09.12.2017

Bürhan Heşməti:
-İsrail bir neçə ildir Azərbaycana kənd təsərrüfatı məhsulları satır və rəsmi Bakının himayəsi ilə bu sahəni nəzarətə götürməkdədir. Sionist rejim hazırda Azərbaycana kartof, soğan, badımcan, meyvə kimi sıradan məhsullardan tutmuş müxtəlif çeşidli ərzaq məhsullarına qədər ixrac edir. SSRİ dağılandan sonra Azərbaycanda spirtli içkilərin istehsalı dayanmışdı. Sionist rejim kənd təsərrüfatı sahəsində həmkarlıq çərçivəsində şərabçılığın bərpasına kömək edir. Hazırda Bakı mediası şərab istehsalı və eksportunu təbliğ edərkən İsraili əsas alıcı kimi vurğulayır. Kənd təsərrüfatına sərmayə yatırımı sahəsində də İsrailin fəaliyyətləri artıb. Bunu Azərbaycanın İranla müştərək sərhədləri boyu cənub zonasında daha çox müşahidə edirik. İsrail əkinçilərə kömək, sərmayə yatırımı, təcrübə mübadiləsi, kənd təsərrüfatının modernləşdirilməsi, üzüm tənəklərinin becərilməsi kimi layihələr adı altında Azərbaycanda kənd təsərrüfatı sahəsini nəzarətə götürür. MAŞAV (İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi) təşkilatının diplomatlardan tutmuş, əkinçi, biznesmen, müəllimlər üçün təşkil etdiyi kurslarda Azərbaycanın cənubundan çox sayda əkinçilər də iştirak edib. Bu insanlar işğal olunmuş Fələstin ərazilərində sionist rejimin kurslarına qatılıb. Sonradan üzə çıxdı ki, Cəlilabad, Lənkəran, Astara rayonlarında böyük torpaq sahələri alınaraq İsraillə yaxın əlaqədə olan şəxslərin ixtiyarına verilib. Bu adamlar arasında sionist rejimə cəsusluq edənlər də var. Bundan əlavə cənubda yerli hakimiyyət orqanları və bələdiyyələrdə mühüm postlara dinə müxalif və İsrailə bağlı fiqurlar gətirilib. Cənub zonasında zahirən əkinçilik üçün nəzərdə tutulmuş ərazilərdə İran ərazisinə tuşlanmış izləmə qurğularının yerləşdirilməsi barədə məlumat var.

Комментариев нет:

Отправить комментарий