Bölgədə əhali həm də virtual blokadaya salındı; Facebook-da tənqid yazanlar izlənir, məktəbliləri internet-kluba buraxan obyekt sahibi cərimələnir...
Naxçıvanda internet-klub işlədənlər müştərilərin azlığından, şagirdlər bu klublara rahat gələ bilmədiklərindən, ümumilikdə internet istifadəçiləri isə sürətin azlığından və qiymətlərin bahalığından gileylənirlər. İnternet-klublara gedənlər əsasən məktəb şagirdləri və tələbələrdir. Bu günlərdə qoyulan yeni qaydalar onların vəziyyətini daha da ağırlaşdırıb.Bu haqda Naxçıvandakı qaynaqlar xəbər verir. Onların sözlərinə görə, səhər saat 08:00-dan 14:00-a qədər və axşam saat 21:00-dan sonra məktəblilərin internet-klublara buraxılmasına qadağa qoyulub. Göstərilən zaman ərzində məktəblilər internet-klublarda yaxalanarsa, cərimələnə bilər.
Bu barədə civil-forum.az saytının əməkdaşı araşdırma aparıb və ortaya belə nəticə çıxıb.“Onsuz da internet kluba gələnlərin sayı azdır. Əsasən tələbələr gəlir. Bizə isə məktəbliləri günün müəyyən saatlarında internet-kluba buraxmamaq tapşırılıb. Bu isə vəziyyətimizi daha da ağırlaşdırır. Qəpik-qəpik yığdığımız pul kirayə haqqına, ailəmizi dolandırmağa və digər xərclərə yetmir” - deyə internet-klub sahiblərindən biri Nazim Cabbarov bildirib.Cabbarov deyib ki, müştərilərin internet-klublara gəlmə səbəbləri vaxtlarını keçirməkdir: “Onlar əsasən internetdə müxtəlif oyunlar oynayır, www.youtube.com-da musiqi dinləyir və Facebook-da yazışırlar. 40 yaşından yuxarı əhalinin isə demək olar ki, internetdən başı çıxmır. Naxçıvanda yaşayan bəzi əcnəbi vətəndaşlar isə daha çox ailələri ilə danışmaq üçün internet-klublardan istifadə edirlər”.Başqa bir internet-klub sahibi Seymur Nəbiyevin bildirdiyinə görə, internet-klubların əksəriyyəti Naxçıvan şəhərinin mərkəzində yerləşir. Onların bir neçəsi istisna olmaqla çoxu, demək olar ki, yerli hakimiyyət orqanlarına yaxın olan şəxslərin nəzarətindədir. İnternet-klublarda nakhinternet.az provayderinin ADSL xidmətindən istifadə olunur. Əsasən nisbətən ucuz başa gələn, aylıq abunə haqqı 30 manat olan 2048 kbit/s xidmətindən istifadə edirlər.Naxçıvandakı mənbələrdən “Yeni Müsavat”a verilən xəbərə görə, məmurların nəzarətində olan internet klublarda isə daha sürətli olan 4096 kbit/s və 8192 kbit/s internetdən qoşulmasından istifadə olunur. Provayder isə onlara ödədikləri pulun müqabilindən aşağı sürətli internet verir. Mənbə deyir: “2048 kbit/s internet almaq üçün 30 manat ödəyirik. Çox zaman internetin sürəti 1500-1600 kbit/s-dən artıq olmur. Bəzən isə daha aşağı sürət verilir ki, bu da müştərilərin narazılığına səbəb olur”.Statistik məlumatlarda 220 min nəfər əhalisinin olduğu göstərilən Naxçıvan Muxtar Respublikasında 20 internet-klub fəaliyyət göstərir. Bu isə əhalinin sayına böləndə 21 min nəfərə bir internet-klub deməkdir. Bunlardan 16-sı Naxçıvan şəhərində, 4-ü isə muxtar respublikanın rayon mərkəzlərindədir. 26 mindən artıq əhalisi olan Şahbuz rayonunda və 14 minə yaxın əhalisi olan Sədərək rayonunda internet-klub olsa da fəaliyyətsizdir. 20 minə yaxın əhalisi olan Kəngərli rayonunda internet-klub ümumiyyətlə yoxdur.“Naxçıvana internet tam mənasında gəlib çıxmayıb hələ. Biz nəinki reallıqda, elə virtual olaraq da blokadada yaşayırıq. Naxçıvan ”xan"ı Vasif Talıbov bizim internet azadlıqlarımızı da boğub. Naxçıvanda yaşayan və interneti olan elə adamlar var ki, sosial şəbəkələrdə hakimiyyət əleyhinə bir cümlə yazmağa tərəddüd edir. Çünki bu məkana tam nəzarət ələ keçirilib. Özü də bu, Beynəlxalq İnternet Forumu keçirilən ölkədə baş verir" - deyə mənbəmiz vurğuladı.
Yeni Müsavat

Комментариев нет:
Отправить комментарий