25.06.2013

Ağla


Ruslan Dost Əli

Bundan gözəl günü gözləmə gözəl,
Gözlərin gözəldi, bir gözəl ağla.
Əllər gözdən ayrı gözəldir-gözəl,
Gördün mehribandı bir göz əl, ağla...

Duzu yaram üstə yanar göz, ələ,
Əllər günah edər,yanar göz ələ.
Gözəl olan kəs də yanar gözələ,
Gördün ki, ağlayır bir gözəl, ağla.

Torpaq çiçəkləyib-qan düşüb qara,
Bəxtimə ağ gəzmə,qan,düşüb qara.
Son qara günümdə bəzənib qara,
Bükərsənmi məni bir gözəl ağla?..

Комментариев нет:

Отправить комментарий