Xatirə Xatun
"Şuşanın dağları başı dumanlı",
Qəlbimizdə ağrı, dilimizdə ah.
Geri qayıtmağa yoxdu gümanlı,
Kimin boynunadı bu boyda günah?
O dilbər diyarda gör nələrim var,
Vaqifin məzarı, Cabbarın səsi.
Çətin buna görə bizi bağışlar
Zakirin qoşması, Xanın nəfəsi.
Varmı Şuşam kimi belə heç olan?
Bundan daha ağır əzabım yoxdu.
Xanəsi dağılan, eli köç olan
Bülbülə, Nəvvaba cavabım yoxdu.
Ordan əl eyləyər, hay-haray salar,
Xəzinə qalası, o Cıdır düzü.
Boynu bükük qalıb, gözü intizar,
Daşaltı dərəsi gözləyir bizi.
Bizdən yaman küsüb böyük Üzeyir,
Ruhumu incidir Seyydin səsi.
"Nə vaxt azad olar,--soruşur, deyir,
Dilbər guşəmizin nadir incisi?”
Səni sənə layiq vəsf edəmmirəm,
Gəl məni bağışla, deyildir asan.
Hər dəfə əlimə alanda qələm,
Xəcalət çəkirəm Xurşidbanudan.
Kimin boynundadı bu boyda günah,
Geri qayıtmağa yoxdu gümanlı.
Qəlbimizdə ağrı, dilimizdə ah
"Şuşanın dağları başı dumanlı”
"Şuşanın dağları başı dumanlı",
Qəlbimizdə ağrı, dilimizdə ah.
Geri qayıtmağa yoxdu gümanlı,
Kimin boynunadı bu boyda günah?
O dilbər diyarda gör nələrim var,
Vaqifin məzarı, Cabbarın səsi.
Çətin buna görə bizi bağışlar
Zakirin qoşması, Xanın nəfəsi.
Varmı Şuşam kimi belə heç olan?
Bundan daha ağır əzabım yoxdu.
Xanəsi dağılan, eli köç olan
Bülbülə, Nəvvaba cavabım yoxdu.
Ordan əl eyləyər, hay-haray salar,
Xəzinə qalası, o Cıdır düzü.
Boynu bükük qalıb, gözü intizar,
Daşaltı dərəsi gözləyir bizi.
Bizdən yaman küsüb böyük Üzeyir,
Ruhumu incidir Seyydin səsi.
"Nə vaxt azad olar,--soruşur, deyir,
Dilbər guşəmizin nadir incisi?”
Səni sənə layiq vəsf edəmmirəm,
Gəl məni bağışla, deyildir asan.
Hər dəfə əlimə alanda qələm,
Xəcalət çəkirəm Xurşidbanudan.
Kimin boynundadı bu boyda günah,
Geri qayıtmağa yoxdu gümanlı.
Qəlbimizdə ağrı, dilimizdə ah
"Şuşanın dağları başı dumanlı”
Комментариев нет:
Отправить комментарий