27.06.2013

Qara günəş

Ramin Cahangirzadə

Bütün insanların vətəndaşı olan Nelson Mandela üçün

kərgdənlər buynuzları ilə 
günəşın qarnını deşəndə
yeni bir günəş duğuldu Afrıqada
qapqara bir günəş
Ağların ağlına sığmadı 
dustağa saldılar 
ağıla sığmayan gunəşı
dustağın içındən başlandı doğu
qapqara bir işıq

şualarında ayaq yalın
çılımçılpaq qara uşaqlar
və qara Afrıqalı qızlar
tanrının gözündən gizlin
ulduz çiçəyi dərdilər
afrıqanın ürəyi darıxdı
qara günəşın rəngi 
ağardı batan çağında 

Комментариев нет:

Отправить комментарий