20.06.2012

“AĞILLI QAQULYALARLA” “DƏLİ” FƏRMAN

Mirzə Sakit


Nəriımanov metrosunun etrafinda Fərman adlı bir ruhi xəstə dolaşır. Fərman əslən Füzuli rayonundandır və qaçqınlıq zamanı o da bütün ağıllılara qoşulub Bakıya gəlib. O hər gün metronun yanındakı parkda olur, bəzən parkın kənarında sakitcə bir  guşəyə çəkilib, aldığı peraşkiləri yeyir. Bəzən də öz-özünə ucadan danışır, mahnı oxuyur, rəqs edir. Bir də görürsən ki, dayanacaqdakı avtobuslara “nəzarətçilik” edir, cibində də həmişə polis fıştırığı gəzdirir. Hansı maşın qaydanı pozsa, həmin dəqiqə fışqırıq verərək, əlindəki taxta parçası ilə sürücünü hədələyir. Nə qədər əcaib hərəkətlər etsə də heç kimin xətrinə dəyə biləcək səhvə yol vermir. Amma bəzi insanlar, özü də xeyli yaşı olan insanlar, bir də görürsən ki, Fərmanı dövrəyə alıb bir manat pul verərək, əylənmək məqsədi üçün onu oynadıllar, oxudullar və yaxud da kimisə söydürməyə cəhd edirlər.
Bir dəfə biz üç nəfər dostla həmin adamlara yaxınlaşıb dedik ki, ilk növbədə ayibdır, ikincisi də sizin bu hərəkətləriniz günahdır, belə etməyin. Bu söz həmin  “qaqulyalar”ın xətrinə dəydi və bu mubahisə aramızda az qala davaya çevriləcəkdi. Siz təsəvvür edirsinizmi, bu mübahisəni kim sülh yolu ilə nizamladı ?
Həmin Fərman bir anın içərisində mubahisəni yatırtmaqcun araya girdi və dedi ki, dostlar, hamımız yaşlı insanlarıq, kənardan bizə baxillar. Fərmanın bu sözü məni necə kövrəltdisə ağlamaqdan özümü güclə saxladım. Biz ordan aralaşandan sonra onlardan biri Fərmanı söyərək dedi ki, ay ....., sən burda “razborşik” çıxmısan...
Bu gün Azərbaycanda Fərmanı dəli hesab edib onu bir manata oynadan “ağıllıların” özlərini elə dəlicəsinə oynadıllar ki, axırda heç “oyun pulları”n da  vermillər. Özü də həmin oynadanlar bu “ağıllılar”ı təkcə oynatmaqla kifayətlənmillər, həm də eşşək yerinə işlədillər, və  işlədiklərinin muqabilində onlara ölməməkçün təkcə çörək pulu verillər. Bunu da ona görə verillər ki, sağ qalsınlar və onlar uçun qul xidmətini davam etdirsinlər. Düz 42 ildir ki, bu kateqoriyadan olan “qaqulyalar” özlərindən də yüz qat əclaf olan bir rejimin pulsuz rəqqaslarına çevriliblər. Amma onlar həyata bir dəfə yox, üç dəfə də yenidən gəlsələr heç vaxt  Fərman qədər qabiliyyətli ola bilməyəcəklər. Bu qəbildən olan insanların içərisində müəllimlər də həkimlər də alimlər də hüquq müdafiəçiləri də siyasətçilər də iqtisadçılar da şairlər də əskik deyil. Bu əclaf rejimi indi də əvvəllər də dəstəkləyənlər rəqs etməyə o qədər aludə olublar ki, yene də səhnəyə hoppanmaq uçun canfəşanlıqlarından əl çəkmillər. Dediyim o əclaf rejim bunlara elə rəqslər öyrədiblər ki, musiqisiz-filansiz səninçün elə sındıra-sındıra oynasınlar, hətta bunlarin özlərinə oxşar şairlər də bu rəqqasların tryuklarını mudafiə etmək üçün onlar da burcutmağa başlasınlar....
Bu ölkədə bəzi siyasiləri və başqa qəbildən olanları başa düşmək olar, amma şair və yazıçıların belə rəqqasları mudafiə etmələrini heç cür anlamaq olmur. Həmin adamlara demək istəyirəm ki, qələminizi əclafların mudafiəsinə yönəltməyin, yoxsa qələm sizə Fərman o “qaqulyalar”a qənim olduğu kimi qənim olar....

Комментариев нет:

Отправить комментарий