üçün daha sivil adamlar göndəriləcək. Məgər, 45 milyonluq xalqın içindən 10-20 nəfər savadlı və qabiliyyətli adam tapa bilmədliər?
Gürcüstanla əlaqələri bərpa etməyə və viza rejimini ləğv etməyə hazırıq. Ancaq ərazi bütövlüyü məsələsinə gəlincə, bu, gürcü, abxaz və osetinlərlə müzakirələrdən asılıdır. Onlarla işləyin". /apa/

Комментариев нет:

Отправить комментарий