Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının gənclərlə və ayrı-ayrı ziyalı şəxslərlə görüşləri davam edir. Bu günlərdə Bakı məktəblərində keçirilən görüşlərdən sonra gənclər rəğbətlərini bildirən məktublar da yazıblar. İki görüşdə 130-a qədər iştirak etmişdir. Birinci görüş nisbətən qələbəlik səviyyəsində keçdi. Əvvəlcə gənclərin ciddi mövzulara meyilli olmamaları özünü göstərsə də, söhbətin yaratdığı maraq yorğunluğa (axırıncı dərs saatından sonra görüş keçirildi) və nadincliyə üstün gəldi. (Milli dəyərləri öyrənmək və ona sayğı göstərmək hər bir vətən övladının mənliyinə hakim kəsilməlidir. Əks halda Vətənə və millətə sahib durmaq mümkün deyil).
Sonradan gənclərin verdikləri çoxsaylı suallar da onlarda böyük maraq oyandığını ifadə edirdi.
Ancaq bəzi məsələləri onlara izah eləmək müəyyən çətinliklər yaradırdı. Çünki onların əksəriyyəti vətənin də, millətin də, dövlətin də, bayraqdakı rəmzlərin də əsas qaynağı kimi İslam dinini götürürdülər. Bu hal, bizə görə tədrsdəki boşluqlardan irəli gəlir. Çünki gəncliyə yalnız elm öyrədilir – fizika, biologiya… Ancaq təhsildə etnik kimliyin dərk olunması, milli şüurun özünəməxsusluqlar üzərində inkişafı proqram əsasında tədris olunsa, əlbəttə ictimai tərəqqidə millətə uğurlar qazandırar. Soylu Atalı məsələni bu yöndən hərtərəfli açıqlamağa çalışır, gəncliyin diqqətini özümləşmə məsələlərinə yönəldirdi: “Əslində milli kimlik ayrı şeydir, etiqad ayrı şey. Etiqadla milli kimliyi birləşdirmək isə, etiqadın etnik keyfiyyətlərə və milli mahiyyətə doğma olmasından asılıdır. Dövlət və onun atributlarına gəlincə, məsələ yenə birbaşa milli kimliyin və milli ruhun tələblərinə dayanmalıdır. Heç bir atribut yadlığı təmsil eləyə bilməz…”
Görüşdə əsas maraq yaradan məsələlərdən biri də Ocaq kuralları oldu. Asif Atanın ömür yolu, Azərbaycanın gələcəyinə yönəlik ortaya qoyduğu ideya yeniliyi ayrı-ayrı suallarla izah olunub açıqlandı.
Gəncliyin sevgisində Azərbaycan obrazı yaratmaq nə qədər çətin olsa da, uğurla davam etdirilir…
Atamız Var olsun!

Комментариев нет:
Отправить комментарий