Vəfa Qafarova
Saat birə az qalırdı. Çöldən yarımaçıq nəfəslikdən gələn səslər onu oyatdı.
-Mən beş qız adı bilirəm. Birincisi Aygün, ikincisi Səbinə, üçün…
-Eeee mənim adımı dedmə dəə…
-Pah, Səbinə elə tək sənsən?
Qonşu uşaqlar idi yenə qırırdılar bir -birini. Sonra daha yüksək tonda bir səs gəldi.
-Ədyallar, ədyallar, ucuz qiymətə yay yorğanları.
Gözlərinə həlməşik kimi suvaşmış yuxunu qovdu.Bu gün bazaar günü idi. İşə getməmişdi. Reflektor surətdə qızını çağırmaq istədi. Sonra yadına düşdü ki, arvadı yenə bir həftədir acıq eləyib dədəsi evinə gedib. Qalxdı, geyindi, ev-eşik tör-töküntü idi. Aləm qarışmışdı bir birinə.
Bulaşıq qab, yuylmamış paltar, bir sözlə xaos hökm sürüdü. Geyinib aşagı düşdü, bir az pendir, bir az kolbasa aldı qayıtdı. Əslində neçə gün idi yediyi ən yaxşı halda dönər idi. Arabir anasıgildə çörək yeyirdi. Amma arvadının yenə acıq eləyib getdiyini demirdi. Qızı anası tapmışdı onun üçün. Belə hallarda həmişə vaysınırdı ki, “Səni bədbəxt elədim” Yəqin arvadının anası da qızına elə deyirdi. Əslidə yola getməyən ar-arvadlar arasında kimin kimi bədbəxt eləməs i problemi həllini tapacaq bir şey deyildi.Toyuq əvvəl yaranıb yoxsa yumurta nöqteyi nəzəri kimi bir hal idi. Hər kəs özünü haqlı bilirdi çünki. Əvvəllər yola gedirdilə. Düzü bütün bu narazılıqların hardan ,necə yarandığını anlamırdı. Arvadı cox dikbaş idi. Ölərdi cavab qaytarmasaydı. Bir də pulgir idi. Nə isə hər nə idisə yola gedə bilmirdilər. Uşağa görə boşana da bilmirdi. Bəlkə də uşaq bəhanə idi. Kişilər hər zaman bəhanəyə sarılmağı sevirlər. Yeməyini yeyib kompüterin qarşısına keçdi. İş yoldaşlarından biri orda idi. İçində dəhşətli, dərin bir boşluq var idi. Elə belə məzə xatirinə iş yoldaşına yazdı.
-Nədi , ay avara, yenə düşüb qalmısan burda?
Mesajı göndərdi amma birdən onu isti basdı. İş burasında idi ki, mesajı iş yoldaşı Aydının əvəzinə onun çatının altındakı Aynur adlı qadına göndərmişdi. O üzürxahlıq eləməyə macal tapmamış qadından yaxşı bir tənbeh eşitdi. Təbii ki, o saat üzr istədi. Qadın da bir az inciklik göstərəndən sonar onu bağışaldı. Qadının profilində şəkli yox idi. Öz şəklinin əvəzinə orta əsrlərdəki qadınlar kimi geyinmiş, sirrli təbəssümlü qara saçlı bir xanım şəkli vardı. Maraqlandı. Psixoloq idi ixtisası.
Halı yaxşı deyildi. Artıq neçə gün idi arvadı və qızı evdə deyildilər. Tənhalıqdan ulamaq istəyirdi. Axşama idi yenə tənhalıq, qaranlıq, sakitlik… Bəlkə də arvadının deyintisindən daha yaxşı idi bu sakitli. Amma hərdəm elə vəziyyətə düşürdü ki, arvadının səsini, söyüşünü belə maqnitafona yazıb səsləndirmək istəyirdi belə hallarda, təki belə sükut olmasın. Belə anlardan birində psixoloq xanım yadına düşdü. Nə olar-olar deyib yazdı. Bir xeyli vaxtdan sonar cavab gəldi . Danışmağa başladılar. O axşam bütün dərdlərini danışdı Aynur adlı bu qadına. Əslində Aynur ailə qurmayıbmış. Aynur onu həvəslə dinləyirdi. Ona məsləhət lazım deyildi. Sadəcə biri dinləsə də bəsi idi. Arvadı qayıtmışdı. Amma artıq onun üçün əhəmiyyətli olan məşğuliyyət var idi. Axşamlar saatlarla Aynurla danışırdı. Aynura elə alışmışdı ki, artıq həyatını onsuz təsəvvür edə bilmirdi. Hərdəm cox, cox qorxurdu. Hərdəm də dərin bir təssüf hissi keçirirdi. Ən ağırı təssüf hissi idi. Niyə axı Aynur ona əvvəllər rast gəlməmişdi? O gün-gündən Aynura vurulduğunu, onu daha cox sevdiyini hiss edirdi. Və bu sevgidən elə qorxurdu ki, gəl görəsən. Aynur ağıllı idi, savadlı idi, mehriban idi, qabiliyyətli idi, şirindil idi. Onun həyat idealı belə bir qadın idi. O, beləsi ilə ailə qurmalı idi. Sevinc kimisi ilə yox. Yanıb tökülürdü buna görə. Artıq iki ay idi tanıyırdı Aynuru, sanki illər idi birlikdə idilər. Onu şiddətlə sevirdi. Ancaq bir dəfə də üzünü görməmişdi. Aynur onun təkidinə baxmayaraq, nə şəklini göstrəmişdi, nə də görüşməyə razı olmuşdu. Bir dəfə o təkid edəndə Aynur demişdi:
-Ayaz, bəlkə mən çirkinəm. Bəlkə heç məni bəyənməyəcəksən.
Əlbəttə o uzun-uzadı Aynura başa salmağa çalışdı ki, onun xarici görnüşünün heç bir əhəmiyyəti yoxdur. Əsas olan ürəkdir. Amma özü də anlayırdı ki. Yalan danışır. Məsələn Aynurun yerinə qonşularının potaboy, quru balıga oxşayan qızı Nəzrin olsa, ürəyi lap qızıl belə ola Nəzrini sevə bilməz. Aynur onun aililəli olduğunu bilirdi. Buna baxmayaraq aralarında dərin və gözəl bir münasibət yaşanırdı. İkisi də buna öncə dostluq adı vermişdilir, sonar ikisi də anlamışdı ki, bu dostluqdan cox, cox fərqli bir şeydir. Arbir düşünürdü, Aynurun üzünü təsəvvür etmək istəyirdi. Nədənsə Aynuru profil şəklindəki kimi qara saçlı, klassik geyimdə, qədim zadəgan xanımları kimi təsəvvür edirdi. Və bir gün qarşısına başqa Aynur çıxsa o zaman nə edəcəyini bilmirdi. Hələlik isə ümidsiz bir eşqlə sevirdi, vəssalam.
İki gün idi qızı xəstə idi. Qızdırması düşmürdü. Arvadı bütün günü uşaqla əlləşmişdi. O da narahat idi. Amma neçə saat idi ki, kompüterdən əl çəkə bilmirdi. Sevinc yanından o tərəf bu tərəfə keçdikcə kinli-kinli ona baxırdı. Arada kül eləyirdi ona. Axşama dogru qızın hərarəti lap yüksəldi. Sevinc ona yaxınlaşdı, acıqlı halda dedi:
-Atasan sən də? Dur ayağa da, uşaq qızdırmadan yanır görmürsən? Sən necə adamsan?
Vicdan əzabı çəkdi. Doğrudan da daha ciddi yanaşmalı idi qızına deyəsən. Amma o qızını sevirdi. Sadəcə vəziyyətin belə ciddi olacağını düşünmürdü. Birdə o qızını ata kimi sevirdi. Bu isə fərqli şeylər idi. Həkim çağırmalı oldular. Arvadı həmişə uşağı yaxınlıqdakı poliklinikaya aparırıdı. Orda uşaq həkimi vardı. Qonşuluqda yaşayırdı. Həmin həkimi çağırdılar. Bir azdan həkim gəldi. Cavan bir qız idi. Uca boylu, qara saçlı, azca dolu bədənli idi. Qız uşağı müayinə etdi. Nəsə yazdı . İynə vurmaq lazım idi. Bütün bu vaxt ərzində o Aynuru gözləyirdi. Aynurla bu gün danışmamışdı. O, cox nigaran idi. Arvadı gəlib acıqlı halda başının üstündə durdu.
-Bəlkə tərpənəsən? Dur aptekə get, iynə lazımdır. Vallah, səndəki arxayınlığa mat qalmışam.
Tələsik qalxıb geyindi? evdən cıxdı. Yolun yarısında yadına düşdü ki, səhifəsini bağlamayıb. Amma daha gec idi. Əslində qorxusu Aynura görə idi, güya Aynura görə. Adətən kişilər öz qorxularını mütləq kiməsə, nəyəsə bağlamağı, adlandırmağı xoşlayırlar. Qorxularından belə qəhrəmanlıq yaratmağı sevirlər. Amma əslində özləri də az qorxmurlar. Kişilər bu təhqiredici ”QORXU” sözünü sevmirlər. Amma hamsı adət etdikləri həyat tərzini, rahatlığı itirməkdən cox qorxur. Və hamsı da rəhmətlik Füzulini
Cani kim canani ucun sevse cananin sevər,
Cani ucun kim ki, cananin sever, canin sevər.
Beytinin ikinci misrasına əsaslanır adətən.Və bu qorxu hərdən elə bir həddə çatır ki, sevmədikləri biri ilə illər boyu müxtəlif bəhanələr altında ömürlərini çürüdürlər.
O evə dönəndə həkim onun kreslosunda əyləşib ressept yazırdı. Qorxa-qorxa çata boylandı yazışma açıq idi. Amma xoşbəxtlikdən Aynur heç nə yazmamışdı. Ümumiyyətlə yox idi orada. Bir azdan həkim getdi. Qızının qızdırması düşdü. Arvadı da yatdı deyəsən. Keçdi kompüterin arxasına. Nəhayət ki, Ayunurun yaşıl işığı yanırdı . Bu işığı görəndə balaca uşaq kimi sevinirdi. Cox qəribə bir hiss idi. Elə bil ürəyi gəlib boğazında vururdu. Əlləri əsirdi, ayaqları yerdən kəsilirdi. Yəqin sevgi belə olurmuş. Aynur yaman kefsiz idi bu gün. Suallarına qısa, konkret cavablar verirdi. Cox təkid etdi. Nə olduğunu bilməyə çalışdı. Amma Aynur sadəcə yorğun olduğunu dedi. Söz arası dedi:
-Gülüm , mən səni görmək istəyiərəm axı. Nə vaxta kimi belə davam edəcək?
Aynurdan xeyli vaxt səs-səmir çıxmadı. Sonra onun heç gözləmədiyi bir cavab gəldi.
-Gəl sabah görüşək, Ayaz.
Şok keçirdi. Neçə vaxt idi o yalvarırdı, təkid edirdi, az qala sürünürdü. İndi bircə kələmədən sonar onunla görüşməyə razı olurdu Aynur. Cox qəribə idi. O saat həyəcanlandı, əli ayğı əsdi.. Danışıb sahil bağında yer təyin etdilər. Aynur ona telefon nömrəsini verdi. Sonra da zarafatca dedi ki:
-Gedim yatım, sabah meymuna oxşamayım..
Aynur getdi. O bir xeyli lal, mat oturdu. Sanki donmuşdu ona üz vermiş qəfil səadətdən. Sonra durub girdi yerinə, birdən yadına düşdü ki, ay aman , sabah nə geyinəcək bəs? Deyəsən arvadı oyaq idi hələ. Köks ötürürdü. Qaranlıqda onun yatmadığını hiss edirdi.
-Ay qız, mənim sabaha ütülü şalvarım var? Sabah işim var bir az. Gedəsi yerim var. Mənə əyin-baş hazırla səhər tezdən.
-Cəhənnəm ol. Get bayaqdan bəri orda məzələndiklərin sənə paltar da ütüləsin. Bilməmişdim, bəlkə ayqqabılarını da təmizləyim.
-Səndən adam olmadı da…….
Cavab gəlmədi nə əcəbsə , adətən arvadı belə hallarda sabaha qədər də deyişə bilərdi. Amma məmnun idi bu dialoqdan. Hardasa bir az vicdanı rahatladı. Arvadı ona qayğı göstərsəydi (Hərçənd ki, bu yayada qar yağması kimi qəliz məsələ idi) hardasa vicdan əzabı çəkərdi öz gizli sevgisindən. Demək günahlarını yumağa zəmin vardı. Yata bilmədi, durub cox az hallarda geyindiyi kostyumunun şalvarını şifonerdən çıxartdı. Keçən ay qardaşı oğlunun touyuna geydiyi köynəyi utulədi. Arvadı bir iki dəfə göz altı ona baxdı içəri otaqdan Deyəsən kül də elədi hələ. Sonra üzünü divara çevirib yatdı. O da gəlib yatağa girdi. Şirin bir yuxuya getdi xeyli fırlanandan sonar.
Sabahı gün görüş saatını sanki iplə çəkirdi. Ürəyi partlamaq dərəcəsində idi. Evdə , eşikdə Qərar tuta bilmirdi, cox darıxırdı. Bir iki dəfə Aynurun verdiyi nömrəni yığdı Telefon bağlı idi. Nəhayət gözlədiyi vaxt gəlib çatdı. Dəniz kənarı parkda Aynurun dediyi yerdə durmuşdu. Ayaqları əsirdi. Aynurdan bir xəbər yox idi. Dəniz tərəfdən vuran sərin meh tərli bədənini buza döndərirdi. Arxadan kimsə çağırdı. Geri çevrildi. Qarşısında cox hündür boylu, qara çaçlı, idman geyimli bir oğlan dayanmışdı. Qanı qaraldı.
-Eşidirəm qardaş.
-Salam, siz Ayazsınız?
-Bəli. Siz kimsiniz?
Oğlan gülümsündü.
-Mən dedi, bu qədər vaxti sizinlə Aynur adı ilə yazışan adamam.
Elə bil başına qaynar su tökdülər. Az qaldı küçənin ortasında yıxılsın. Bu nə demək idi. Deməli bu qədər zamandır ürəyinin ən məhrəm duygularını bu boyu 180 sm-lik kişiyə açırmış? Demək onun Aynuru, idealı, sevgisi əslində onunla məzələnən bir oğlan imiş? Belə də şey olar? Bəs onun arzuları, xəyalları? Xəcalət təri dabanlarına qədədr süzüldü. Oğlanın yaxasından yapışdı, bir neçə yağlı söyüş işlətdi. Oğlan deyəsən hazır idi onun reaksiyasına. Əslində gücləri də bərabər deyildi axı. Oğlan sakitcə onun qolundan yapışdı.
-Qulaq as, bir işdir oldu. Əlim dinc durmadı, yazdım. Unut getsin. Bax ətrafda nə qədər polis var, istəyirsən dalaşaq ikimizi də götürüb aparsınlar bölməyə? İkimiz də biyabır olaq?
Oğlan düz deyirdi. Heç kimə açıb danışa bilməzdi ki, o aylardır qadın yerinə bu öglanla virtual sevgi yaşayırmış. Hələ arvadı bilsə bütün aləmə yayardı. Biyabırçılıqdır. Bütün bunları düşündüyü zaman oğlan artıq getmişdi. Skamyaya çökdü. Çox pis hala düşdü. Key kimi oturmuşdu. Tərpənməyə taqəti yox idi. Qeyri ixtiyarı gözündən bir neçə damla yaş gəldi. Aynur bu səhər öldü bu parkda. O yekəpər oğlan öldürdü Aynuru. Vəziyyəti yaxşı deyildi. Qalxdı , ayaqları əsirdi. Evinə gediri. Dünyada bir dənə də olsun ideal qadın yox imiş. Artıq buna əmin idi. Sadəcə Allahın bəxtinə yazdığı qadınla ömrünü keçirməli idi, vəssalam. Taleyinə razı olmalı idi. Ondan xeyli aralıda bir oğlan və bir qız oturmuşdu. Qız başını oglanın sinəsində gizlətmişdi. Oğlanın arxası ona tərfə idi. O diqqətlə baxsaydı bayaq ona yaxınlaşan oğlanı tanıyardı. Sadəcə oğlan bayaq əyninə geydiyi ağımtıl idman gödəkcəsini çıxarıb skamyanın üstünə qoymuşdu. Qız isə o gün onlara gələn həkim idi. Qızının qızdırması qalxanda gələn. Ayaz onlara fikir verəcək halda deyildi.Fikir versə belə cox uzaqda oturmuşdular və oğlanın qızın göz yaşlarını silə-silə astaca pıçıldayırdı. “Ağlama Aynur”.

Комментариев нет:
Отправить комментарий