27.06.2013

QƏLPƏ-QƏLPƏ

Şakir Xanhüseynli

1
Yolu keçərkən
hər şeyin çoxu bezdirici;
aza gedirəm,aza.
bu üzdən xeyli uzaq bir yaxına-
o üzə keçirəm,o üzə...
2
uzun ömür?
neçə qarış
neçə metr
neçə kilometr?
3
zibilin biri
zibilliyə çevirib işlədiyi yeri...
4
mənim əliaçıqlığım
onun xəsisliyi qədər deyil

5
birinin qışqırığını yel aparır sanki:
batıram
batır
bat
baa...
6
bu gün mən
doğrudan,göl kimi sakitəm...
7
"gəl"i elə dedin get başa düşdüm...
8
...imandan,dindən keçirlər
əsəblərimin üstündən keçirlər
bax e,onlar budu bu tindən keçirlər...

Комментариев нет:

Отправить комментарий