24.05.2012

Rövşən Novruzoğlu kölgə iqtisadiyyatının gizlinlərini açdı

altÖlkədə qiymət cədvəli pozularsa...

2008-ci ildə 80 min, 2009-cu ildə 105 min, 2011-ci ildə 147 min və yaxud Azərbaycanda ucuz qiymətlə 195 min qablaşdırılmış pişik və it yeməkləri satılıb. Satan da məlumdur, alan da, yeyən də... Bundan sonra Azərbaycanda dörd yeni xəstəliyin virusu aşkar edilib).
İqtisadi kəşfiyyat praktikasında birmənalı şəkildə qəbul olunmuş bir arqument var: iqtisadi təhlükəsizlik həmişə, hər vaxt milli təhlükəsizliyin tərkib hissəsi olaraq qalır.
İqtidasi təhlükəsizliyi (oxu: iqtisadi kəşfiyyatı) olmayan dövlətdə qanunların 75 faizi işləmir və yaxud bütöv iqtisadiyyatın 45 faizini "Kölgə iqtisadiyyatı" əvəz edir. İngilis iqtisadçısı, ölkənin iqtisadi inkişafında aparıcı analitik olan N.Uel qeyd edir: ...Ölkə iqtisadiyyatının qiymət cədvəli pozularsa, adamların sinir sistemi bu qiymət cədvəlindən əziyyət çəkərsə... nəhayət, dövlətin iqtisadi sütunları laxlayarsa... günahı "iqtisadi kəşfiyyat qurumu"nda axtarın. Demək, həmin ölkənin iqtisadi kəşfiyyatının işi sıfıra bərabərdir və yaxud yalandan başqa bir yaranır..."
Bir sıra dövlətlərdə (məsələn, Almaniyada) qiymətlərin qaxlması, "Bahalaşma strategiyası" psixoloji müharibənin tərkib hissəsi kimi şərh edilir. Ekspertlərin fikrincə, qiymət cədvəllərindəki dəyişiklik, ilk növbədə, insan psixologiyasında ciddi depressiyalara səbəb olur. Orqanizmdə baş verən tənasüblük pozulur. İnsanın həyatla əlaqələrində yerdəyişmələr baş verir, çatlar və yarıqlar, travmalar əmələ gəlir. Məsələn, 2010-cu ildə Şərqi Avropa ölkələrində qiymətlərin qaxlmasına etiraz olaraq, əllərində mis qazanları tutaraq küçələrə tökülən qadınların etirazları 23 gün səngimək bilmədi. Həmin ərəfədə təkcə Polşa dövlətinə 2,6 milyard dollar ziyan vuruldu. Dövlətə, hökumətin çıxardığı  sərəncamlara, verilən fərmanlara daha heç kim inanmaq istəmədi. Və yaxud Kolumbiyada benzinin bahalaşmasına etiraz edən sürücülərin yürüşü dövlət çevrilişi üçün zəmin yaratdı 2010-cu il iyulun 7-9-u).
Ərzaq bahalaşması ciddi prosesdir. Bu prosesi o vaxt təbii qarşılamaq mümkündür ki, ona adekvat olan dövlət proqramları olsun. Azərbaycanda bu istiqamətdə heç bir dövlət proqramı olmadığı üçün baş verə biləcək bütöv neqativ hallar üçün ölkə başçısı məsuliyyəti öz üzərinə götürdü. Bu isə fikrimizcə, düzgün addım deyil. Məsuliyyət bütövlükdə Nazirlər Kabinetinindir. Cavabdehlik də ora aiddir. Çünki dünyanın heç bir ölkəsində belə hallarda məsuliyyəti ölkə başçısı öz üzərinə götürmür. Bu, beynəlxalq miqyasda qəbul olunmuş "Ərzaq və qiymət strategiyası"nın tərkib hissəsidir. 1999-cu il martın 26-da qəbul olunmuş (Paris) bu strateji proqramın 10-cu maddəsini oxumaq kifayətdir.
Məsələn, 2009-cu ilin iyunun 3-də RF-in subyektlərində ərzaq mallarının qalxması nəticəsində 37,5 faizi stress vəziyyətindən çıxa bilməyib. Həmin ilin son beş ayı ərzində doğulan hər beş uşaqdan üçü stress vəziyyətində dünyaya gəlib. Qiymətlərin artımına dözümü sınmış hamilə qadınların 69 faizi canını tapşırıb. Eyni məsələ Tacikistanda da təkrar olunub. 2009-cu il martın 20-də elan olunmuş prezident sərəncamından sonra, ərzaq mallarının qiyməti bir və yaxud yarım dəfə qalxır. Nəticədə təkcə Düşənbədə həmin il hər beş ailədən ikisi dağılır. Regionun demoqrafiq sistemi pozulur. Əxlaq və mənəvi dəyərlərə öldürücü zərbələr vurulur. Qiymətlərin artması nəticəsində Düşənbədə oğurluq üç dəfə artır, soyğunçuluq miqyası 2,5 dəfədən 6,8 dəfəyə çatır. Adamlar ən ali məkan saydıqları məscid və ibadətgahları belə soyub-talamaqdan çəkinmirlər (bütün bunlar psixoloji müharibələrin elementləri olaraq qalır).
Araşdırmalarımıza görə, Azərbaycanda qiymətlərin qalxması və artırılması ərəfəsində heç bir ekspert qrupunun rəyi olmayıb. Belə hallarda isə əhalinin sayı 8 milyondan 12 milyonadək olan dövlətlərdə 11 müxtəlif qrup işləyir. Yəni, qiymətlər artsa, regionlarda fəsadların baş verəcəyi, psixoloji və patoloji nəticələr, mənəvi-əxlaq sarsıntılarının, demoqrafik pozuntuların baş verə biləcək və yaxud yaranacaq xəstəliklərin dövlət və cəmiyyət arasındakı münasibətlərin... həzmi, nəticələri ölkə başçısına təqdim edilməyib. Məlumata görə, nə İqtisadi İnkişaf Nazirliyində, nə Səhiyyə Nazirliyində, nə Gömrük Komitəsində... heç bir proqram sənədi irəli sürülməyib. Fakt isə belədir: beynəlxalq iqtisad və qiymət normativlərinə əsasən adları qeyd olunan dövlət idarələrinə ekspertlər tərəfindən ölkə başçısına 10 və yaxud 15 gün öncə "Qiymət proqramı" deyilən bir proqram verilməli idi. Nəticəyə baxın: bu gün, məsələn, Cənub bölgələrində belə bir bölgü var: Cəlilabad rayonundakı kiçik təsərrüfat başçıları əkib-becərdikləri kartofu, Masallı rayonunda əldə olunmuş çayla, kələm və yaxud tərəvəzlə dəyişməyə hazırdırlar. Quba bazarlarında yığılmış meyvələr qiymətlərin qalxması nəticəsində öz bazarını itirdiyi üçün Tovuz ərazisində soğana dəyişdirilir (?). Kəndlərimizdə isə məsələn, bir atım çaya bir ədəd yumurta verməyə hazır olan ailələr yaranır... Bütün bunlar ölkənin iqtisadi təhlükəsizliyini təmin edən yalan məlumat və informasiyaların artması nəticəsində meydana çıxır. İqtisadi sıçrayış isə iqtisadi təhlükəsizliyi təmin olunmuş ölkələrdə baş verir. Nəhayət, iqtisadi təhlükəsizlik prinsiplərinin, tezis və strateji proqramlarını isə ancaq mükəmməl iqtisadi düşüncəsi olan, həyatın və cəmiyyətin "strateji mühərriki" hesab edilən infrastrukturlara dərindən bələd olan şəxslər, iqtisad mütəxəssisləri hazırlayır.
Təsadüf doğuran səbəblər var: Azərbaycandakı iqtisadçıların bir qismi "Demokratiya pərdəsi"nin arxasına çəkilərək ABŞ-ın Beynəlxalq İqtisadiyyat İnstitutuna həvəslə qeydiyyata düşür. Araşdırmalarımıza görə, bu institut birbaşa ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinə tabe olan, oradan proqramlaşdırılan bir institutdur. Azərbaycan özünün pul kisələrindən, bank hesablarından asılı Beynəlxalq Valyuta Fondunun hiylə və məkrli niyyətlərinə bələd olmaq üçün, onun neft ölkəsi olan Venesuela və Nigeriyadakı bədnam və rüsvayçı niyyətlərindən... ən azı xəbərdar olmalı idik. Araşdırmalarımıza görə, dünyanın heç bir yerində matəm günü qabağı, milli bayramlarda, dini ayinlərin icrası zamanı... qiymət siyasəti yürüdülməyib. Təkcə 2009-cu il avqustun 2-dən Liviyada Ramazan bayramında qiymətlərin artması məsələsi meydana çıxıb. Bu da minlərlə insanın etirazına səbəb olduğu üçün, qanlı qarşıdurmalar yarandığı üçün tez də ləğv edilib. Yəni, bu proseslərdə qiymətlərə toxunulmayıb. Qiymətlərin qaldırılması üçün zaman və yaxud vaxt məhdudiyyəti olub. Azərbaycan müsəlman ölkəsidir. Əhalinin yarıdan çoxunun (Nazirlər Kabinetini çıxmaq şərtilə) müqəddəs Ramazan günlərində gözləmədiyi qiymətlərin qaldırılması (halbuki belə günlərdə qiymətlər enər - R.N) hansı məntiqə sığır? Məsələn, belə gündə insanların yalan eşitməsi, yalan danışması, yalandan insanların gözlərinin içinə baxması... günah sayılır. Oruc tutmayanlar bir yana, oruc tutanlar (qiymətlərin qalxmasına birinci etiraz edən elə oruc tutanlar oldu) baş nazir Artur Rəsizadə cənablarından boş yalan, Milli Bankın başçısından isə qırmızı yalan eşitdi... Nazirlər Kabinetində isə iddia ediblər ki, qiymətlərin qaxlması üçün ən münasib vaxt elə orucluq ayıdır. "Ac camaat orucluq ayında qiymətlərin qalxmasını hiss etmir..."(Nazirlər Kabinetindəki deyimlərdən biri). Bu da gözlədiyimiz məntiqi nəticə...
Qiymətlərin qalxıb-enməsində həmişə balanslaşdırılma prinsipi nəzərə alınır. Məsələn, neft ölkələrindəki bu prosesə nəzər salaq:
1. Küveytdə 2009-cu ildə qiymətlərin qalxmasından öncə ölkə əhalisinə adambaşına 750 dollar verilib.
2. Səudiyyə Ərəbistanında 2010-cu ildə bir məsələ müşahidə olunmamışdan dörd gün əvvəl, yaşlı nəslin hər birinə 800 dollar, uşaqlara isə 380 dollar ödənilib.
3. Birləşmiş Ərəb Əmirliklərində isə 2009-2010-cu illərdə qiymətlərin qalxması istiqamətində "Mərhələli proqram" irəli sürülüb. Yəni qiymətlərin qalxmasından əvvəl əhalinin hər birinə 500 dollar ödənilib. İkinci mərhələdə isə əhalinin alıcılıq qabiliyyətində, bazar münasibətlərində tarazlıq yarada biləcək əlavə yardımlar edilib.
Nəticədə əhali nəyin bahalaşmasını, nəyin ucuzlaşmasını hiss etməyib. Belə bir mexanizm Azərbaycanda yoxdur.
Araşdırmalarımıza görə, dövlətlə mülki cəmiyyət arasında normal münasibətlərin pozulması həmişə fəsadlı olub. Dünya miqyaslı sosioloqlar R.Almond və S.Verta iddia edirlər ki, bunların arasında münasibətlərin itməsi, dağılması dövlətin və millətin mövcudluğu üçün təhlükədən başqa bir nəticə vermir.
Beynəlxalq iqtisadiyyatda "Almond iqtisadi sistemi" adlanan həmin nəzəri konsepsiyaya əsasən qiymətlərin qaxlmasından öncə cəmiyyət öz tələb və təkliflərini davamlı, ardıcıl impulslar formasında dövlətə təqdim edir.

gundelik-baku.com                                                (Ardı var)

Комментариев нет:

Отправить комментарий