23.06.2013

Əlixan Qaya - SADƏ İNSAN

Qəzetlərin baş sətrində göstərdilər
Böyük titr ilə yazdılar
Məhkum olanları
Yekə-yekə yalanları
Sadə insan
Elə bildi düz yazılıb
Neçə dəfə göz dirədi
Ürəyinin sükutuna bir daş atdı
Sükut parçalandı
Yalanlar heç düzəlmədi
Küçələrin çalasını görmək üçün
Gözlüyü tax gözlərinə
Sadə insan!
Öz nəfsini, həvəsini

Öz içində zindan elə
İnanmadı düz sözümə
O inandı ağ gün gəlir deyənlərə
Həftələrdə günü saydı
Həftənin də son günüdü
O gəlmədi!
Həftə saydı
Ayı saydı, yayı saydı
O gəlmədi
Səbr elədi
İIlər keçdi
Gəlin gəldi qızlar köçdü
Nəvələr də böyüdülər
O gəlmədi!
Əcəl gəldi astanaya
Ağ gün ağ atıyla
Hələ də var yol gəlir

Комментариев нет:

Отправить комментарий