Səhər ƏhmədXəbərin varmı, Vətən,
Xəbərin varmı sənin?
Bu qürbət ölkələrin
qərib gecələrində
Çox uzaq görünürsən.
Xəbərin varmı, Vətən,
Xəbərin varmı, sənin?
Ən gözəl şəhərlərin
Otel pəncərəsindən
Çox uzaq görünürsən.
Vağzal salonlarından,
Hava limanlarından,
Özgə səmalarından
Çox uzaq görünürsən.
Xəbərin varmı, Vətən,
Xəbərin varmı sənin?
Ömrümün ötüb gedən
Uzaq günləri kimi
Çox uzaq görünürsən,
Çox uzaq görünürsən.
Комментариев нет:
Отправить комментарий