18.06.2012

Söyləmədikcə və onu unutmadıqca...

Tural Balabəyli


Sən heç
başqasının
ayrılığına ağladınmı?
Mən ağladım.
Çünki onun
necə ağrı
olduğunu bilirdim...
İnsanı necə
həyata küsdürür,
insanın ürəyini
necə yandırdığını
bilirəm.
Əslində
bitən sevginin
ardınca

heç nəyə
baxmayaraq
həyat
davam edir.
Çiçəklər
həmişə açar,
günəş,
ay həmişə ki,
kimi yenidən doğar...
Amma nəfəs
almaq əvvəlkindən
çox acı
verər insana.
Hanı o çox sevdiyim
insan,
hanı həmişə
yanında
olacağını söz verən?
Əslində
insanı incidən
onu tərk edib
getmək deyil,
insanın
gözlərinə
baxaraq
səni sevmirəm
deməsidir.
Yaşamaq gözəldir,
heç nəyə
baxmayaraq
ölüm insanın
ağlına gəlmir.
Yaşamaq bir zövqdür,
kiminsə üçün darıxmaq
isə zülmdür.
Əslində tərk
edilmək
çətin deyil.
Tərk etmək çətindir.
Düşünürsən ki,
o sevsəydi
məni tərk etməzdi.
Amma sən
onu hələ də
sevirsən.
Söyləmədikcə
və onu unutmadıqca
o hiss daha da
böyüyür içində.
Böyüdükcə
dur deyə bilmirsən...
Bəzən yolda
tək gəzmək
necə də
mənasız görünür.
Gedəcəyin bir yer yox...
Ya da getmək
istədiyin
yerə gedə
bilməmək
necə də acıdır...
Bəlkə gedim
onun evinin
önündən
keçim,
bəlkə pəncərədən
baxır...
Bəlkə...
Bəlkələr
o qədər
çoxdur ki.
Bəlkə
sözü
əslində
içimizdəki ümüddür...
Bəlkə
o peşmandır
məndən ayrıldığına,
bəlkə məni gözləyir,
bəlkə yenidən
bir yerdə olarıq,
bəlkə, bəlkə, bəlkə...
Ümüdmü bu,
yoxsa özümü
aldadmaqdırmı
bu bilmək olmur.
Bəlkə ümüd,
bəlkə də,
başqa bir şeydir...
Bir söz var
bəzən deyərlər
söz bitdi,
çox səhv düşnürlər.
Sözlər söylənilir
və heç vaxt bitməz.
Bir bıçaq kəsiminin
yarası sağala
bilər,
amma
söz kəsdiyi
yara
heç vaxt
sağalmaz.
İllər keçsədə
necə canımı
acıtdığını
hiss edirəm...
Kim bilir
içimdə sızlayan
hansı söz yarandır
təəsüf ki,
bilmək olmur....
Əslində bilmədiyin
nə çox şeylər var...

Комментариев нет:

Отправить комментарий