Ölüm hədələrindən təngə gələn şair polisə şikayət edibPrezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Şaiq Vəlini ölümlə təhdid edirlər. Bu barədə Publika.Az-a Şaiq Vəli özü məlumat verib.
Onun sözlərinə görə, yaşadığı Sumqayıt dəmir yolu stansiyasının yaxınlığında yerləşən “Azərinşaat” tikinti şirkətinin inşa etdiyi körpüyə ayda 200 manat maaşla qarovulçu işləyib. Şairin həmin ərazidə illər əvvəl rəsmi sənədlərlə tikdirdiyi evini “Azərinşaat” tikinti şirkəti bir neçə dəfə uçurtmağa cəhd edib. Hər dəfə şirkətin müxtəlif texnikalarla evinə hücumunu şair müxtəlif yollarla dəf edib.
Bu yaxınlarda həmin şirkətin rəhbəri Məhərrəm Əliyev sərxoş vəziyyətdə Şaiq Vəlinin üstünə hücum çəkərək onu öldürməklə hədələyib, 200 manata gecə-gündüz qarovulçuluq edən şairi qeyri-qanuni olaraq işdən qovdurub. Evinin sökülməsindən və ölüm hədələrindən təngə gələn şair Sumqayıt şəhər 2 nömrəli polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
Məsələni gündəmdə saxlayacağıq.
Cəlil Cavanşir
Комментариев нет:
Отправить комментарий