Cavidan “TEZ-BAZAR”da
- Özünüzü 2 sözlə təqdim edin.
- Yazar Cavidan.
- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Elə Cavidan kimi.
- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Uşaqlarımın anası - ilk növbədə bu, qalan hər şey bundan sonra gəlir.
- Dost…
- Övladını etibar edə biləcəyin adam, başqa variantlar sentimentdi sadəcə.
- İlk sevginiz?
- Tom Soyyer.
- Əsas ixtisasınız?
- Rus dili və Ədəbiyyatı müəllimi.
- İstifadə etdiyiniz nəqliyyat növü?
- Daha çox ailə maşınımz, arada-sırada müxtəlif marşrutkalar.
- Sevdiyiniz maşın markası?
- Mersedes.
- Sevdiyiniz brend?
- Samsunq.
- Sevdiyiniz saç düzümü?
- Kare.
- Sevdiyiniz rəng?
- Qarışıq rəngləri sevirəm, özümə yaraşanları yəni.
- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Nəzərə alsaq ki, Bakıdan başqa heç yerdə olmamışam, elə Lənkəranı bəyəndiyimi deyəcəm.
- Sevdiyiniz yemək?
- Vegetarian mətbəxindən olanlar.
- Ən çox istifadə etdiyiniz söz?
- Söz deməzdim, amma "və" bağlayıcısını çox işlədirəm, bəlkə də daxili bir istəkdən doğur bu - bütün bəşəriyyəti birgə, bütün insanları bərabər görmək istəyindən.
- Leksikologiyanıza yad olan söz?
- Ana-bacı söyüşü və bala qarğışı. Bunları "bacaran" kim varsa, ruhumun əhatə dairəsinə də yaddır.
- Sizi nə həyacanlandıra bilər?
- Qələbəyə haqq edənin qalibiyyət anını izləmək.
- Ən çox sevdiyiniz kitab?
- Con Templtonun "Ümumdünya həyat qanunları" kitabı.
- Ən çox sevdiyiniz yazar?
- Cavidan.
- Ən çox bəyəndiyiniz ifaçı?
- Fərqanə Qasımova.
- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Əhvalıma uyğun olaraq, ən müxtəlif musiqi janrları, yetər ki ifa mükəmməl, professional olsun, ruh harmoniyamı pozmasın yəni.
- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Əlbəttə.
- Mənfi xüsusiyyətiniz?
- Arxayınlıqdan doğan tənbəllik.
- İdeal insan necə olmalıdır?
- Bütün Kainatla həmahəng ruhda, amma in-yanın qarasının içində ağ nöqtəni oyatmağın missioneri.
- Özünüzü ideal insan hesab edirsizmi?
- "İdeal insan" üçün verdiyim şəxsi tərifimə uyğun ruhdayam, amma fiziki, material imkanlarım qüsurludur, bütün ölümlülər kimi, təəssüf ki.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Yalan.
- Həyat fəlsəfənizi ifadə edin.
- Bu dünyada Allahdan başqa kimsəyə güvənmə!
- Siz xoşbəxtsinizmi?
- Xoşbəxtlik - üzündə təbəssüm, gözlərində yaş, Allaha təşəkkürlər etdiyin anlardır, belə anları çox yaşamışam və hər kəsə də diləyirəm, ümumən isə bəxtimdən heç vaxt şikayətim olmayıb, ən pis günümdə belə.
- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Bilmirəm, amma əgər məndən onu yaratmağı istəsələr, deyərdim: sağlam və gənc olanın dilənməsi - istər maddi rifah olsun, istər sevgi olsun, istərsə də cəmiyyətin etibarı.
- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Redaktə yalnız yazdıqlarımızda deyil, bizim üçün yazılanda da mümkündür, hər bir düz olmayan yolu başladığın ilk addıma qayıdaraq, ordan tam düzgün bir istiqamətdə getmək şansı var, insan öz içindəki ikinci Özünə dar günün dostu olmağı bacarmalıdır.
- Ölüm niyə ölmür?
- Allahdan başqa hər şey və hamı ölür, biz sadəcə ölümdən bir azca az yaşayanlarıq.
- Dinlərə münasibətiniz?
- Zamana və məkana görə insanların həyatını, ruh halını və ümumən cəmiyyəti nizamlamaq üçün həyat şansı.
- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Sağlam və gənc olanların diləndiyi bütün çevrələrdən - ədəbiyyat daxil.
- Falçıya inanırsızmı?
- Xeyr.
- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Sevdiklərinin sənə atdığı daşı oyulmuş ürəyinin yerinə qoymaq və üzünü çevirib getmək.
- Sevinciniz nə qədərdir?
- Uşaqlarımın sevinci qədər.
- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Heyvanları xatırlatmayan bütün xüsusiyyətlərinə.
- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Bağlayıcılarsız həyat yoxdur.
- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çayın axmasını seyr etmək.
- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Hər ikisini.
- Mənə sualınız.
- Sən bu gün nə oxudun Cavidandan?

Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий