əlif. lam. mim
səni axtarır əlim, dua söyləyir dilim, eşqi bizə tanrı verib, bu eşq nədir, nə bilim. hər görüşdə bir sədd aşmaq, qucaqlaşmaq, qucaqlaşmaq, dünya kimi qəsqədimdir, öpüş kimi təzə-tər, ən müqəddəs dualar da
al dodaqlarda bitər, öpüşlərlə möhürlənib sevgilərin kitabı. sözlər sözlərə açardı, dədən bədənə qapı. əlif. lam. mim
bilirəm, şəhər yatmayınca səhər açılmaz, bağlı qapılar ardında soyuyar həvəs, nə səs, nə motor tarıltısı
göyün yaxasından asılı minarələri tərpətməz. tanrım,tanrım mən pəs... biz burdayıq, bu sokaklarda,
baxmağa gözümhz var, deməyə sözümüz. tanrının yaratdığına baxmaq həmmişə xoşdur, tanrının yaratdığını danışdırmaq ondan da xoş! danışırıq axşam-səhər, ehtirasla danışırııq, pıçıltıyla danışırıq, və bir ovsun əzəməti var pıçıltılarda. sən mənə xoş sözlər pıçılda ki, ürəyimdən göyə yol açılsın. kimsə eşitmir bizi,kimsə görmür, tək allahdan qeyri, əllərim səni sığallayır, gözüm uzaq bir məbəddə, ekzotik şeylər dhşünürəm, amma yanımdakı sənsən. bir də Qız Qalası var, axşamlar Şolpan ulduzu ona baxar. və mərhəmət çiləyər bir baxış, alqış, yeri, göyü və bizi yaradana alqış!
əlif. lam. mim
izdihamlı bulvarın gəzintisi səpsərin, adamlara mərhaba və dənizə afərin... müştəri çağırır kafelər və köşklər, indi bahardı, hər yanda zınqırov çalır çiçəklər.
bizi bəklər sahil parkındakı bir künc, dinc və sakit bir zamanda səninlə qol-qola getmək pək eyi, əyninə ən sevimli paltarını geyib camaata göstərmək adəti nuh əyyamından qalmışdır. indi bulvar rəngarəng geysilər salonu, ya moda paradıdır, biz hamımız top modelik bu anlamda. deyirəm dənizin oynaq ritmi altında bəlkə hamımız soyunaq? onsuz da bu geysilərin hamısı soyunmalar üçün geyilir. nə bilim vallah, bu məqamı yəqin belə yazıb allah, allah bilən məsləhətdir. əlif. lam. mim bir atolda ikimizik, bir də palma, okeanın sonsuzluğu içimizi doldurur. telefonlar pılsızlaşıb, dünya ilə rabitə yox, amma bizim pılımız çox. istəyirəm zəng gəlməsin, istəyirəm zəng getməsin, yalnız səni istəyirəm... burası işvəli mərcanların məzarlığından doğan bir ada, qayğısızlıq ətri gəlir havadan, burda nə hökumət var, nə boss, çimməyə dəniz var, yeməyə kokos, sən varsan, seviş var,dad var, bir də yaşamalı həyat var. əlif. lam. ra hər şey təzədən başlayır gecədən sonra. indi xeyli xiffət çəkəcək yataq, sən gedirsən, fəqət ətrinlə dolub otaq, dadı kadr-kadr hopur divara sənli anların, sən gedirsən və dəmir qapını öz ardınca örtür narın-narın gedən addımların
alef. bet. ra
nə Dao müdrikinin eşq eleksiri, nə Kamasutra,
nə Şolpan oğlu Erosun atdığı ox,
duyğulara sığal verməz bundan çox.
bu plazma toxunmaları,
bu ultrabənövşəyi baxışlar,
ayrı dünyadandı bəlkə,
bəlkə də biz ayrı dünyadanıq?
küçədə, metroda,
ya Elton Conun konsertində,
qızmar çimərlikdə, kondissionerli “cip“də,
hər yerdə bu toxunma, hər yerdə bu baxış,
gözlərini yum, əlimdən yapış,
fikrini süpürgə üstündə uçurt,
duyğularını sfinksə mindir,
sevgi özü bir ayrı dindir.
hər yanda ovsun və sehr,
nə olar, mənə bir öpüş duası ver.
alef. bet. ra
Serapis məbədində,
Apis öküzünün buynyzları arasından
doğan günəşin istisindən,
timsahların göz yaşından, İştarın ulduzundan,
Xəzərin duzlu tamından və yovşan iyindən
doğulan bu şəhər,
göydələn binaların əjdaha görkəmində,
striptizçi reklam vitrinlərində,
İçərişəhərin əyrim - üyrüm küçələrində
dolaşdırıb teatroya gətirdi bizi.
bu rampa, bu işıqlar, Mark Antoni və Kleopatra,
Efesdəki hücrə, Təbrizdəki karvansara,
Las - Veqasdakı kazino və Kaşqardakı perqament kimi
bizə doğma və tanışdır,
bəlkə də səhnədəkilər
bizim yaşadıqlarımızı oynayır,
çunki biz, o vaxt da olmuşuq,
indi də varıq,
biz qiyamətdən sonra da olacağıq.
nə zamansa, görüşmək üçün,
cənnətlə cəhənnəm arasında lağım atacağıq.
and olsun doğan günəşə,
and olsun mələk xoruna,
qurban qanına and olsun.
alef. şin. bet
kabriolet, ya limuzin, qasid kimi aramızda ikimizin... sənə aldım bu gülləri, görürsənmi, gönçədirlər, açılanda necə gözəl olacaqlar sənin kimi. bir ora bax, tütəyində nə yanıqlı hava çalır körpə uşaq və izdiham əyləncələr həvəsində, mən, nədənsə ağrı - acı döşürürəm ney səsindən. bəlkə başımızı qatmaq üçün muzeyə gedək, əski əşyalarda həmişə yeni təəssüratlar var, ya da istəyirsən, bu caddəni dolaşaraq gözəl şeylər düşünək, keçən dəfə Marinanı düşünürdük, Svetayevanı, sığal kimi necə də ilıq anlarıydı, mən onda sənə bir şeir də oxudum, sonra sən dedin ki, sinaqoqa gedək, mən dedim ki, müsəlmanam, sən söylədin, nə olar ki, allah birdi, bəs bu qədər ayrılığı kim gətirdi? Həcər susuz ağlayanda, dodaqları quruyanda İsmayılın, Şümr olmaq nəbilikmi sayılırdı? su demişkən, mən də yaman susuzladım, bəlkə mənə su verəsən bir öpüş, Zəm - zəm kimi dadlı olur hər belə görüş, ya da istəyirsən gedək kokteyl içək, ya da dondurma yeyək, amma öpüş şirin olur dondurmadan, mən dünyanı dərk etmişəm, mənə inan.
əlif. bey
alle hey, oyna, dans elə, bax belə, bax belə, gecə vaxtı niqqer taktı, bir də uymuş məmələrdə titrəyiş, gəl mənimlə rəqs elə sən, bir az ovqatı dəyiş. müzik, işıq və toran, məmələr var don cıran, savanna kimidir içimdə həvəs, sən tələs, sən tələs, dön sağa, dön sola, istəyirəm bu gözəllik mənim ola. mən içində tüğyan edən bu atəşi, qurtum - qurtum içmək istəyirəm, mən aşiqlər cənnətinə düşmək istəyirəm, ey müqəddəs Məryəm, ey Qazi Battal, heç belənçi anlar çıxarmı yaddan. işıqlı toranda disko və kiska, oynaşan ayaqlar, kokos məməşqa, lazım deyil mənə kimsə səndən başqa. istində çimizdir, körpə tək əmizdir, toxun və sığalla, cinlət və cığalla, ritmdə titrə, mənə fitrə ver bu eşqi. dans elə hop, hop, vallah daha dözəmmirəm, stop, stop... bəlkə gedək odamıza, lap bemişəm bu kütlədən, bəyazlı-zəncili, burda nə mən Quranı düşünürəm, nə sən İncili. gedək.
alef. şin. bet
bu kitab bağlanıb, sən daha çıx get, nə sən Dezdemonasan, nə mən Otello, yəqin sarı səhra sultanı Azazello qatıb aranı, qurdalama bu yaranı, qoy hər şey belə qalsın, necə var, olacaq nə varsa göydə yazılar. yaxşısı budur get dua elə, bəlkə tale yazan mələk insafa gələ. get, get, sevgilərə həmişə yoldaş olub ayrılıq, itim. qapı örtüləndən sonra pilləkənlərlə enən ritm, avqust gecəsində çalınan bir rekviyem, istəyirəm qayıt deyim, amma heç vaxt deməyəcəm. çünki, dünya sirrdi, talelər saysız-hesabsız, yalnız allah birdi.
alef. gimel. şin
allah sənə insaf versin, arabaya min, o fındıq meşəsi yadındadımı? mamırlı daşların zəhmindən çağlayan bulaq, gedək bir günlüyə də olsa, ora qonaq olaq. əgər dalaşmaq istəyirsənsə, gedək orda dalaşaq, bir az meymunluq eləyək, bir az neandertallaşaq. vallah qaramat basıb bu şəhəri, adamları da zombidir, zombi! bir Rembo lazımdır ki, təmizləyə bu zir-zibili, başına “molotov kokteyli” çırpa harınların, qarnı ac olanların ölü baxışları kosmik buz yeridir adamın canına. burda həvəsmi olar, burda kefmi durar, hələ ayrı işləri demirəm, onları düşünsən gərək yıxılıb öləsən. yaxşısı budur otur arabaya. fındıqlı ağaclar, mamırlı qaya, azadlıq həzzində ötüşən quşlar, bizə gəl - gəl deyən yüpyüngül hava, sonra Allaha açılan yol, gülüm otur arabaya, təpərli ol.
om mani padme xum.
upuzun öpüş və yüngül bir həyəcan musiqi ritmində rəqqas, sığallar don toxuyan bir hörümçəkdir, dodaqlar qan içmiş gilas. bu otaq, bu yataq bizə məbəddir, duyğu odunda ətirli məlhəm tək alışır dualarımız, canda günəş istisi var, kefli baxışlarda qımız. biz heç nə düşünmərik bu anda, kəlmə kəsmək üçün vaxt tapanda, sözlərin səsini batırır ürəklərin çaldığı dum – dum... om mani padme xum. unutmuşuq bu şəhəri, yeri göyü unutmuşuq, nə evsizləri düşünürük, nə işsizləri, heç bombalar altında ölənləri də düşünmürük. hörümçək toru toxuyur sığallar, dodaqlar qan içmiş gilas, bu anda nə bir manyak, nə Fantomas düşücəyə qonaq olmaz. düşüncə uçuş istəyir, sevişlər cıdır və yarış. hər şey təzə, hər şey tanış, göylər çəkir ruhumuzu, suç yükü hopmaz bu cana... nirvana, nirvana, nirvana.
alfa. beta. qamma
sən bu sevgimızı tükənmiş sanma, nə bu anlar itməz, nə oyun bitməz, duyğular tərpəşər dalğalar kimi, ortada atını çapırdan külək, məndən ayırammaz sənin qoxunu. təpənin ardından boylanır günəş, suların üstündə şütüyür sığal, sən mənim sevgimi qaşıq - qaşıq al, sən mənim uyqumu üfüq boyu yax, dünyanın ən gözəl tablosuna bax. payıza tökülən yarpaqlar bakır, qanlı sarmaşıqlar hasar- hasardı, yellənən yolkalar, yelkən yolkalar, yamyaşıl boylanır sevgimiz kimi. allahım, allahım, yaşam gözəldi, yanğılı duyğular pərvanələşmədə, Harput qalasından gələn cəng səsi, sənin saçlarına qonur tac kimi. burada bu gölə Xəzər deyirlər, biz doğma suları ovuclayırıq, fəqət, nə qədər doğmalıq yaşatsaq da biz, bu ayrı sahildi, bu ayrı dəniz. sevdiyim, tərəddüd barajını aş, boynumu qucaqla, üstümə sarmaş, yaxsın hər tərəfi duyğu çaknı, Bakını düşünək, bizim Bakını.
alev. gimel. vav
əlimi dizinə qoyuram tühaf... qaranlıq aşiqlər arkadaşıymış, toxunuş duyğuya tullanan toxum, sevgisiz an varsa, orda mən yoxam. sürücü danışır, yollar tıxaclı, səfir banketinə gecikirik biz, fəqət bu gecikmə nə xoşdu, nə xoş, sənə toxunmaqsa, ondan da şirin. sürücü danışır, biz uçuşdayıq, sənin alman qanın coşur içində, sayrışan işıqlar, qaynar işıqlar, palçıqlı şüşədən baxır mələk tək. qaranlıq qaradı, gecə qaradı, ABŞ prezidenti ondan da qara... sənin ağlığında ağnayıram mən, ovcunu əlimdə saxlayıram mən, indi mənim heç nə vecimə deyil, nə savaş, nə futbol, nə qumarxana. arxayın bir gündü, sopsoyuq hava, gecə ifritəsi saçını töküb, Xəzərin üstünə vahimə çöküb, taksidə ən tühaf toxünmalarla, biz eşqli elektrik ürünləyirik..
eb. ok yay
ulduzlar tökülür, birəm - birəm say. ulduzlar, ulduzlar, düşük mələklər, düşük mələklərə qərq olub şəhər, bizə gəl - gəl deyir ayrı dünyalar, gizlin qapılar var, ayrı yollar var. biz gizlin qapıların şifrəsini yığırıq, sevda gəmimizin göyərtəsinə çıxırıq. pərvanəli bir uçuş və ölümsüz qurtuluş çıxır yer orbitindən, əlimi buraxma sən, bu uçuşumuz ruhvari, biz Misir səmasında suvariyik, suvari. bax, bu da Nefertiti, bu da canlı mumiya, ölulərlə qonuşmaq həmişə olurmu ya? bura paralel aləm, onu görən tək mənəm, bir də səni gətirdim, şəkk olmaz, allah birdi, mələklər tümen-tümen və biz mələk kimiyik İştarın sarayında, ilahənin ilində, aşiqlərin ayında həzzimiz qaşıq-qaşıq, hər şey gözəl, hər yan işıq, dodaqda and, əlvan girlənd, könül aşı, nur yağışı, sirli uçuş və qurtuluş, fəth olunan keçilməz sədd, və ləm yalid, və ləm yuləd.
ta.ha
şükür allaha, yağış mövsümü başladı və torpağın altından baş qaldırdı köbələklər, onlar bizi bəklər. bu payız yaqmuru, meşə havasından da duru, bizi bu duruluq çağırır, bu duruluq, bulanıq qayğılar əriyir ayıdöşəyi ətrində, bizə təzədən açılır allah da, din də. bu havanı udmaq və səni qucmaq və allahı düşünmək nə gözəl, bir yan qayın, bir yan xəzəl, bir də sənin gülüşlərin, biz az qızmar, bir az sərin, səninləyik, həyat gözəl, gün gözəldi, çox əsrlik ağaclar da durub dim-dik, nə yaxşı ki, belə gündə, bu köbələk dünyasında ikimizik.

Комментариев нет:
Отправить комментарий