08.05.2012

Ağladıb gülmə tikan

Xosrov Barışan

AYRILIĞIN BƏLGƏSİ

Ayrılanda;
 Addım, addım
          Ayaq izin,
           Döndü tikan kərdisinə!
Fasiləmiz tikan bağı!
               Gələnmədim...

ŞƏNLİK TÖRƏNİ

Qurma şənlik törəni
 Boşluqlara yalan ilə.
Gözlərdən axan yaşı
    İçmək ilə məst olma.
Ürəyin sızıldayan vay səsinə
                                  Zülm ilə
                                   Əylənib dans eləmə.
Yəni bir cümlə desəm:
     Ağladıb gülmə tikan
                         Güldürüb
                                    Gül...
                                     Gül...
                                        Gül. 

YALAN OLANDA

Işıqlananda baxışım;
Nə yazıq ki;
 Gözlərimdə  günəşim çıxdı yalan!
Dik yuxudan daşlandım;
Oldu gecə diləklərim;
Pəncərədən;
 Gözvuran ulduzumu seçemmədim!...



Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü  ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını  üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az

Комментариев нет:

Отправить комментарий