Mərdan Əzimov
BAŞLIQ VƏ YA TANIŞLIQ. Artıq bir neçənci dəfədir ki, bir şeyi tam dəqiq anlamağa müvəffəq oluram. Həyatımda da belə bir şeylər olub. Şahidi olduğum bu hadisəyə də az rast gəlməmişəm, elə addım başı görürük. Amma bu sonuncu rast gəlməm əvvəlkilərinə heç bənzəmədi. Tam kəşf etdim bu hadisəni.

ORTLIQ VƏ YA SONLUQ. Başlıqda bəhs etdiyim, ortalıqda davam etdiyim sizin dəyərli vaxtınızı aldığım heçdə siyasi və qlobal problem deyil. Amma məncə vacib və müzakirə olunasıdı. Bir neçə gün bundan qabaq kompyuterimin ekranı sındığına görə bilgisayarımı götürüb 28 may metrosuna getdim.
Bir dostuma zəng vurmuşdum, metronun çıxışında məni gözləyirdi. Nəyisə 28-ə çatdım. Kompyuteri ustaya verdik. Yavaş-yavaş sahilə doğru irəliləməyə başladıq. Biraz yeridik, yorulduq və nəhayət boş ciblə dəniz kənarı bulvara çatdıq. Oturacaqların hamısı məşğul idi. Cavan qızlar yaşlı day-daylarla gəzirdilər...

Gözəl hava vardı. Biraz dənizə doğru hərəkət etməyi məsləhət gördüm və məsləhətim məqsədə uyğun qəbul olundu. Axırıncı dəfə avraviziya vaxtı dəniz kənarına çıxmışdım. Dəniz görmürdüm o vaxtdan bəri... Dənizə yaxınlaşdıq. Amma heç bu yaxınlaşma mənə xoş təəsurat bağışlamadı, kaş ki heç dənizi görməyə gəlməsəydik... Dənizdən buxarlanan, küləklə qovuşub üstümüzə gələn qoxu mənim həyata olan eşqimi məhv edirdi... Çox bərbad bir qoxu vardı. Bizdən 10-15 metr o tərəfdə iki gənc dəmir dirəyə söykənib sevgilərinin isti anlarını yaşayırdılar. Anidən bir düşüncəyə qapıldım və “bu qoxunun müşaiəti altında bu gənclər bu ehtirası hardan tapırlar mənə marağlıdır” deyə düşündüm. Duzlu su ilə neft və də başqa cür pis-pis tullantılar qovuşub rəngini dəyişən dənizi seyr etdikdən sonra oturacaq yer axtardıq. Bir daş tapıb çökdük üstünə...
Oturub odlar yurdumuzun od püskürən sakinlərini seyr etdik biraz. Hər tip insanına rast gəlmək olurdu vətənimizin. Vətəndaşlarımızın içində “FBI” papağı taxıb, çeçenka uzadandan tutmuş “raykom”a bənzər ədayla qalstuk taxıb kastyum geyinənləridə az deyildi. Qadınlarda maşallah gözəllikdən alışıb yanırlar... Hər şey bir kənara, ən çox diqqətimi çəkən yaşınnan asılı olmayan cütlüklər oldu. Hər gördüyüm cütlüyün qadını gülər üz, xoşbəxt görünürdü. Amma kişisinə baxdıqda sanki illərin, günlərin yükünü, bütün Azərbaycanın dərdini çəkirmiş kimi yorğun görünürdülər. Halsız, taqətsiz əl-ələ, qol-qola gəzişirdilər... Bir daha bütün cütlükləri izlədikdən sonra tam bir qərara gəldim ki, qadınlar yorulmaz, məğlub olmaz bir varlıqlardır. Kişi nə qədər yorğun olsa belə onu dəniz kənarına götürəcək gücü tapırsa vallah o qadın yenilməz bir kraliçadır.
Комментариев нет:
Отправить комментарий