04.06.2012

Sevməyimiz vardı o vaxtlar

Elçin Aslangil

Mən səni xatırlayanda

Mən səni xatırlayanda
qatarlar düşür relsdən,
Maşınların siqnalları xarab olur,
Şlaqbaomlar enir,
Yollar bağlanır.
Təyyarələr qaçırılır,
Metroların qapıları açılmır,
Telefonuma zəng çatmır.
Mən səni xatırlayanda
evdə hər şey qırılır,dağılır,
Hərə bir tərəfə qaçır.

Hamı susur,
Hamı ağlayır...
Gecə olan kimi yatdığım yer özünə dartır məni.
Yorğanımı üzümə tutub gözlərimi bağlayıram,
Uşaq kimi ağlayıram.
Göz yaşım quruyur yanaqlarımda,
Deyirlər xeyiri var ağlamağında.
Məni dərd kiçildib uşaq elədi,
İçimə vurmaqdan içim göynədi.
İndi külək əsir, yağışlar yağır
İslanmış telini Allah darayır..
Yaxşı olar ki,mən səni heç xatırlamayam.
Yazıqdı bu əşyalar,
Yazıqdı bu adamlar,
Yazıqdı təyyarələr,metrolar,maşınlar,qatarlar,
nəlbəkilər,stullar,
Şüşə qablar yazıqdı,
Vallah yazıqdı..
O vaxtlar
Yarpaqlarda xışıldayırdı,
Quşlarda oxuyurdu,
Cücülərdə danışırdı,
Sən vardın o vaxtlar,
Biz vardıq,
ikimiz vardıq,
Sevməyimiz vardı o vaxtlar..
Nə səndən mələk olan deyil,
Nə də məndən qarabasma xəstəsi.
Bəsimdir,bu qədər bəsimdir..

O QIZ MƏNi ÖZÜNƏMi OXŞATDI?

O qız məni özünəmi oxşatdı ?!
Saçlarıma sğal çəkdi,
Üz - gözümü boyadı.
Yanaqlarım qırmızı ,
Dodaq boyası kimi .
O qız məni özünəmi oxşatdı ?!
Əlimə çanta verdi,
İçində , Güzgü-falan,
                   ətir,daraq.
Əlimə çanta verdi,
Çiynimdən dərd salladı...

Məni özünə oxşatdı
Güzgüsü kimi,darağı kimi,
Gülməyi kimi,ağlamağı kimi.
Yaxşı ki tez getdi ...
Nə yaxşı ki tez getdi.
Bir az da qalsaydı ,
Mənə dizimdən yuxarı
Qısa tuman da geyindirəcəkdi...

Комментариев нет:

Отправить комментарий