Artıq vəda vaxtıdı, amma bu haqsızlıqdı. Niyə axı istədiklərim bir-bir gedir həyatımdan? Heç olmasa sən getmə ANA! Söz verirəm bir də sözündən çıxmayacam, məni döyən əllərindən öpəcəm, hər 8 martda sənə hədiyyə alacam, hər sözünə can deyəcəm. Təki sən getmə! Axı səndən doymamışam mən… Axı sənsiz bu evi, gecələri təsəvvür edə bilmirəm. Bəlkə də son nəfəsindir artıq alırsan. Hər gün Allaha yalvarırdım ki, alacaqsa bu canı səndən tez alsın. Çünki sən çox əziyyət çəkirdin. Ağrıların səni uşaq kimi ağladırdı. Amma bilmirdin belə olmağının səbəbini. O gözlərinlə baxışların yadıma düşdü. Yalvarışların, su istəməklərin hələ də qulağımdadır. Elə hey deyirdin ki mənə nə olub, niyə demirsiz mənə nə olduğumu, niyə sağalmıram? Axı necə deyərdim ki sənə “Xərçəngsən”. Necə deyim sənə öləcəyini, qurtuluş olmadığını. Necə deyim ki hər ötən gün səni ayrılıqımıza yaxınlaşdırır. Məni bir də görməyəcəyini necə deyə bilərəm. Amma hər dəfə deyirdin ki yaşamaq istiyirəm. Mənsə cavabında “Yaşayacan, hələm 20 yaşımı da bir yerdə qeyd edəciyik”.
Mən isə hər dəfə səni qucaqlayanda, əlini tumarlayanda sanki sonuncu dəfəsidir kimi qoxunu içimə çəkirdim. İndi isə çox sakitsən. Gözlərimə baxırsan. Gedəcəksən! Bu qədər yalvarışlarıma baxmayaraq məni tək qoyacaqsan bu ikiüzlü insanların içində. Aman ALLAH necədə çətin imiş öz əzizinin ölümünü izləmək!!! Ürəyim partlıyır. Necə ağır imiş çarəsizlik, əlindən tək gələn yalvarışların olması. Amma Ana, onu deyim ki gedişin zamanı çox gözəlləşmişdin. Son aylarda yadımdan çıxmışdı səni son dəfə nə vaxt belə gördüyüm. Görürəm özün də getmək istəyirsən. Bu ağrılardan artıq can qurtaracan, bu dünyanın mundarlıqlarından, fürsətcil insanlarından başını götürüb gedəcəksən. Amma, məni heç düşünmədən. Budur ANAlıq? Övladını özünün qala bilmədiyin dünyada qoyub getmək mi ANAlıq? Axı mən çətinliyimdə kimə qaçacam? Kim başımı tumarlayacaq? Yoxsa ümidin mənə qoyub getdiyin şəkillərədir? Onlardakı görüntülər səni əvəz edə bilməz heç vaxt. Səndən qalan saçının telləri belə artıq sənin qoxunu itirib.
Artıq susursan, çünki əllərin artıq soyuqdu, qəbir daşın kimi. Ancaq 4 il keçməsinə baxmayaraq ağlımda isti xatirələr hələ də qalmaqdadır. Sabah isə, 18 fevral sənin 54 yaşın tamam olacaq. Yenə də susaraq bir yerdə olacam sənlə. Birlikdə qeyd edəciyik gözlərini yumuşunu, məndən ayrılmanı… Mən danışsamda, sən qəbir daşından mənə baxacan susaraq. Amma üzülmürəm. Çünki, fəxr edirəm sənlə… Mələk ruhunun qarşısında baş əyirəm.
Hər kəsdən istəyim odurki, ANAsını incitməsin… Onun hər gününü xoş etsin! Sonradan peşman olmamaq üçün! Elə bu dəyqə gedib qucaqlayın, öpün, onu çox istədiyinizi deyin… Yazını paylaşınki hər kəs oxusun və bəlkədə başqaları da etdikləri səfləri və ANAlarının dəyərini bilərlər.
xebercioqlan.wordpress.com

Комментариев нет:
Отправить комментарий