Azadxeber.az saytının RiaNovostiyə istinadən verdiyi xəbərə görə, İraqdakı şiələrin liderlərindən biri sayılan Sədr hərəkatının başçısı Seyid Muxtada əs-Sədr Suriya xalqına və müxalifətinə müraciət ünvanlayıb."Ayıq olun öz ölkənizi qardaş qırğınına sürükləməyin. Elə bunu sizlərdən qərb gözləməkdədir. Suriyanı ABŞ-ın qucağına atmayın. Bu məsləhəti sizlərə praktik təcrübəsi olan İraq ağsaqqalları edir. Unutmayın biz hələ də ABŞ-ın bizim ölkədə törətdiyi fəsadların acısını çəkirik. Bəşər Əsədin devrilməyi bölgədə ağılasığmaz bir xaos yaradacaq. Tunisdə, Misirdə, Yəməndə və Bəhreyndə baş verən son hadisələr Suriyadakından fərqlidir. Suriya müxalifəti Əsədlə vuruşmaqdansa İsrailin zəbt etdiyi Suriya torpaqlarını, hakimiyyətlə əl-ələ verib azad etsin".
Комментариев нет:
Отправить комментарий