03.05.2012

Tibbi-Sosial Ekspert Komissiyaları ləğv edilməlidir


Redaksiyamızın poçtundan


Onların öz kanalları var ki, həmin kanallar vasitəsilə fəaliyyət göstərir, var-dövlət sahibi olurlar

Azərbaycan Respublikası Dövlət orqanlarına
Surəti: “Yeni xəbər” qəzeti redaksiyasına

   Yazıb sizdən xahiş edirik ki, respublika ərazisində Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv edəsiniz və həmin funksiyanı xəstəxanalara verəsiniz. Çünki özünüz də bilirsiniz ki, Tibbi-Sosial Ekspert Komissiyası rüşvət və korrupsiya mənbəyi olaraq gedib. Ağır xəstə olmağımıza baxmayaraq uzun müddətdir ki, 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasına gedib gəlirik, süründürülürük. Üçümüzün də daxili orqanları əməliyyat olunaraq götürülmüşdür, mədə xorasından tutmuş polimielit xəstəliyinə kimi müxtəlif xəstəliklərdən əziyyət çəkirik. Lakin 10 saylı TSEK-ə nəzarətçi kimi göndərilən Allahverən Şərifov bunu başa düşmək istəmir.

Yaxınlarımız rayon mərkəzinə gedib-gəlmək yorulmuşlar. 1 ilə yaxındır ki, TSEK-in yolunda süründürülük. Pul vermədiyimizə görə bizi müxtəlif nomenklatur maneələrlə üz-üzə qoyurlar. Cəlilabad TSEK bildirir ki, biz bu sənədləri qəbul edə bilmərik, Bakıdan yoxlama gələndə gələrsiniz. Bakıdan yoxlama adı ilə göndərilən Allahverən Şərifov isə bizə müxtəlif nağıllar söyləyir və deyir ki, mən sənədlərinizi qəbul etsəm də Bakıdan geri qaytarılacaq. Hər dəfə sənədlərimizdə bir çatışmamazlıq “üzə çıxarır”, gedib o sənədi tapıb gətirdikdə isə başqa birisini bəhanə edir. Biz və yaxın qohumlarımız TSEK yollarında süründürülməkdən bezmişik. Tək biz deyilik, rayon, eləcə də respublika ərazisində çoxlu sayda adam TSEK adlı korrupsiya və rüşvət məngənəsində qıvrılır. Gürcüstanda nəyə görə rüşvət yoxdur? Çünki orda rüşvətxorluqla məşğul olan idarəni avtomatik olaraq qapayırlar. Bizim respublikada da TSEK ləğv olunmalıdır ki, kütləvi rüşvətxorluğun mühüm bir ocağı aradan götürülsün. Respublika prezidentinin məlum tapşırıqlarından sonra bir çox sahələrdə rüşvətxorluq aradan götürüldü. Məsələn, hərbi səfərbərlik sahəsində rüşvətxorluğa son qoyuldu və bu, təqdirəlayiqdir. Bununla Azərbaycanın müdafiə qabiliyyəti yaxşılaşacaq və vətənimizin regiondakı mövqeyi möhkəmlənəcək. Lakin aşağı kütlənin ən çox əziyyət çəkdiyi, çapılıb talandığı sahələrdən biri də TSEK-dir. Allah şahiddir ki, Allahverən Şərifov və onun Bakıdakı rəhbərliyi Cəlilabaddan külli-miqdarda pullar aparmış, bizim hesabımıza böyük var-dövlətə sahib olmuşlar. Halal xoşları olsun. Bu vaxta qədər nə yığıblarsa halal xoşları olsun. Heç olmasa həqiqi xəstələrimizə diqqətlə yanaşsınlar! Polimielit xəstəsi nəyə görə Bakıya gedib nomenklatur kağız-kuğuz düzəltdirməlidir və 6 ay xəstəxanalarda yatmalıdır? Bu cür qanun boşluqları nəyə görə məhz bizim respublikada geniş yayılıb? Adam əməliyyat olunub, daxili orqanları kəsilib götürülüb, Allahverən cənabları isə buyurur ki, sən xəstəxanadan çıxandan sonra işdən də çıxmalıydın, necə ola bilər ki xəstə-xəstə işləmisən? Bu hansı qanunda yazılıb? Əvvəl sənədimizi aylarla qəbul etmirlər, get-gəllərə salırlar, süründürürlər, sonra isə deyirlər ki, artıq gecikmisiniz, gedin bir ay da artırın, gətirin. Bir ilə yaxındır ki, biz xəstəxanaları sürünməklə, arayış, sənəd toplamaqla məşğuluq. Respublika əhalisi hər tərəfli genosid olunur. Komitet 300 beynəlxalq mafiyaslnın ərzaq genosidi siyasəti respublikamızda geniş şəkildə həyata keçirilir, saxta qida məhsulları yedizdirilən insanların iç-çalatı çürüyür, tədricən yararsız hala düşür. Bir tərəfdən də TSEK-lərdə Allehverən Şərifov kimi divar otuzdurulub ki, həmin xəstələrin başına çarə qılmasının qarşısını alsınlar. Bəs onda biz nə edək, yıxılıb öləkmi? Ya ölkədə maaşaları qaldırın, normal neft ölkəsində olduğu kimi təmin edin, ya da heç olmasa əlillərimizə, xəstələrimizə bir çarə qılın. Prezident Aparatına məktub yazırıq, verirlər icra hakmiyyətinə, oradan göndərilir 10 saylı TSEK-ə, bunlarsa pəncərədən vızıldadırlar həmin məktubu çölə ki, Bakını görüm baxım eləməliyik. Bu adamlar belədirlər, Cəlilabadın çörəyi ilə artırlar, qol-budaq olurlar, amma iş çətinə düşəndə Cəlilabadın uşağına, xəstəsinə, zəlilinə rəhm etmirlər. Çörəyimizin duzu yoxdur. Gözləri çer olan, debilizmdən xəstə olan uşağın əlilliyini təsdiq elətdirmək üçün Uzuntəpədən olan bir ana TSEK-ə 6 il gedib gəldi.
   Sovet hökuməti dağılandan sonra əhali başlı-başına qalıb, məhvə doğru sürüklənir. Hər cür imtiyazdan məhrum olmuşuq. Onu demək kifayətdir ki, heç də yüksək durumu olmayan Ukraynada yeni doğulan uşağa Azərbaycanla müqayisədə 100 dəfə (!) artıq pul verilir. Buna əlavə edəndə ki, dilənçi dövlət kimi bizə tanıdılan Ermənistanda da Azərbaycanla müqayisədə yeni doğulan uşağa iki dəfə artıq pul verilir, iqtisadi qüdrətimizlə öyündüyümüz üçün utan yaşamalı oluruq. Ünvanlı sosial yardım adlı bir dilənçi payı var, onu almaq üçün o qədər sənəd-sünəd toplamalısan, o qədər yoxlamadan keçməlisən ki, buna bir ömür çatmaz. Adi torpaq şəhadətnaməsi Cəlilabadda 80 faiz ailələrdə yoxdur, o necə sosial yardım alacaq? Öz xalqına qarşı belə düşmən münasibətin səbəbi nədir? Cəlilabadda sosial yardım pulu 2 min ailə üçün nəzərdə tutulub, çünki statistika göstərir ki, Cəlilabadda 2 min kasıb var. Statistika yalan deyir, yoldaşlar, Cəlilabadda 20 min ailə hal-hazırda aclıq və dilənçilik vəziyyətindədir. Ona görə də ünvanlı sosial yardıma ayrılan pulun miqdarı artırılmalıdır və sənədləşmə sadələşdirilməlidir. 5 uşaqlı ailəyə cəmi 60 manat sosial yardım düşür, o da əgər 10-a yaxın sənəd və arayışı tapıb təqdim edə bilsə! Biz hərtərəfli bütün imtiyazlardan məhrum olunmuşuq. Bütün respublika imkansızlıqdan bank sələminə üz tutur, xalqımız bankirlər tərəfindən qul kimi işlədilir. Hal-hazırda Cəlilabad Rusiyaya üz tutan cavanların evlərinə göndərdiklər pullar hesabına ayaqda durur, başqa heç bir yerdən bir qəpik də gəlir yoxdur.
   Xəstə olmağımızla bağlı dövlət orqanlarına, millət vəkillərinə məktublar ünvnlamışıq ki, çarə qılın, bizə köməklik göstərin. Həmin məktublara cavab gələndə üzümüzə xoş baxırlar, deyirlər yazın ki iddiamız yoxdur, gedin xəstəxanadan 1 aylıq da kağız gətirin, düzəldəcəyik. Elə ki bir ay keçdi, kağızımızı onların stolunun üstünə qoyduq, heç guya biz adda adam tanımırlar, yenə də hər şey təzədən başlayır, gözümüzə 50 cür qanun soxurlar. Guya ki bu adamlar anadan olandan qanunla işləmişlər. Bu adamlar keçən dəfə də bir müddət belə bir kompaniya apardılar, guya ki rüşvətxorluğa qarşı mübarizə aparırlar. Bir ağır xəstədən ikiqat pul istəmişdilər, həmin əlil evinə gedib həmin pulu gətirmək istəyəndə ailə üzvləri arasında mübahisə düşmüşdü, yayın cırhacırında həmin əlilin ürəyi dözməyərək partladı. Rayonun Təzəkənd kəndindən olan bir xəstə də rüşvət istədiklərinə görə mübahisə etmiş, sonra gəlib evdə ürək tutmasından ölmüşdü. Allahverən Şərifov indi həmin oyunu bizim başımıza açmaq istəyir. Heydər Əliyev dövlətçiliyindən bu adamın xəbəri yoxdur, öz aləmində yaşayır. Cəlilabada öz qanunları ilə gəlib gedir. Onun burada öz kanalları var ki, həmin kanallar vasitəsilə fəaliyyət göstərir, var-dövlət sahibi olur. Bizim kimi pulu olmayan kasıb-kusublara isə qapını göstərir, qanun xırdalayır, lap lazım olsa olmayan qanundan sitatlar da gətirir.
   Geniş kütlə üçün nəzərdə tutulmuş təbliğat xarakterli çıxışların əksəriyyətində elə dəlillər, personajlar, sözlər və intonasiya işlədilir ki, sanki söhbət inkişafdan geri qalan məktəb yaşlı uşaqlardan, ya da əqli qüsurları olan şəxslərdən gedir. Bizim məmurlar vətəndaşları nə qədər çox aldatmaq istəyirsə, o qədər çox infantil ifadələrdən istifadə etməyə çalışır. Niyə? Əgər kimsə bir insanla sanki onun 12 və daha az yaşı varmış kimi davranırsa, təlqinə əsasən o insanın cavab reaksiyası da 12 və daha az yaşlı uşağa xas olaraq qeyri-tənqidi olacaq. Niyə bizi bu formada qoyun vəziyyətinə salırlar? TSEK-in heç bir lazımi aparaturası yoxdur, Allahverən müəllim necə müəyyən edəcək ki, mənim daxili orqanımın biri çıxardılıb, yoxsa ikisi? Və yaxud o adamın təzyiqdən əziyyət çəkdiyini necə müəyyən edəcək, axı həmin adamın təzyiqi həmişə yuxarı olmur. Bütün bu oyunlara qurtarmaq lazımdır və əhalinin başına gətirilən oyunlara son qoymaq üçün təcili respublika ərazisində TSEK təşkilatları ləğv olunmalıdır.

Bir qrup Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий