11.11.2012

Anama Məktub (qatil ərəbin hekayəsi)


Əziz anama məktub…

Ana, səndən uzaqlarda necə hallara düşmüşəm heç bilirsən? Necə yorğun və hər şeydən bezgin olduğumu hiss etmisən? Sən məni necə görəsən? Yalnız səsimi eşidirsən. Mən sənlə danışanda gülməyə cəhd edirəm. Şən-əhval ruhiyəli danışıram. Tək sənlə yox. Burada hər kəslə gülərüz və səmimi oluram. Atama bənzəməyə çalışıram.
Həmişə çinar kimi ayaqda qalan atam kimi. Yalançıyam mən. Böyük yalançıyam həmdə. Bilirsən niyə? Çünki xoşbəxt deyiləm. Hər dəfə səninlə gülə-gülə danışandan sonra telefonu söndürürəm və ağlayıram. Həmin vaxt bildim ki, mən yalançıyam…
Ən pisi də bilirsən nədir? Gecə yorğanı başıma çəkib yalnızlığımla baş-başa qalanda. Balaca otağın divarları üstümə-üstümə elə bil gəlir. Qaranlıq üzərimə və ürəyimə çökəndə bunu hiss edirəm. Yatağımda iki qat qatlanıb, dizlərimə sarılıb ağlayıram , ana..
Hərdən uçurumun kənarında olan qocalmış insan kimi oluram. Əllərim əsir, ayaqlarım bədənimi saxlamağa gücü çatmır. Hər an düşə bilərəm bu uçurumdan.
Siqaretə bağlı qalmışam. Biridə alışqanın qazı bitmişdi, hər gecə ki, kimi yalnızlıq xəncər kimi sinəmə batırdı. Siqaretim olduğu halda alışqan yanmırdı. Bir balaca qabın içinə pambıq doldurub alışqanın qığıcımı ilə pambığı yandırıb siqaretimi tüsdülədirdim… Eh ana…Atam bunu bilməsin xahiş edirəm.
Bilirsən niyə belə oldu? Sənin heç bir şeydən xəbərin yoxdu. Mən oğru, qatil oldum. Həbsxanalarda gecələdim. Sənin oxumuş oğlun indi sifarişlə işləyən bir qatildir.
Demirəm mən Cənnətə gedəcəm. Amma öldürdüyüm insanlarda günahsız deyildi.
Snayperlə bir evi güdərkən, evin içində gözlərim bir qıza sataşmışdı. Durbinin içindən elə onu çox gözəl görürdüm. Ancaq mənim məqsədim bu evin sahibini öldürmək idi. Onu pəncərədə görər – görməz ürəyinin üstünə bir gülləylə “Kalibr 5″-lə yerə sərdim. Nəysə, ana.. Mən öldürdüyüm insanları sənə danışmaq istəmirəm. Sadəcə sənə hər şeyi etiraf edirəm.
Bu hadisənin üstündən artıq aylar keçmişdi. Təsadüfən mən durbində gördüyüm qızı şəhərdə gördüm. Dəqiqləşdirmək üçün siqaretimi yandırıb qızı təqib eləmişdim. Həmin evə getdi və məndə fikirimdə yanılmadığımı dəqiq bildim. Ana, qız elə gözəl idi ki… İncə qaşları, balaca burnu, elə bil dünyanın ən mahir nəqqaşı gəlib incəliklə dodaqlarını üst-üstə qoymuşdu.
Ana, bu oğlun həyatında ilk dəfə bir qız sevmişdi. Ölürdüm onun üçün. Çətinliklə də olsa onunla əlaqə yaratmağı bacarmışdım. Bir neçə dəfə qarşısına çıxmağa cəhd etdim amma dilim dodağım quruyurdu. Həyəcandan öləcəkdim az qala. İnanmazsan ki, bu necə bir hissdir. Mən neçə insanları qətlə yetirmiş peşəkar qatil, bu qızın qarşısında ayaqlarım əsirdi.
Hə… Çıxdım qarşısına. O özüdə bilirdi ki, bütün günü mən onu izləyirdim. Artıq rəğbət hissi oyanmışdı mənə qarşı onun ürəyində. Biz danışmağa başladıq. O mənim ciddiyətimi bilirdi. 20 yaşı var idi. Atasını öldürmüşdülər deyə, kədərli idi. Təbii ki, bunu mən etmişdim.
Mən onun yanında hər yerdə özümü onun nişanlısı kimi tanıdırdım ki, istəmədiyim problem olmasın və ondan da əl çəksinlər. Axı çox gözəldir…
8 ay danışdıq, o da məni sevdi. Mən işimi atdım və hətta namaz qılmağa da başladım. Daha günah işlətməyəcəkdim. Öz doğum günü ona evlənmə təklif edəcəkdim. Amma atasının qatili olduğumu açıqlamalı idim. Yoxsa həyatı boyu xoşbəxt ola bilməyəcəkdim. Ana, mən bunu bacarmadım.
Onu özümdən soyutmağa çalışırkən və acılarıma duz səpərək ayrılmaq istədiyimi etiraf etmək istərkən o mənə qarşı çox çöndü. Hə ana…
Mənə dedi ki, bilsəydim belə olacaq məni o qədər istəyən var idi ki, ona gedərdim. Mənə onu istəyələr haqqında danışdı. Mənsə onun bu reaksiyasını gözləmirdim. Acılar içində yanarkən, onun mənə belə sözlər deməsi məni şam kimi əritdi. Bəlkə də belə məsləhət imiş… Qismət. O da həmişə deyirdi. “Hər şey qismətdən asılıdır.”
Mən ondan bütün bağlantılarımı ayırdım. İnandım ki, bir gün yenə onu hər şeyi olan yaraşıqlı oğlanlar sevəcək. Mən onun nəyinə lazımam. Qatil, yalançı əclafın biyirəm.
İndi doğum gününə bir neçə qalmış bir şey düşünürəm ana… Yalnız və günahların içində sərxoş olan bir insanam. Maraqlandım, doğum günündə ölənlər çox azdır. Özümü bu siyahıya yazıram.
Bu məktubum sənə öldükdən sonra gəlib çıxacaq. Qısaca deyirəm ki, ” Ölsəm məni bağışla”.
sevgilərlə,
Oğlun Nabil…

Nicat Kazımov Xetayi

Комментариев нет:

Отправить комментарий