09.11.2012

Rusiyadan miqrantlara müjdə

Vasif Əlihüseyn

Ərazisinə görə dünya da birinci yeri tutan Rusiya federasiyası, əhalisinə görə birinci yeri tuta bilməsə də, miqrantların sayına görə, dünya ölkələrinin çoxundan öndədir. (bəlkə də miqrant sayına görə də birincidir). Yazmaq istədiyim bu yazını təsadüfən yox, Rusiya da dörd ilə yaxın yaşamış və günün bu gününə kimi gediş-gəlişim olduğu üçün istədim nəql edəm.
2006-2007-ci illər idi, Rusiya prezidenti V. Putinin prezident olduğu illərdə, Rusiya tərəfindən miqrantlar üçün çox sərt tələblər həyata keçirildi. Rusiya miqrantlar üçün, (Raboçi razrişeniya) yəni “İcazə vəsiqə”lərini tərtib etdi. Bu vəsiqələr tərtib edildikdən sonra, miqrantların işində, bir azca ləngimə oldu. Çünki, öz ölkəsində ailəsini qoyub gəlmiş miqranta, Rusiya kimi bir ölkədə bu icazə vəsiqələrini düzəltmək, elə də asan başa gəlmirdi. Bu sənədləri düzəltmək üçün miqrantlar ən azı 300-400 ABŞ dolları xərcləməli olurdular.

Bu sənədlə, Rusiya da işləməyə gəlmiş miqrant bir il rahat çalışa bilirdi. İli başa vurduqda isə, yeni sənədlərin düzəldilməsi üçün hər bir miqrant yenidən sərhət keçməliydi. Bu sənədlə miqranta Rusiya ərazisində bir il qaldıqdan sonra, bilavasitə öz ölkəsinə getmək məcbur edilirdi. Öz ölkəsinə qayıtmağın uzaqlğından və bir də yol xərcini nəzərə alan miqrant, ən yaxın ölkə kimi bir gün vaxt sərf edərək, Ukrayna Respublikası sərhəddini keçirdi. Miqrantların qarşısına sədd qoymağa çalışan Rusiyaya, bu da miqrantların cavabı idi.                              
“İcazə vəsiqə”ləri şirkətlərdə çalışan miqrantlara təsir göstərə bilməsə də, Rusiya bazarlarında ticarətlə məşğul olan miqrantların sayını azalda bildi. Çünki, burada qeydiyyata düşmək üçün elə bir müəssisə olmadığından, bir çox miqrant işini itirə bildi. Amma, çox keçmədi bunun da yolunu tapdılar. Bazar da çalışan miqrant, malını satmağı Rusiya vətəndaşı olan xanımlara həvalə etdi, yəni icarəyə aldığı yeri “satıcı”sının adına keçirərək çətində olsa işləyə bildi. O, illərdən artıq 6-7 il keçib və paytaxt Moskva da bu qanunlar öz qüvvəsini itirməsə də, Moskvaətrafı şəhərlər də miqrantlar şəhər polisləri ilə dil taparaq, sakitcə işləyə bilirlər.
Rusiya da yaşayarkən, millətlərin kimin öndə, kimin axırda ketdiyini asanlıqla ayırd etmək olur. Məsələn; Orada, restoran, dükan, və digər biznesləri olan soydaşlarımız birinci yerdədi. Sonra, hara getsək arxamızca bizə quyruq olan ermənilər gəlir. Onlar, yenə həmişə olduğdu kimi burada da öz yaltaqlıqlarını biruzə verərək, yol təmiri və avtomobil təmiri işlərini öz üzərlərinə götürüblər. Sonra gürcülər gəlir, onlar azlıq təşkil edir. Xüsusilə də, Rusiyayla Gürcüstan arasında ki, qısa müharibə onların daha da sayının azalmasına səbəb oldu. Gürcülər əsasən restoran biznesi ilə məşğul olurlar. Sonrakı yerləri özbəklər, taciklər, qırğızlar təşkil edir. Onlar əsasən tikinti şirkətlərində çalışırlar.
Canını miqrantlardan qurtarmağa yox, sadəcə miqrantların sayını azaltmağa çalışan Rusiya Höküməti özü yaxşı bilir ki, miqrantlar onun höküməti üçün ən sərfəli işçi qüvvəsidi və miqrantın gördüyü işi öz milləti bacara bilməyəcək.
Hələ dörd il əvvəl, Rusiyaya gələn miqrantlara öz “Konustitutsiyası”nı öyrətməyi düşünən Rusiya, bu yaxınlarda miqrantların “Rus dili”ndən imtahan verəcəyini iddia edir. Düşünürəm ki, bu da yetərsizdi. Çünki, rus dili qramarikası çox çətin qramatikadı və bu qədər problemdən çıxış yolu tapan miqrantlar bunun da öhdəsindən gələcəklər.
Ölkə bizim kimi olar e... biz qaçırıq miqrantın dilinə öyrənməyə. Çünki, ingilisə “Welcome” yəni, “Xoş gəlmisiniz” deməsəm inciyər.

vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий