Ülviyyə Tahir
Zaman keçdikcə tarix adlı məfhuma və hadisələrə baxışlar dəyişir. İkinci dünya müharibəsi dünyaya lazım idi? Ümumiyətlə bu müharibənin yetişməsinə göz yumanların məqsədi nə idi? Məsələn, son analizlərə görə bu müharibənin baiskarları hiyləgər ingilislər, saf amerikanlar, qurbanları isə almanlar olub. Bu nəticəyə təbii olaraq bütün tarixçilər deyil, konservativ yazarlarlardan biri olan P.Bukkenen gəlib. Cənab Bukenne iddia edir ki, əgər Çörcill o yazıq Hitleri küncə sıxışdırmasaydı o nə 1939-cu ildə Polşaya hücum edəcəkdi, nə də müttəfiqlərə adekvat cavab verəcəkdi. Təbii ki, bu halda İkinci Dünya müharibəsindən və 50 milyonluq qurbandan da yayınmaq olardı. İndi gəlin bu arqumenti məntiqi sonluğa bağlayaq: axı indi bütün qərb nasist reyxinin idarəsi altında olacaqdı.
Sol falanqada yer tutmuş digər tədqiqatçılardan biri də Nikolson Bakerdir. O qeyd edir ki, Almaniyanın şəhərlənin bombardman edilməsinin özü bir cinayətdir. Bu həmin ölkənin sənayə və nəqliyyat yollarının məhvi anlamına gəlir ki, bu vəhşilikdən başqa bir şey deyil. Hətta Baker daha da irəli gedərək qeyd edir ki, əgər bu müharibə doğrudan da insanlıqdan uzaq və lazımsız idisə, deməli onun qarşısını çox gözəl şəkildə almaq olardı.
Son 60 ilin sakitlik və çiçəklənməsini nəzərə alsaq- son İraq müharibəsi istisna olmaqla- hər iki tədqiqatçı müharibələrdən daha avantajlı olan liberal-demokratik islahatların və siyasətin aparılmasının tərəfarıdırlar. Cənab Bukkenen -təkcə o deyil- hətta Birinci Dünya müharisənin nəticəsi olan Versal müqaviləsini pisləyir və bildirir ki, bu Almaniyaya qarşı qəddarlıq oldu. Təbii ki, hakimiyyətə nasistləri gətirəcək qədər bu qəddar müqaviləni imzalamağa ehtiyac yox idi. Lakin 1871-ci il hesablaşmalarını nəzərə alsaq Versal müqaviləni imzalayanlar bunu yumşaq bir addım kimi qiymətləndirirlər.
Əslində isə İkinci Dünya müharibəsində mütəfiqlərin Almaniyanı tamamilə nəzarətə götürməsi nə dərəcədə nasistləri incidib, bunu müəyyənləşdirmək çətin olar. Axı Birinci Dünya müharibəsindən sonra Antanta bütün Almaniyanı nəzarətə götürmədi və hətta elə mənzərə yaratdı ki, alman milləti Kayzer ordusunun kürəyindən biçaqlanmasını hiss etməsin. Nəticə nə oldu? Kayzer ordusu İkinci Dünya müharibəsində faşist paltarında bəşəriyyətin qarşısına çıxdı. Və bu gün almaniyaya qarşı haqsızlıq edilib deyənlərə yalnız bir misalı çəkmək kifayətdir: Almaniyanın mütəfiqlər tərəfindən ələ keçirilməsi dünya üçün son 60 ili təhlükəsiz və sülh şəraitində keçirməyini təmin edib.
Əgər N.Baker bir az daha tez dogulsaydı və 1942-ci illərdə yeniyetmə olsaydı çətin ki, Almaniya və Yaponiyaya qarşı olan müharibə sılahlarının endirilməsinin tərəfdarı olardı.
ikinci dünya müharibəsi mübahisə mövzusu olsa da, olmasa da baş verib. Bu gün tarixin tozlu rəflərində dolaşarkən kimlərin haqlı, kimlərin haqsız olmasını müəyyənləşdirmək o qədər çətindir ki, bəzən orta nəticədə dayanırsan: Müharibə olmamalıdır.

Комментариев нет:
Отправить комментарий