Lənkəran şəhərinin küçə və meydanlarında hər addımda hicablı qızlara rast gəlmək olur. Məscidlərdə ibadət edən yeniyetmə qızların sayı da kifayət qədərdir. Bütün bunlara baxmayaraq idmana da maraq göstərən qızların sayı az deyil. Orta məktəbdə təhsil alan 15 yaşlı Yeganə Aslanova idmançı qızlardan biridir. O, dini ayinləri də yerinə yetirir, namaz qılır, hicab taxır: Və bununla yanaşı idmanın Taevonda növü ilə də məşğul olur
“Taekvonda idman növü ilə məşqul oluram. Nailiyyətlərim olub, respublika çempionu olmuşam. İdmana isə qardaşlarımın həvəsinə getmişəm. Onlar 5 yaşından idmanla məşğul olurdu.”
O deyir ki, idmana gəlmək istəyən qızların sayı çoxdur. Lakin qız olduqları üçün valideynləriin bir çoxu buna icazə vermir.
“Onların valideynləri qoymur. Mənim isə atam, anam, qardaşım icazə verdi, idmana getdim. Əvvəllər çətin olurdu, indi asandır . Özüm hicablıyam. Həm də idmana gedəndən sonra hicab taxmışam. Çoxu deyir ki, çətindir, hicabla. Amma heç bir çətinliyi yoxdur. Belə daha rahatdır.”
Yeganə Aslanovanın sözlərinə görə, yarışlardan 11 dəfə qələbə qazanıb. Çoxlu fəxri fərmanları var. Məktəbdə də həmyaşıdları onun qələbələrinə sevinir və idmançı olmasına normal baxırlar. Hazırda onunla birlikdə taekvonda ilə 7 həmyaşıdı olan qız məşğul olur.
Yeganə Aslanovanın qardaşı, 16 yaşlı Fərid də bacısı ilə yanaşı taekvonda yarışlarında iştirak edir. O bacısı kimi yüksək nailiyyətlər əldə etməsə də, onun qələbələrini özününkü hesab edir. Bacısı ilə fəxr etdiyini söyləyir:
“Çox yaxşı edib ki, bacım idmana gəlib. Özüm də 5 yaşımdan bu idman növündən məşqə gedirəm. Bizim məşqçimiz Vüqar müəllimdir. Bacım turnirdə qələbə qazananda, təkcə bizim ailə yox, qonşular, bizi bütün tanıyanlar sevinir.”
Lənkəran rayonunda 8 nəfər yeniyetmə qızdan ibarət ağır atletika üzrə komanda da fəaliyyət göstərir. Neçə illərdir ki, ot üstü hokkey, futbol üzrə qızlar komandası da var .
Ağır atletika üzrə SSRİ idman ustası, Azərbaycan respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov deyir ki, qızlardan ibarət ağır atletika komandasının yaradılması ideyası 10-12 il bundan əvvəl meydana gəlib.
“2000-ci ildə Osman Mirzəyev adına Qarşıq Tipli uşaq evində qızlardan ibarət ağır atletika komandası yaratdıq. Biz orda məşqlərə başladıq. 2001-ci ilin fevral ayında Azərbaycan çempionatı keçirildi, biz orda 3 qızla iştirak elədik. Həmin yarışda yüksək nəticə qazandıq.”
Məmməd Məmmədovun bildirdiyinə görə, bu yarış sübut etdi ki, qızlar ağır atletikada da böyük nailiyyətlər qazana bilərlər.
“İdman məktəblərinin yarışında 7 qızla iştirak elədik və hamısı uğur qazandı, hamısı Lənkərana medalla döndülər. Sonralar, 2003-2004-cü illərdə belə söhbət getdi ki, bu idman növü bizim mentalitetə uyğun deyil. Qızlarımıza “ştank” qaldırmaq olamaz. Bununla da bu işlər dayandı. Dediklərim 90-cı illərdə olub - Təranə Abbasova, sonra Səbinə Rzayeva həmin sahədə uğurlar əldə etmişdi. Əyalətdə heç bir rayonda yox idi. Lənkəran yeganə rayon idi ki, burda qızlardan ibarət komandamız var idi. Sonra Sumqayıt bizə qoşuldu. Sonra onlar da qızlarla işləməyi dayandırdıq. Gördük ki, qızları yarışlara buraxmırlar. Artıq qızları dərsliyə, jurnala da yaza bilmirdik. İcazə verilmədi.”
Məşqçinin sözlərinə görə, uzun illərdən sonra ağırlıqqaldırma üzrə qızlardan ibarət komanda yenidən bərpa olunub. O deyir ki, Azərbaycanın rayonlarında qızlardan ibarət olan yeganə komanda Lənkərandadır:
“Yenə də biz də qızlardan ibarət yığma komanda var. Hazırda yetirməmiz Sevər Məhərrəmova Azərbaycan yığma komandasının tərkibindədir, Hazırda Lənkəranda 15-ə yaxın qız bu idman növü ilə məşğul olur.”
Məmməd Məmmədovun bildirdiyinə görə, ağır atletika üzrə qızlardan ibarət komandanı təşkil etmək asanlıqla başa gəlməyib. O deyir ki, qız uşaqlarının idmana gəlişi həmişə çətin olub. Onun sözlərinə görə, bu işdə valideynlərin razılığı olmalıdır ki, iş alına bilsin. Digər tərəfdən ağırlıq qaldırmanın qız uşaqlarına ziyanı ola biləcəyini əsas gətirib, onları yaxına buraxmırlar:
“ Tam inamla deyirəm ki, bu sahədə çalışan qızlar idmanla vidalaşandan, özlərinin şəxsi həyatını yaşayandan, ailə həyatı qurandan sonra onların səhhətində heç bir problem baş verə bilməz. Ağır atletika idman növünə gəliş əsasən 10 yaşındandır. Biz də qızları 10 yaşından götürürük. Biz istər oğlanlar, istəyir qızlar olsun, öncə onların fiziki hazırlığına, fiziki gücünə baxırıq. Əvvəl onları hazırlayırıq, ondan sonra ştank veririk qaldırmağa.”
Məşqçi deyir ki, son illərdə qızların idmana, eləcə də ağırlıqqaldırma növünə maraqları artıb. Baxmayaraq ki, dini amil və mentalitet məsələsi rayonlarda ciddi rol oynayır, amma maraq var.
“ Din qaydalara görə, qadınlarda biləkdən yuxarı görsənməməlidir. İcazə veriblər ki, qızlar yarışda da hicabla başını bağlayır, tirkonun altından da retuz geyinir. Onda heç bir bədən əzələsi görsənmir.”
Lənkəran rayon Gənclər və İdman idarəsindən bildiriblər ki, müntəzəm olaraq rayonda 60-a yaxın yeniyetmə qız idmanın müxtəlif növləri ilə məşğul olur, respublika və beynəlxalq yarışlarda iştirak edir.
Zahir Əmənov "Cənub xəbərləri"

Комментариев нет:
Отправить комментарий