Əsl adı İliç Ramires Sançes (İlich Ramirez Sanchez). Dünya onu "Çaqqal Karlos" ləqəbiylə tanıyır. XX əsrin "ən məşhur xadimi" olaraq xarakterizə edilən Karlos uzun müddət sol cəbhədə fəaliyyət göstərdi. Fələstin Xalq Azadlıq Cəbhəsi tərəfindən Avropadakı İsrail hədəflərinə qarşı əhəmiyyətli addımlar atan Karlos, zülm görən Əlcəzair xalqı ilə həmrəylik üçün də bir müddət Fransaya qarşı döyüşdü. Karlosun Vyanadakı OPEC toplantısında aralarında 10 neft nazirinin də olduğu 70 nəfəri girov götürməsi və hadisədən sonra girovları Əlcəzairə qaçırması bütün dünyanı şoka salmışdı. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mossad, İnterpol və Fransa kəşfiyyatını illərlə arxasınca süründürən Karlos, 1980-ci ilin əvvəllərində dünyadakı solçuların idollarından biriydi.
İllərdir Fransada həbsxanada saxlanan Karlos artıq 1.5 milyardlıq İslam aləminin namaz qılan, oruc tutan və yazdığı məktubları "Allahu Əkbər"lə bitirən bir şəxsdir.
"Çaqqal Karlos" 25 mart 1949-cu ildə Marksist bir ailənin oğulu kimi Venesuelada dünyaya gəlib. 1966-cı ildə anası və qardaşlarıyla birlikdə Londona gedən Karlos İngiltərədə ali təhsil alıb. Uzun müddət Marksist gənclik təşkilatlarında iştirak edən Karlos, 1975-ci ildə Fələstin Xalq Azadlıq Cəbhəsi düşərgələrində təhsil alaraq İsrailə qarşı döyüşüb. Daha sonrakı illər İsrail hökumətinə qarşı apardığı mübarizəni Qərbin böyük şəhərlərinə daşıyan Karlos, İsraillə əlaqəsi olan bir çox bank, dərnək, qəzet və səfirliyə bombalı hücumlar həyata keçirib. 1980-ci ildə dünyanın ən çox axtarılan terroristi elan edilən Karlos dəfələrlə MKİ, Mossad, İnterpol və Fransa kəşfiyyatını azdırmağı bacarıb.
KOMMUNİSTLƏRİN İDOLUYDU
1985-ci illərdə dünyadakı bir çox inqilabçı Marksistin gözündə idol halına gələn Karlos, ələ keçməməsindəki müvəffəqiyyəti, zəkası və cəsarətiylə dünya mediasının gündəmindən düşməyib. "Min bir sifət” kimi də tanınan Karlos sonrakı illər ərzində Fransaya qarşı addımlar həyata keçirməsi ilə Fransa dövlətinin də qorxulu yuxusuna çevrilib. Həyata keçirdiyi əməliyyatlarla dünyanı "professional döyüşçü" anlayışıyla tanış edən Karlos haqqında çoxlu sayda kitab yazılıb, Karlosun həyatı dəfələrlə kinolara və sənədli filmlərə mövzu olub. 25 illik təqibdən sonra 1994-cü ildə Fransa və Sudan kəşfiyyat təşkilatlarının birgə əməliyyatıyla həbs olunub.
HAKİMƏ HƏDDİNİ BİLDİRDİ
Fransa məhkəmələri tərəfindən 3 il mühakimə olunan Karlos, proses zamanı iddiaya baxan hakimə qarşı böyük bir iradə göstərib. Hətta hakimə bir məhkəmədə, "mən beynəlxalq bir döyüşçüyəm. Kiminlə danışdığına və hərəkətlərinə diqqət et!", - deyərək xəbərdarlıq edib. Məhkəmə qərarı çıxarılacaq gün 4 saat son söz söyləyərək, "sizlər məni mühakimə etmək haqqına sahib deyilsiniz. Fransa məhkəmələrini tanımıram. Əslində mən sizi istismar etdiyiniz, yoxsulluğun ağuşuna atdığınız xalqlar adından mühakimə edirəm. Mənim vətənim bütün yer üzüdür. Qardaşlarım da əzilən, istismar edilən bütün xalqlardır", - deyib. Məhkəmənin qərarı ilə ömürlük həbs cəzası alan Karlos, mühakimə zamanı tanış olduğu Fransanın ən məşhur vəkillərindən İzabella Koutant Peyre ilə evlənib.
LƏQƏBİ NECƏ ÇAQQAL OLDU?
Dünyanın ən məşhur kəşfiyyat təşkilatlarını arxasınca süründürən Karlosun Fransa paytaxtı Parisdə bir otel otağında saxlandığı müəyyənləşdirilir. Yüzlərlə snayper və polis Karlosun qaldığı oteli mühasirəyə alır. Əməliyyatı canlı yayımlayan dünya mediası artıq Karlosun sonunun gəldiyini və məşhur şəxsin ölü və ya diri şəkildə tutulacağını iddia edir. Fransa xüsusi təyinatlıları Karlosun qaldığı otel otağına basqın edir, lakin otaqda heç kəsi tapmır. Çünki Karlos həmişə olduğu kimi kəşfiyyat təşkilatlarını inanılmaz zəkası sayəsində yenə aldatmışdı. Qaldığı otaqdakı stolun üstündə isti bir qəhvə, yanmağa davam edən bir siqar və tərsinə çevrilmiş bir kitab tapırlar. Kitabın adı "Çaqqal”dır. Bu hadisədən sonra Karlos, "Çaqqal” ləqəbiylə tanınır.
"MARKSİZMİN MÜQƏDDƏSİ YOXDUR"
İlk dəfə təlim düşərgələrində tanış olduğu fələstinli müqavimətçilərdən təsirlənərək İslamla əlaqədar araşdırmalar aparmağa başlayan "Çaqqal Karlos" nəticədə müsəlman olmağa qərar verir. "Çaqqal Karlos" qaldığı həbsxanada günlərinin çoxunu İslamla əlaqədar kitablar oxuyaraq və yazılar yazaraq keçirir. Yazdığı məktubları "Mütləq qüdrət sahibi olan Allahın adıyla" başlayıb, "İnqilabda görüşmək ümidiylə Allahu əkbər", - deyərək bitirir.
Marksizmin ən böyük müəmmasının hər hansı bir müqəddəsinin olmamasına bağlayan Karlos, Marksizmlə əlaqədar belə yazır: "Bütöv bir sistem olmaq iddiasındakı materializm mənim üçün hər şeyi açıqlaya bilmək xüsusiyyətinə sahib deyil. Fizikaçılar, "təbiət boşluqdan nifrət edir”, - deyirlər. İnsan təbiəti üçün də eyni şey etibarlıdır və ruhani boşluq da, boşluqların ən betəridir. Marksizmdən məni uzaqlaşdıran ən böyük fakt müqəddəsliyin əskikliyidir. Çünki Marksizm insana bağlı bir ideologiyadır. Yəni bu ideologiyanın qurucusu, teoriyaçısı bir insandır. Marksistlər hər zaman mənəvi bir güclə əlaqə qura bilməmək çatışmazlığı hiss edirlər. Çünki mənəvi güclə əlaqəyə girmək insanın yaradılışında olan bir faktdır. Marksizm, Hakimi Mütləq Yaradıcıya qarşı çıxdığı üçün də gücü əlinə keçirdiyi vaxt məhvə məhkumdur."
"İSLAM İNQİLABÇI BİR DİNDİR"
Anti-imperialist şüurun yüksək olduğu Latın Amerikası ölkələrində milyonlarla pərəstişkarı olan "Çaqqal Karlos" maraqlı bir inkişafdan da söz açır. Dünən Əndəlüsdə, Afrikada, Orta Asiyada yayılmaq imkanı olan İslam, bu gün Meksikada, Boliviyada, Venesuelada böyük bir maraqla qarşılanır. ABŞ və İsraildən nifrət edən milyonlarla yoxsul, inqilabçı, əməkçi müsəlman müqavimətçilərin dünyanın dörd tərəfində imperializmə qarşı apardıqları mübarizədən təsirlənərək müsəlman olurlar. İslamın özünün inqilabçı bir xarakterə sahib olduğunu söyləyən Karlos, Həzrət Peyğəmbərin Məkkə ənənəsini yıxaraq tarixin ən böyük inqilabını reallaşdırdığını deyir: "Müsəlman olduğum ilk illərdə İslam həyatıma elə də əhəmiyyətli bir dəyişiklik gətirmədi. Ailəmdən aldığım möhkəm əxlaqi dəyərlərə görə, İslamın kamillik zövqünü dadmağım uzun müddət çəkdi. Daha sonrakı illər imanın dadını görməyə başladım. İslamdan aldığım mənəvi güclə həbsxana kamerasında da olsam, bütün imperialistlərə meydan oxumaq gücünü özümdə görürəm. Müsəlman olmağım, insanlarla həmrəylik hissimi daha da gücləndirdi. İslam çökməkdə olan Qərb cəmiyyətlərinin ən böyük günahlarından biri olan fərdilik xəstəliyindən də məni uzaqlaşdırdı. Mən hər vaxt insanların istismar edilmədiyi bir dünya üçün mübarizə aparım. Bu gün isə mübarizəmin təməli və inandığım inqilabın adı İslamdır. Bundan sonrakı həyatımı İslamın bütün Yer üzünə hakim olması üçün yeganə şərt olan İslam inqilabına həsr edəcəyəm. Allahu Əkbər... "
"11 SENTYABR ABŞ-ın MÜQƏDDƏSLİYİNİ BİTİRDİ"
Karlosun həm siyasi proseslərə verdiyi cavablar, həm də gücün fəlsəfəsi barədə söylədiyi sözlər də son dərəcə maraqlıdır. İndiyə qədər 11 Sentyabr terroru ilə əlaqədar bir çox analizlər aparıldı, nəticələr çıxarıldı. Gəlin həmin terrorla əlaqədar Karlosun ifadələrinə diqqət yetirək: "Ekiz Qüllələr Amerikanın bütün digər xalqlara qarşı davam etdirdiyi iqtisadi istismar və müharibənin həyasız simvolu idi. Digər hədəf Pentaqon isə hərbi və texnoloji gücün mərkəzi idi. Pentaqonun qapısına vurulan qolla birdəfəlik imperialist ABŞ-ın coğrafi, hərbi, maddi və simvolik müqəddəsliyi sona çatdı. Bütün günahkarlar kimi ABŞ da 11 Sentyabr terroruna qədər etdiyi zülmlərin hesabını verəcəyini düşünmürdü. ABŞ bu terrorla etdiyi zülmlərin əvəzini ödəmək, müharibə cinayətlərinin hesabını vermək məcburiyyətində qaldı. 11 Sentyabr terroruyla ABŞ-ın coğrafi müqəddəsliyi və məğlubedilməzlik əfsanəsi də başa çatdı. Müsəlman olaraq bunu unutmamalıyıq ki, ABŞ əfsanə bir ölkə deyil. Onlar da digər xalqlar kimi güc istifadə edilərək məğlubiyyətin necə bir duyğu olduğunu dadmalıdırlar. ABŞ rəhbərliyi də bunu bilməlidir ki, Hollivud xülyalarından, "Rembo”lardan, "Süpermen”lərdən ibarət miflərin sonu artıq çatıb. 11 Sentyabr terrorundan sonra dünya strategiya mütəxəssislərinin nəzərdə tutduğu kimi mədəniyyətlər qarşıdurması yaşamayacaq. Əksinə, İslam dünyanın gündəminə daha çox girəcək və girməkdədir də. Böyük bir inqilab gücü olan İslam, xalqların kölələşməsinə qarşı çıxa biləcək tək gücdür."
"FƏLƏSTİN ÜÇÜN DÖYÜŞMƏYƏ DAVAM EDƏCƏYƏM"
İndiyə kimi Fransadakı Klervo (Clairwaux) həbsxanasında saxlanan Karlos əgər azadlığa çıxarsa nələr arzuladığını da açıqlayıb. Maraqlıdır ki, "Çaqqal Karlos"un cavabı 58 yaşında olsa da ruhi sağlamlığı gənc adam xüsusiyyəti daşıyır: "Ən böyük xəyalım həqiqi azadlığı axtaran bütün insanları cəzb edəcək dövlətin qurulmasıdır. Həbsxanadan əgər nə vaxtsa çıxsam, hansı şəkildə olursa-olsun Fələstini sionist işğalından, bütün dünyanı da ABŞ imperializminin istismarından qurtarmaq üçün mübarizəyə davam edəcəyəm. Həmçinin yoldaşım İzabella xanımla vətənim Venesuelaya gedib hələ də davam edən Boliviya inqilab hərəkatına və dünyanın dörd bir tərəfindəki müsəlman müqavimətçilərə döyüş təcrübələrimi öyrətmək istəyirəm."
Xatırladaq ki, Fransadakı Klervo həbsxanasında Fleri Merogis (Fleury Merogius) həbsxanasına köçürülən və təkadamlıq kamerada saxlanan "Çaqqal Karlos” 18 illik həbs müddətindən sonra dünən yenidən məhkəmə qarşısına çıxarılıb. Və onun ömürlük həbs müddəti təkrar uzadılıb.
faktxəbər

Комментариев нет:
Отправить комментарий