Qazax rayonu sərhəd rayonlarımızdan biridir. Bu rayonun sərhəd kəndlərində həyat öz axarı ilə davam edir. Həmin kəndlərdən biri də ermənilərlə üz-üzə, göz-gözə olan, daha doğrusu, onlardan 150 metr məsafədə yerləşən Məzəm kəndidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu kənddən ermənilərin yaşadıqları evləri görmək mümkündür. Kənddə şəraitin çətin olmasına baxmayaraq, camaat öz yurd-yuvasını tərk etməyib.
Məzəmdə həmsöhbət olduğumuz kənd sakini Hümbət Əhməd oğlu Nəsibov bizimlə söhbətində bildirdi ki, 90-cı illərdən başlayan məlum atışma nəticəsində kənddəki evlər ağır artilleriya zərbələrindən yararsız vəziyyətə düşmüşdü.
Zərər çəkmiş evlər dövlət vəsaiti ilə təmir olunub. Onun sözlərinə görə, rayon rəhbərləri bu kəndə xüsusi diqqət yetirir. Belə ki, onlar mütəmadi kəndə gəlir, sakinlərlə görüşürlər. Məhz kəndə olan bu diqqət sakinləri öz doğma yurd-yuvalarına daha çox bağlayır. Məzəmin dağlıq ərazidə və sərhəddə yerləşdiyini vurğulayan Hümbət kişi elə bu kimi səbəblərdən əhalinin əkinçiliklə məşğul olmadığını bildirdi. Onun sözlərinə görə, kənd sakinləri əsasən heyvandarlıq və arıçılıqla məşğul olur: “Bizim kənddə, demək olar ki, arısız ev yoxdur”.
O daha sonra dedi ki, son vaxtlar havaların əlverişsiz keçməsi ucbatından problemlərlə üzləşmişik: “Belə ki, hazırda arılarımızı aran kəndlərində saxlayırıq. Arıçılıqdakı gəlirimdən şikayətçi deyiləm, ildə 100-150 kilo balımız olur, min bərəkət. Onu da deyim ki, bizim tərəflərin balı çox keyfiyyətli olur. Müşahidələrimə əsasən deyə bilərəm ki, bunun da əsas səbəbi arıların ən çox qaratikan, cökə, həmçinin kəklikotunun çiçəklərindən şirə çəkmələri ilə bağlıdır. Yeri gəlmişkən, qeyd edim ki, həmin çiçəklər insan sağlamlığında da mühüm rol oynayır”.
Az sonra Hümbət kişinin nəzərləri bir nöqtəyə dikildi. Ondan niyə fikrə getdiyinin səbəbini soruşduq. O handan-hana dilləndi: “Heç, a bala, bu gün baş çəkə bilmədiyimiz ərazilərimizin gülündən-çiçəyindən arılarımızın şirə çəkib gətirmələri diqqətimi cəlb etdi”. Az sonra isə əlavə etdi: “Gün o gün olsun ki, yurd-yuvasından didərgin düşənlərimiz də öz obalarına qovuşsunlar”.
zaman.az

Комментариев нет:
Отправить комментарий