Nurəddin Ədiloğlu
O - Həmid Qiasi, Masallıda – Böyük Xocavar kəndində dünyaya göz açmışdı. Sumqayıtda yaşayıb-yaratdı, ev-eşik sahibi olub, həyatını burada qurdu. Amma iyirmi ildən çox idi ki, Kazan şəhərində ailəsinin ruzusunu qazanırdı. Elə oradaca, 2008-ci ildə 54 yaşında son şeirini mobil telefonun yaddaşına yazaraq dünyasını dəyişdi. Özünün dediyi kimi, ağrısının-acısının adı da bilinmədi:
Uzağa düşdünmü atam, bil ki sən,
Ağrının-acının adı bilinməz...
Uzağın çörəyi şirin gəlsə də -
Evinə çatanda dadı bilinməz!..
İmzasını coxdan tanısam da, düz 10 il əvvəl Kazanda tanış olduğum Qiyas Həmid 1982-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişdi. “Çicəklər solmaya kaş” (1997), “Hacı Mirheydər ağa” (1998) kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi...
Amma istər vətəndə yaşasın, istər qürbətdə, bir qələm əhli kimi öz taleyindən uzağa qaça bilmirdi Qiyas... Ruhu bir an da olsun rahatlıq tapmırdı. Kazan bazarında alver etdiyi kiçicik bir güşəni (piştaxtanı) həm də özü üçün “yazı masası” eləmişdi.
Tatarstan – Azərbaycan ədəbi əlaqələrinin inkişafında az rol oynamamışdı, həm bir araşdırmaçı, həm də şair – tərcüməçi kimi tanınmışdı.
Gecəli-gündüzlü Sizif əməyi kimi ağır zəhmətə qatlaşaraq müasir Azərbaycan şairlərinin seçmə şeirlərini tatarcaya çevirirdi. Tatar dilində “Araz aka, yanqa kaqa” (Kazan-2003) kitabının nəşri Qiyasın böyük uğuru idi.
İki ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə Tatarstan Respublikasının Prezidentinin fərmanı ilə “Kazanın 1000 illiyi” medalı ilə təltif olunmuşdu. O, Xəlil Rza Ulutürkdən sonra ikinci Azərbaycan şairi idi ki, ötən əsrin əvvələrində yaşayan Abdulla Tukayın 40-a yaxın şeirini ana dilimizə tərcümə etmişdi. Çəmi 27 il yaşamasına baxmayaraq, tatar ədəbiyyatına böyük ədəbi xəzinə qoyan Abdulla Tukay Mirzə Ələkbər Sabiri tatar dilinə ilk tərcümə edən şair idi. Qəribə də olsa, Qiyasın yaradıcılıq gecəsi ilk və son dəfə Abdulla Tukay adına mədəniyyət sarayında keçirilmişdi. “Qəribliyin hər qarışı doğmalıq” deyə-deyə gəzib-dolaşdığım Kazan şəhərində tanış olduğum həmyerlimiz, iş adamı Talıb Talıbovun (o, həm də tarixçi-alimdir) rəhbərliyi və orada fəaliyyət göstərən Azərbaycan diasporunun fəal nümayəndələrinin sayəsində Qiyasın yaradıcılıq gecəsi Kazanda çox möhtəşəm, həm də təntənəli keçmişdi...
2002-ci ilin qarlı bir qış günündə Qiyasla birlikdə Kazanda 24 millətin nümayəndələrinin qərargahları yerləşən “Xalqlar dostluğu evi”nə yollandıq. Soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirə ciddi hazırlıq görürdülər. Qiyas təklif etdi ki, gəlin, əsas tədbirdən sonra məsciddə şəhidlərimizin ruhuna ehsan verək, hər millətdən nümayəndə dəvət edək!.. Qürbətdə bir ağsaqqal kimi, ziyalı kimi sözü ötürdü Qiyasın.
Sonra küçəyə çıxdıq, Kazanın Kremlini gəzdik, Musa Cəlilin heykəli önündə şəkil çəkdirdik. Qayıdanda məni mərhum şair Malik Fərruxun Kazanda yaşayan qardaşı Fərhad İbrahimovla tanış etdi. Demək olar ki, şəhərdə hər qarışda azərbaycanlı ilə rastlaşırdıq. Qiyas Həmid özünəməxsus şəkildə köks ötürüb:
Bu dünyanın üstü bazar,
altı məzar...
- dedi, - bu gördüyün cavanların hamısı bazarda çalışır. Və elə özü də məndən ayrılıb yorğun addımlarla Sultaniyyə məscidinin yanındakı bazara üz tutdu. Onu orada ətriyyat piştaxtası gözləyirdi. Çörəyini qürbətin boranında-çovğununda qazanan Qiyas o yanvar günü mənə verdiyi şeirdə bazarlarda özü özümə, gözü gözümə, üzü üzümə bənzər adamların, bəlkə elə özünün də barəsində belə yazırdı:
Qəribin bənzəri olmur həyatda,
Qəribin adı da QƏRİBDİ elə,
O, elə yol gedir, DƏRD bölə-bölə...
Özlərini “çörək” ağacından asıb, Vətən həsrətiylə qovrulanlara, vaxtını qürbətdə boş keçirən cavanlara ərklə “qayıdın vətənə, qayıdın kəndə” deyirdi Qiyas:
Qısılıb hərəniz öz arzunuza,
Ümidsiz baxmayın sabaha sarı.
Kənddə iş olmasa, dərhal da durub,
Amandı, gəlməyin şəhərə sarı.
Qayıdın cavanlar, qayıdın kəndə,
Aman, keçirməyin ömrüzü hədər,
Bütün yer üzünü dolansanız da,
Sizə şirin olmaz kəndiniz qədər!
Deyirdi ki, əvvələr kəndimizə gedəndə çox sevincək olurdum, cavanları görəndə ürəyim yaz çiçəyi kimi açılırdı. İndi onların çoxu kənddən uzaq düşüblər. Bəzilərinin sorağı uzaq Kamçatkadan gəlir. Məlum məsələdir ki, elə orada da evlənib qalacaq. Həm də dilini, dinini tanımadığı bir millətin qızı ilə! Oğlunun üzünə illərlə həsrət qalan Məmmədəli kişi demişkən, uzağın xeyri budursa, azarım o uzaqlığa! Qiyas qəlbini sızladan belə duyğuları publisistik yazılarında da qələmə alırdı. Yazırdı ki, kənddə yaşı ötmüş atalar mollaya yasin pulunu, Quran pulunu əvvəlcədən verir ki, öləndə bu məsələdə çətinlik yaranmasın. Bir də, axı nə bilmək olar kim dünyasını daha əvvəl dəyişəcək? Qürbətdə baş girləyən cavan oğul, yoxsa onun geri dönəcəyinə ümidini itirmiş qoca ata?!.
Çünki qürbətdən vətənə qara tabutlarda “qayıdan” neçə-neçə cavanın aqibətindən hali idi Qiyas! Bəlkə, elə bu misralar da qəlbində elə yaslı-matəmli çağların birində vəsiyyətə dönmüşdü:
Ömür-gün heçdən deyil,
Qocalıq yaşdan deyil,
Bu köç o köçdən deyil,
Gedənə qoşun məni!
Dünyadan vaxtsız köç edən şairlərin cərgəsinə qoşulan Qiyasın ölümündən sonra “Bu köç o köçdən deyil” (Bakı-2010) adlı kitabı işıq üzü gördü.
...Hər dəfə Masallıya gələndə, dan yeri sökülməmiş qocaman Dəmbəlo dağına boylanıb:
Salam a Dəmbəlo, sabahın xeyir,
Salam a Dağ dədəm, salam Dağ babam!
deyən şair Qiyas Həmid qürbətdə dünyasını dəyişsə də, öz təbirincə desək, ölənəcən öz yuvasına sadiq qalan qartal kimi ömür yaşadı. Zirvədən zirvəyə uçdu. Çox böyük uğurlara imzasını atacaqdı...
Fəqət gözəllik, yaşayıb- yaratmaq, SÖZ anlayışı kimi ölüm də sərhəd, qoca-cavan tanımır...
Allah dərgahında yerin behişt olsun, Qiyas Həmid!
"Cənub xəbərləri"

Комментариев нет:
Отправить комментарий