20.01.2013

Yaşamaq istəyirəm

Elşad can Şamil

Gizlədin mənnən həqiqəti,
Həqiqətim acıdırsa...
Kimsə deməsin qəti...
Onsuzda gec-tez biləcəm...
Bir az yaşamaq istəyirəm...

Vicdansıza nə hörməti...
Lap başımın tacıdırsa...
Dəyişilsə də surəti...
Üzünə hər an deyəcem...
Necə ki hər gün deyirəm...
Bir az yaşamaq istəyirəm...


İstəmirəm səadəti...
Məndən qaçan bacıdırsa...
Harda qaldı ləyaqəti...
Doğmalıqdan siləcəm...
Siləcəyimi bilirəm...
Bir az yaşamaq istəyirəm...

Göstərməsin ibadəti...
Boynundakı xaçıdırsa...
Anlamıram şəriəti...
Amma bir gün öyrənəcəm..
Görə-görə öyrənirəm...
Bir az yaşamaq istəyirəm...

Verməyin mənə möhnəti...
Ağrılarım sancıdırsa...
Neynəyirəm şöhrəti...
Sancıdan onsuz öləcəm...
Gecə-gündüz göynəyirəm...
Bir az yaşamaq istəyirəm

Lazımım deyil rəğbəti...
Cəzalarım qamçıdırsa...
Gözünə girsin qiyməti...
Maddiyyatla ölçüləcəm...
İnsanlığa söykənirəm...
Bir az yaşamaq istəyirəm...

Məğlub edərəm həsrəti...
Ümüd bircə damcıdırsa...
Sevgimi yıxsa şəhvəti...
Hissləri ölmüş görəcəm...
Ölməmiş mən söyləyirəm...
Bir az yaşamaq istəyirəm...

Комментариев нет:

Отправить комментарий