Ramilə Qardaşxanqızı
Hər axşam işdən çıxıb yorğun halda, səndələyərək bu yol ilə evə gedirəm. Amma hər gün, təkrarlanan və eyni olan bir hadisəylə rastlaşıram. Qəribəsidə budur ki, o ağrıdan ölmürəm. Birdən boyunumun arxasında külək surəti, şimşək aniliyi ilə ağır bir zərbə hiss edirəm. Gözlərimdən qığılcım sıçrayır ayağlarımın altına. Sanki, məni gözə görünməz kimsə vurur. Sanki arxamca kimsə gəlir və fisıltısını qulaqlarımın dibində hiss edirəm. Vahimə məni bürüyür, çevrilib baxsam da heç kimi görə bilmirəm. Cürəbə-cürə fikirlər dolanır beynimdə. Cehizlik yun kimi didirəm içimdə dolaşan fikirləri. Nəticə isə...
_Bəlkə bizim korpusda işləyən Həsən doktordur, mənə nəsə etmək istəyir?
_Yox, o olmaz. Ona nə etmişəm ki, cəmi bir dəfə maaşını kəsmişəm...
_Nə olsune onda onun arvadı doğurdu, ölmədi ki.
_Bəlkə də qonşum Aydındır.
_Hə, o olacaq. Ona sən deyən yaxşı adam demək olmaz, əyyaşın biridir. Gündə içib uzanır küçənin ortasında. O qədər içki pulu vermişəm ki ona. Elə bu gün işə gələndə də gördüm, arxamca zarıyırdı.
_Deyirəm bəlkə içkinin təsirindən məni tanımayıb, vurmaq istədi?
_Bəlkə sonra tanıdı, etdiyim yaxşılıqları xatırlayıb vaz keçdi? _Mən onu bir dəfə yolumdan kənar etmək üçün təpikləyib oyatmışdım deyə indi hər gün axşam zır dəm olan vaxtı yadına düşür və məni izləyir ki qisas alsın?
_Yoooox, mən də lap ağlımı itirib elə ondan betər olmuşam. Onda o, içkili idi, yadında da qalmaz. Əyyaşlar içkinin təsirindən özünə gəlib ayılanda özlərini harda görlərsə oranı da xatırlayırlar.
_Bəs axı kimdir, nədir, nə bəladır axı düşmüşəm görəsən mən?
_Mənə elə gəlir ki, hər dəfə arxamca qaraba-qara düşüb məni izləyən bizim xəstəxananın qapısında artıq-urtuq yığan o itdir! Nazirlikdən tapşırıblar məni izləsin deyə.
_Həəə, özüdürki var, yüz faiz odur. Keçən dəfə olara yaxşı “hörmət” edə bilməmişəm, ona görə də mənə göz-qulaq olmağı əlimdə yallanan öz itimə tapşırıblar. Kiminlə görüşdüm, nə etdim deyə xəbərdar olub sonra da gözümə soxsunlar deyə subut toplayır dəyyus!
_Ay tapdın ha…
_Eeeee, yoxeee o da olmaz. O boyda nazirliyin qarnını tək mən doyurmuram ki, mənimlə vaxt öldürələr. Sərçə canı qədər canım var, istəsələr bir çırtmaya yox edərlər məni.
_Bəs kimdir görən?
_Hər dəfə boynumun arxasına dəyən o sillə hardandır?
O ildırım kimi qulaqlarımda cingildəyən zərbə kimin əlindən çıxır?
_Niyə mən o əli tutub kəsə bilmirəm axı, niyə?!
_Əsəbiyəm, həm də çox. Evə çatan kimi arvadı da salıb təpiyimin altına eşşək balası kimi çırpacam! İtin qızı it, köynəyimi pis günə qoyub. İlin günün bu vaxt-vədəsində adam da yüz əlli matalıq köynəyin qoluna ütü salınmış halda geyinər?!
Elə bil çiyinlərim dəmir yolu deposudur, qollarımın üstündən isə Qatar keçir! Dünən axşam restoranda şam eləyirdik, pencəyi əynimdən çıxardanda katibəmdən utandım.
_Katibəm?
_Həəə, tapdım, məni izləyən odur. Arxanca düşüb izləyir ki, görsün evə gedirəm yoxsa başqa bir qələt eləməyə. Şeytan yaman qıskanc şeydır haaa. Heç Səkinə dədəsinin qızı mənə dörd uşaq doğub amma onun qədər qıskanclıq eləməyib.
_Nə olsune Səkinə də malın biri maldır da. Deyirəm əynini adam kimi geyin düş yanıma, gedib başına bir dilim əski atır ki, geyindim.
_Səmənin biri səmə!
_Hə, nə isə...
_Sillənin ağırlığı bir balaca keçən kimi fikirlərim yayınır. Ancaq yenə də hər daşın altından çıxıb hər an məni döyəcləyən boynumun arxasındakı qapazdır.
_Görəsən yeri qızarır?
_Qızarsa idi Səkinənin olmasada canı yanmış Sevanın gözündən yayınmazdı.
_O hər kimdirsə bir gün qapazdan cana doyub başıma daş da yıxacaq.
Cəhənnəmə ki, onsuzda ürəyimə ağrı salıb. Nə gecələri yatmağa, nə gündüzləri insan balası kimi yaşamağa qoymur. Hər axşam eyni vatda təkrarlanır. Aradan çıxmağa macal da vermir. Bircə bilsəydim kimdir uf demədən tutub mələdərdim o kafiri.
_Bəlkə də ötən dəfə ələ saldığım lotudur, indi hədə qorxu iylədir. Və yada keçən həftə inək balasını ayağı altına salıb çığnadığı kimi çilədiyim Vəlidir. Vəli bizə dərman gərirən oğraşdır. Heyvan gözüm görə-görə hərifləyir məni, xəstəxanama saxta zir-zibil sırıtlayır. Üstəlik onun zavalına keçən mən oluram. Millət mənim əlimdən zəhərlənir, sabah da gəlib mənim xirtdəyimə çökəcəklər. Hələ bütün bunlar azmış kimi, mənə ordan bir köpük də xeyir qalmır. Çırtı-pırtı da itə-qurda yem eləyirəm ki, hürməsinlər üstümə. Bir də axı kimdire o ağılın sahibi ki, saf-çürük eləyə. Onsuzda təmiz dərman yoxdur ölkədə, heç kim sağalan deyil. Adama deyərlər xəstələndinsə get yıxıl öl, boş-boş xülyalara niyə dalırsan ki, niyədə zəhərlənəsən?
Başımı bu yolda ağartmışam, çox şey də qazanmalıyam. Başımı ağartmışam dedim qocalıq yadıma düşdü. Ömrümü yarılamışam artıq, bu gün sabah ölüb gedəcəm bilməyəcəm ki, məni hər axşam işdən çıxıb gələndə yolda kim izləyir. Bilmirəm ki, o sillələri kimin əlindən yeyirəm. Bu axşamda öyrənə bilmədim bu əmmanı…
_Yoruldum çək-çevirdən, evə gedən kimi yıxılıb yatacam.
Səkinə yetimçəsinə də heç nə deməyəcəm. üzünə baxmağım gəlmir. Ay səni Seva…
_Bu kimdir, mən yuxu görürəm?
_Anam hər gün namaz qılıb mənim üçün dua edərdi. Hər duasında isə, dünyaya gətirdiyi övladın haqqa günahsız qovuşmasını diləyərdi. Allahın Anaya olan mərhəməti və mən sənin öz ruhun, doğma anamın əliyəm. Hər gecə yuxularına gətirdiyim mənim anamdır. Sən onun əliylə döyülürsən, günahlarını xatırlayaraq öz-özünə söyülürsən. Amma bir şeyi unutma; heç kim cənnətdən uzanan ana əliylə ölməz. Hər gün bir qapaz yeyirsən ki, tövbə etmək üçün oyanasan. İmanını oyat!!!
Haşiyə (esse)
Gün elə gəlib elə gedir ki, illər hardan keçdi bilmək olmur. Bəzən düşünürəm; Yazıq biz, elə tez qocalırıq ki, həyatın dadını da anlamağa vaxtımız çatmır. Tam anlamaq vaxtı yetişəndə isə, bir qədər gecikirik. Çünki həyat qara torbağın nazıyla oynayaraq; İnsanın ruhu canından çıxandan sonar sənin üçün verilmiş dadlı qidadır, ye deyir. Torpağın da dişi yoxdur axı, çeynəmədən udur. Biz zavallı bəndələr isə, Allahın bəxş etdiyi axirətin varlığına inanaraq cənnət arzusu ilə sarılırıq qaranlıq dünyamıza. Bir sözlə əcəl qoxusu yaxınlaşdıqca ölüm havası süsləşdirir canımızı. Ölüm havası qulaqlarımızı oxşayır, unuduruq cəhənnəmi. Cənnət almasının dadı duyulur damağımızda. Unuduruq əməllərimizin haqq tərəzisini, dişsiz ağızda çeynənməyin əzabını. Can atırıq dağlarından gur şəlalələr axan, dərələrində yaşıl yamaclar üstündə bol nemətli süfrələr sərib bizi çağıran cənnətdə gizlənməyə. İnanırıq inandığımıza, güvənirik imanımıza amma bizdən biri olan, içimizdə daimi yaşayan etiras adlı şeytanı unutmamalıyıq. Biz hamımız vaxtı qovuruq, zamanı sayırıq gündəlik yalanlarlla. Yaşanan hər anın adını tale, qismət, olacaq qoyub aldadırıq özümüzü. Axı əcəl başqadır, əcəlmayallaq başqa. Əsil cənnət, həqiqi əbədiyyat üçün elə yaşamaq lazımdır ki, sonda ayaq izlərimiz çevrilib başımıza dəyməsin. Həyat sonsuz sınaqlar, bizim üçün qazılmış dibsiz quyularla doludur. Tanrı yaratdığı hər nəfərə bir seçim imkanı verir, mütləq verir. Ağlımız, zəkamız, düşünmə qabiliyyətimiz heyvan instinqindən fərqli olaraq bir cüt gözümüzdən istifadə imkanları ilə də köməkləşib yolumuzuda çıraq yandırır. Cızırıq sabaha gedən hər yoxuşu, hər enişi. Cığır açırıq arzulara, istəklərə. Ancaq bu istəklərin bətninə baxın, mayasını öyrənin. Bizi azqırmaq üçün and içən lənətlini hər an xatırlayın və əsla unutmayın. Unutmayın ki, bəzən gözlərimizi yumaraq addımlamağımıza tək səbəb də şeytandır. Hər nə qədər gözəldirsə sevgi, işində şeytan əməli var. Hər nə qədər gözəldirsə cəh-cəlalda yaşamaq, yenə içində şeytan əməli var və hər nə qədər uzun ömür istəyirsinizsə bu dünyada əmin olun ki, onun özündə belə şeytanın özü var. Biz uçuruma yuvarlananda ya əl atıb tuta biləcəyimiz bir əl tapılır ya da şeytan əməllərimiz ətəyimizdən dəyirman daşına bənzəyən günahlarımızı asaraq cəhənnəmə doğru yuvarlayır bizi. Bizlərdən ən bəxtiyar olanı o kəsdir ki, ona da bu dünyada bir qapazlıq oyanmaq şansı verilib.

Комментариев нет:
Отправить комментарий