07.05.2013

Yədulla Röyayi - Boğazımda bir dəstə gül idi sükut

Sükut

Boğazımda bir dəstə gül idi sükut
Sənin açıq gözlərin
Və öpüşümün əsintisi idi
Qıyının şərqisi
Dənizlərdə külək quşu
Yüzlərcə səsin yuvasında didərgin idi
Dənizlərdə quş
Yorqun idi
Ildırımın islaq səsi
Və işıq,ildırımın nəmli işığı
Sularda
Dəniz odu ila parlayan bir ayna çəkdi
Öpüş əsintisi
Açıq gözlərin və külək quşu alovlandılar
Boğazımda
Bir dəstə gül idi sükut


Çılğın Bahar

Səninlə
Ağaca dırmaşan bir çılğındır bahar
Dırmaşır
Küləyə qədər
Küləklə,ağacdan yuxarı düşürəm

Çevirən : Elşən Böyükvənd

Комментариев нет:

Отправить комментарий