09.12.2017

Bürhan Heşməti:
-Sionist rejimin Azərbaycanda nüfuz etdiyi sahələrdən biri tikinti sahəsidir. Sionist rejim Azərbaycanda müxtəlif sahələrə, o cümlədən yol çəkilməsinə böyük məbləğdə borc verir. Amma bu borclar müqabilində etimad göstərdiyi sığorta şirkətlərinin zəmanətini tələb edir. Şübhəsiz ki, bu şirkətlər sionist rejimin banklarına borcun ödənməsinə zamin duranda icraçı şirkətin seçilməsinə təsir mexanizmi əldə edir. Aydın məsələdir ki, belə sərmayəçilərin məqsədi təkcə iqtisadi mənafe deyil. Bəzən Azərbaycan mediasında bu müəmmanı ifşa edən xəbərlər gedir. Bir müddət öncə Azərbaycan mediasında belə bir xəbər nəşr olunmuşdu ki, Azərbaycanın cənub zonasında, İranla sərhəd bölgəsində əkinçilik ərazilərində gizli kameralar və dinləmə qurğuları yerləşdirilib. Buna görə də Azərbaycan-İsrail münasibətləri mövzusu çox mühüm mövzudur. Bu mövzu İranın milli təhlükəsizliyi ilə əlaqəlidir.

Комментариев нет:

Отправить комментарий