09.04.2012

Ataxan Əbilov. Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan

 İnsan hüquqları sahəsində Avropa standartlarının əsas hissəsi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasında  və ona əlavə edilən Protokollarda ifadə olunmuşdur. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmuşdur. Bununla Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yaranmışdır.
"Avropa Məhkəməsi və Azərbaycan" kitabı Avropa Məhkəməsi, onun fəaliyyət mexanizmi, Məhkəməyə müraciətetmə qaydaları haqqında oxucuya dolğun məlumat verir. Bundan əlavə kitabda Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq Avropa standartları ilə müqayisəli analizi, Azərbaycan Respublikasının Avropa Şurasına üzv olarkən öz üzərinə götürdüyü öhdəliklərini təhlili və s. bu kimi məsələlər də ətraflı işıqlandırılmışdır.

Ölkə ictimaiyyətinin Strasburq məhkəməsinə marağı yüksəkdir. Bu baxımdan "Avropa Məhkəməsi və Azərbaycan" kitabı hüquqşunaslarla yanaşı, sıravi vətəndaşlarımıza da bu istiqamətdə yardımçı ola bilər.
Kitabın tam mətnini  buradan  yükləyə bilərsiniz.

Комментариев нет:

Отправить комментарий