Aybəniz Əliyar
O, gözlərin acı yaşı,
Eşq niyə qoyublar adın?
Sən məni görməyən kişi,
Mən səni ağlayan qadın.
Bəlkə elə qayğıdır o,
Möhtacıyıq zaman-zaman.
Ürəklərə qurğudur o,
Nə quran var, nə qurtaran.
Göz yaşımız çıxıb dizə,
Hisslərimiz yamaq-yamaq.
Yenə şirin gəlir bizə,
Eşq torunda çabalamaq.
Bir sual var, “biz nə edək?”,
Cavabı bundan da betər.
Bu gözlərim ölənədək,
Səni ağlamağa yetər.
Ürək köksün ağrı daşı,
Kimsə duymaz ki, fəryadın.
Sən məni görməyən kişi,
Mən səni ağlayan qadın.
O, gözlərin acı yaşı,
Eşq niyə qoyublar adın?
Sən məni görməyən kişi,
Mən səni ağlayan qadın.
Bəlkə elə qayğıdır o,
Möhtacıyıq zaman-zaman.
Ürəklərə qurğudur o,
Nə quran var, nə qurtaran.
Göz yaşımız çıxıb dizə,
Hisslərimiz yamaq-yamaq.
Yenə şirin gəlir bizə,
Eşq torunda çabalamaq.
Bir sual var, “biz nə edək?”,
Cavabı bundan da betər.
Bu gözlərim ölənədək,
Səni ağlamağa yetər.
Ürək köksün ağrı daşı,
Kimsə duymaz ki, fəryadın.
Sən məni görməyən kişi,
Mən səni ağlayan qadın.
Комментариев нет:
Отправить комментарий