18.06.2012

Pənah Elqəm. Azadlıq


Karların eşitmək azadlığı var
Korlara verilib göz azadlığı
Lalların danışmaq azadlığı var
Xalqasa verilib döz azadlığı
Verilib hərənin öz azadlığı
Var olsun! Yaşasın söz azadlığı.


Bu millət içinə qısılıb qalıb,
Bu millət içində qısıb dərdini,
Bu millət özündən asılıq qalıb
Dərdlərin üstündən asıb dərdini.

Комментариев нет:

Отправить комментарий