03.05.2012

Kimdir yaxşı oğlan?!

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки)
Kənan Məmmədli

Keçənlərdə Orxan Ahmedsoy’un belə bir postunu görmüsdüm “Yaxşı oglanlar”. Belədə maraqlı post idi. Mövzüda, postun yazılışıda xoşuma gəldi. İndi isə twitter’də Ruslan Azad‘ın tweet’lərinə baxdım. Ruslanda “Yaxsi oğlanlardan” yazırdı, mən bu tweet’ləri oxudum, bəyəndim və Ruslanın icazesi ilə,  yazdıqlarını öz bloguma yazmağı və sizlərlə paylaşmağı qərara aldım. İndi isə başlayaq.

-Yaxşı oğlan bu çür qatarda getmeyi ozune sığışdırmaz və daha yaxşısını tələb edər
-Yaxşı oğlan tələbə olmadan oncə səyahət edər, dil öyrənər, başqa mədəniyyətlərlə tanış olar, başı daşlardan-daşlara dəyər.
-Yaxşı oğlan bacısını oxumağa həvəsləndirər, onun sərbəst böyüməsinə şərait yaradar.
-Yaxşı oğlan fikirləşərki görüm hansi gənclər teşkilatı, sosial iş, teşebbüs qrupu var, bəlkə üzv olum.
-Yaxşı oğlan xanıma baxa bilər, amma ağlından keçən hər şeyi etməz.
-Yaxşı oglan, papiroz çəkib, qalığını yerə atmaz
-Yaxşı oglan,maşında butilkadan su içib sonra butilkani küçəyə atmamalıdır. Yoxsa, dədəsini hədəf altına qoymuş olur.
-Yaxşı oğlan, #EuroVision üçün Bakıya gələcək qonaqlara ölkənin durum ilə bağlı yalan danışmaz, yoxsa adamlığını hədəf altına qoyacaq.
-Yaxşı oğlan, xaricə oxumağ gedəndə sadəcə oxumaqla kifayətlənməz, həm də öz sahəsi üzre internship edər
-Yaxşı oğlan, təhsil alanda ancaq akademik qabiliyyətini inkişaf etdirməz, həm də həyat bacarıqlarını artırar, səhv edər, sevər, sevilər.
-Yaxşı oğlan, xaricde təhsil alanda tək tehsilile kifayətlənməz, həm də yerli mədəniyyəti öyrənər, yeni insanlarla tanış olar, gəzer.
-Yaxşı oğlan, siyasi liderlik iddiası varsa xalqın dini və mentaliteti ile məzələnməz. Onun dərdinə şərik olar, anlamağa çalışar
-Yaxşı oğlan, oz xalq və hökümətini tənqid edən ziyaliları təhqir etmezə hədələməz. Oxuyar, inciyər, qıcıqlanar, düşünər.
-Yaxşı oğlan düşünərki niyə neçə ildir qapıma bir adam gəlib menım səsimi istəmiri. Mənim dairəmdən məclisdə oturan kimdir?!
-Yaxşı oğlan, hər 5 dəqiqədən bir ona yazıb sevgilisinin zəhləsini tökməz. Əksinə, qıza onun üçün darıxma şansı taniyar.
гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),авто приколы,авто,авто приколы,дтп,отбойник-Yaxşı oğlan, tədbirlərdə telefonunu sessizə qoyar. Telefonla danışsa çıxıb çöldə danışar sonra qayıdar.
-Yaxşı oğlan, Naxçıvanlı, Yeraz, Sunnu, Şie, Nurçu, Qaranlıqçı ve s. olmamışdan qabaq Vetendaş olar və ölkəsinə biganə olmaz.
-Yaxşı oğlan Qəddafini sevməz, onu şəhid hesab etməz.
-Yaxşı oğlan, Erdoğanı sevə biler, amma sevgisində çox diqqətli olmalıdır.
-Yaxşı oğlan, pulu varsa kafedə hesabı ödəyəndə məbləğin ən azı 10%-nı ofisiantya qoyar.
-Yaxşı oğlan, haqlı-haqsız kiminsə xətrinə dəyibsə məhz xətrinə dəydiyi üçün üzr istəməyi bacarmalıdır.
-Yaxşı oğlan, özü mübarizə aparmasa da, mübarizə aparanlara mane olmaz, təhqir etmez,  aşağılamaz..
-Yaxşı oğlan, ofisiantla danışanda “zəhmət olmasa”, “üzr istəyirəm”, “xahiş edirəm” kimi ifadələrdən işlədər.
-Yaxşı oğlan, ağsaqqalın məsləhət vermək hüqüqünu tanıyar, amma verilən hər məsləhəti qəbul etməz, sual edər, özünə güvənər
-Yaxşı oğlan, Del Bosqe Real Madridini daha çox sevər nəinki Maurinho Real Madridini
-Yaxşı oğlanın vətənini güclü edən vergilər, güclü vətəndaş cəmiyyəti, üniversitetlər, araşdırma mərkəzləri, bələdiyyələr olar
-Yaxşı oğlan, Fenerin juliklik etdiyini qəbul edər, az səs-küy qoparar və komandasını axıra kimi dəstəkləyər.
-Yaxşı oğlan, Facebookun “share”, Twitterin “retweet” düyməsindən çox istifadə edər. Dünyanı bu iki düymə xilas edəcək.
-Yaxşı oğlan, ehtiyacı olanı yola verməz, ona yol verer.
-Yaxşı oğlan, bezi Ermeniler kimi orda-burda az zarıyar. Kişi olar, qürürlü olar, özünə əmin olar və heyasızlıq etməz. Qarabağla bağlı.

Комментариев нет:

Отправить комментарий